Monqolların gizli tarixi
50
dır» adlandırılan Bo’orçu, Muxali, Boro’ul, Çilavun bağatur və
«dörd köpək» deyə vəsfləndirilən Xubilay, Cəlmə, Cəbə və Sübege-
tay olub, Təmücin onları tez-tez açıqca öyməklə onlara məmuriyyət,
otlaq yeri, qənimət, ov etmək haqqı və adamlar
verərək təltif etmiş
və qanunlara qarşı məsumiyyət haqqı tanımaqla minnətdarlığını ifa-
də etmişdir. O, tus-xan təbirilə ifadə edilən əsas hökmdara qarşı sə-
daqəti düşməndə də arayır: hökmdarına xəyanət edərək ona sığınan-
ları edam edir. Burada Çiñgisin özünü səmanın vəkili olaraq hiss et-
diyini və şamanlıq nöqteyi-nəzərinə görə, səmanı müqəddəratın
amiri olaraq tanıdığını bir daha xatırladaq. O, səmanın əmrilə dün-
yanın hakimi olmuşdur və altın cilovları əlində tutur.
Bu qüdrətli adamın göstərdiyi müvəffəqiyyətlərin sirrini bu üç
şeydə axtarmalıyıq: birincisi, misilsiz bir
hərbi qabiliyyət və həşmət
olub, özəlliklə Camuxanın ondan ayrılmasından sonra qəbilələrin
birər-birər gələrək ona tabe olmalarını göstərən səhnədə canlı surət-
də təsvir edilmişdir, ikincisi, öz ətrafındakılara göstərdiyi etimaddır
ki, onlar xidmətə aid tələblərilə doğrudan-doğruya Çiñgisin hüzu-
runa çıxa bilirdilər. Üçüncüsü isə səmanın vəkili olduğuna dair
imanıdır. Önümüzdəki səhifələrdə bu vəsflərin ayrıca göstərilməmiş
və Çiñgisin öyülməmiş olması əsərin neytrallığını göstərməkdə və
onun dəyərini bir qat daha yüksəltməkdədir.
Berlin, avqust 1940
(əsərin yazılışından yeddi yüz il sonra).
Prