Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə21/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   17   18   19   20   21   22   23   24   ...   109

Monqolların gizli tarixi 
 
 
62
 
§ 22. Bundan sonra Alan-ho'a beş  oğluna nəsihət edərək dedi: 
«Beş oğlum! Sizlər mənim bədənimdən dünyaya gəldiniz. Əgər ay-
rı-ayrı hərəkət etsəniz, bayaqkı beş ox kimi hər kəs tərəfindən asan-
ca qırılarsınız. Lakin bir araya bağlanmış beş ox kimi toplu olsanız, 
sizə kimin gücü çatar?» Bir müddət sonra Alan-ho'a öldü. 
§ 23. Anaları Alan-ho'anın ölümündən sonra beş qardaş mallarını 
öz aralarında bölərkən Belgünötay, Bügünötay, Buxu-xatagi və 
Buxatu-salci adlı dörd qardaşdan hər biri bir hissə aldı, lakin Bo-
dançara «ağılsız və zəifdir»
1
 deyərək, hətta onu özlərinə qohum belə 
saymayaraq haqqını vermədilər. 
§ 24. Bodançar bu vəziyyəti görüncə «burada neyləyim?» dedi 
və beli yaralı, qısa quyruqlu, qara zolaqlı qır atına minib «Ölsə mən 
də ölərəm, qalsa mən də qalaram»
2
 deyərək, Onan çayı boyunca 
axıntı istiqamətində yola çıxdı. Beləcə, Balçun-ara
3
  məntəqəsinə 
gəldi və özünə otdan bir koma düzəldərək yaşamağa başladı. 
§ 25. (Bodonçar Balçun-arada) yaşadığı zaman dişi bir boz şahi-
nin
4
 bir qırqovulu
5
 yaxalayıb yediyini görüncə  dərhal beli yaralı, 
qısa quyruqlu, qara zolaqlı  qır atının quyruğundan bir cələ düzəl-
dərək (şahini) yaxalayıb bəsləməyə başladı. 
§ 26. (Bodonçar) yeməyi bitincə, qurdlar tərəfindən qayalar 
arasına sıxışdırılmış ov heyvanlarını vuraraq (qurdlarla) yeməyini 
                                                           
1
  NT: budao'u, İnt.: «zəif». Haenisch bu sözü yanlış sayaraq yadao'u deyə 
düzəldir (müq. et: monq. yazı dilində yadağu, yaduu «kasıb, zəif, zavallı»). 
Kozin monq. büdügün «qalın, qaba» (Kow., 1232) ilə qarşılaşdırır və «qaba» 
deyə  tərcümə edir (Kozin, s.525). Lakin P.Pelliot bu sözün budao'u, budavu 
şəklində oxunmasının doğru olacağını yazır və monq. bidagu (Kow., 1137) 
«ağılsız, iradəsiz» sözü ilə qarşılaşdırır (TP, vol, XXXII, 1936, s. 358). 
2
  NT: ükü'esü ino üküsügay, a'asu ino asuxay. Bu cümləni Kozin «ölsəm ölə-
rəm, qalsam qalaram» şəklində tərcümə edir. 
3
  Haenisch bu sözü mətndə ara deyə oxuduğu halda, lüğət və tərcüməsində aral 
şəklində vermiş  və «ada» deyə  tərcümə etmişdir.  İnt.-də  tərcüməsi yoxdur. 
(Kozin də aral deyə oxuyur). Balçun-aral, Haenischin fikrincə,  Onan çayında 
bir adadır. 
4
  NT: xarçixay, İnt.: «şahin». Müq. et: türkcə karçığa (id.) (tel., Qazan,  Krım,), 
karçığay (sag., qaç.). 
5
  NT: xara xuru, İnt.: «qırqovul, orman toyuğu». 


Мonqolların gizli tarixи 
 
63
 
paylaşdı, bəzən qurdlardan qalan artıqlarla bəsləndi. Özü və  şahini 
bu şəkildə bəslənərək ili keçirdilər. 
§ 27. Bahar yaxınlaşıb ördəklər gəlməyə başlayınca, şahi-nini ac 
saxlayıb onların üstünə buraxdı. (Yaxaladığı) ördək və qazların arxa 
tərəflərini
1
 quru ağac köklərinə, qoxan tərəflərini
2
 quru budaqlar 
üstünə asaraq ətrafı qoxutdu.  
§ 28. Düiren
3
 (dağının)  şimal
4
 tərəfində Tüñgəlik çayı boyunca 
axıntı istiqamətində bir qəbilə
5
 köç edirdi. Qəbilənin
6
 (bu yerə gəl-
diyi günlər) Bodonçar bəzən  şahinini bu tərəflərə uçurur, özü də 
gündüzlər qəbilə üzvləri ilə yorulana qədər
7
  qımız içir, gecəni də 
otdan düzəlmiş komasında keçirirdi. 
 § 29. Bu adamlar ondan şahinini istədilər, lakin Bodonçar ver-
mədi. Onlar Bodonçarın kim və haralı
8
 olduğunu soruşmadılar, Bo-
                                                           
1
 NT: höñşi'üt,  İnt. «fəna qoxu, qoxan». Şübhəsiz ki, bu təbir monqolca hoñ-
cusun «arxa tərəf, arxa üzvlər» (Kow., 874), köncösü (Kozin, s. 525-ə görə) 
və kalm. xüñşig «fəna qoxu, çürük» (R. kalm., 197), huñ-şihü (ibid.), köñşihü, 
künşihü «qoxmaq» (ibid. 240) sözlərilə əlaqədar olub, nəticə etibarilə höñşi'üt 
«heyvan ətinin qoxan tərəfləri, arxa üzvlər» mənasına gəlir. 
2
  NT: hüñşi'üt,  İnt.: «fəna qoxu, qoxan». Kozin bu sözü hüñşig «fəna qoxu» 
(yuxarıdakı qeydə bax) şəklində izah etmək istəsə  də (Kozin s. 525) bunun 
başında h- olduğuna görə bugünkü şəklinin bir vokalla başlaması lazım gəlir. 
hüñşi'üt təbiri, yuxarıdakı qeyddə bəhs etdiyimiz xoñşi'ut sözünə həm forma, 
həm də məna baxımından çox bənzəyir. Lakin bunlar mənşə etibarilə də eyni-
dirlər, yoxsa hüñşi'üt ancaq qafiyə üçün uydurulmuş bir sözdür? 
3
  NT: Düiren Haenisch tərəfindən bir dağ adı olaraq göstərilir. Kozin bunu hər-
fi tərcümə etmək istəyərək monq. tüyiren, tüyirekü «azmaq, yolunu itirmək» 
sözü ilə və monq. tüyiren oy «sıx orman» təbiri ilə izah edir və «dağın şima-
lındakı qara ormandan» deyə tərcümə edir. 
4
  NT: gerü, İnt.: «arxa» (tərəf), kölgəli (tərəf), şimal. 
5
  NT: bölek irgən, bax: § 5, qeyd.  
6
  NT: irgən, bax: § 5 qeyd. 
7
  NT: esük çilegü; (esük «qımız»), Haenisch buranı qısaldıb «Hər gün onların 
yanında at südü içdi» deyə, Kozin isə «yolda qımız içmək» şəklində tərcümə 
edir (Kozin, s. 526). NT: çilegü, monq. çilekü (Kow., 2163) «yorulmaq, xəs-
tələnmək», kalm. tşilehü «sona çatmaq, xəstələnmək, qüvvədən düşmək» (R. 
kalm., 440) şəkillərinə əsaslanaraq yuxarıdakı  kimi çevirdik. 
8
  NT: kenö'ay ba yaunoay «kimin və nəyin» təbirini Haenisch «kimin oğlu və 


Monqolların gizli tarixi 
 
 
64
 
donçar da onların hansı qəbilədən olduğunu soruşmağa lüzum gör-
mədən birlikdə oturub durdular. 
§ 30. Böyük qardaşı Buxu-xatagi «Onan çayı boyunca axıntı is-
tiqamətində getmiş olmalıdır» deyərək kiçik qardaşı Bodonçar-müñ-
xahı axtararkən Tüñgəlik çayı boyunca köç edən qəbilədən qardaşını 
və onun atının təsvir edərək onu görüb-görmədiklərini soruşdu. 
       §  31.  Bunlar  «Adam  və at eynən sənin dediyin kimidir. Onun 
bir də şahini var. Hər gün bizə gəlir, qımız içir, gecələr kim bilir ha-
rada uyuyur. Şimal-şərqdən  əsən külək  şahininin yaxalayıb parça-
ladığı ördək və qazların qanadlarını və tüklərini qar fırtınası kimi bu 
tərəfə yağdırır. Hər halda yenə bu civarlardadır.  İndi onun gəlmək 
zamanı yaxınlaşdı, bir az gözlə!» dedilər. 
§ 32. Qısa bir zaman sonra Tüñgəlik çayı boyunca axıntının əks 
istiqamətində bir adamın gəldiyi göründü. Yaxınlaşınca onun həqi-
qətən Bodonçar olduğu anlaşıldı. Böyük qardaşı Buxu-xatagi onu 
görən kimi (heyvanını yedəyinə) alıb, Onan çayı boyunca axıntının 
əks istiqamətində dördnala çapdı. 
§ 33. Bodonçar böyük qardaşı Buxu-xataginin dalınca at üstündə 
çaparkən: «Qardaşım, qardaşım! Bədənin bir başı, paltarın da yaxası 
olması yaxşı şeydir!»
1
 dedi. Qardaşı Buxu-xatagi bu sözdən heç bir 
məna çıxara bilmədi. 
§ 34. Bundan sonra yenə eyni sözü söylədi, lakin böyük qardaşı 
yenə anlamadı və heç bir cavab vermədi. Bodonçar yol boyu sözləri-
ni bir daha təkrarladı. Buna görə böyük qardaşı «Bayaqdan bəri söy-
ləyib durduğun nədir?» dedi. 
§ 35. Bodonçar «Bu anda Tüñgəlik çayı civarında olan xalq 
arasında hamı bərabərdir, orada böyüklə kiçik, pis ilə yaxşı və başla 
ayaq arasında fərq yoxdur. Bu qəbiləni asanlıqla ələ keçirmək olar. 
Gəl bunları basıb yağma edək!» dedi. 
§ 36. Bunu eşidən böyük qardaşı dedi: «Yaxşı, elə isə evə dönək
böyük və kiçik qardaşlarımızla məsləhətləşib qəbiləni basaq»
2

                                                                                                                                                          
hansı qəbilədən» deyə, Kozin isə «haradan və kim» deyə verir. 
1
  Bugün də monqollar arasında işlənən bir deyimdir (bax: Vlad. İçt., § 67). 
2
 NT: carçi'ut, adañxan uryañxacin bi. Eyni yer Altan Topçidə adañxan-u neñ-


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə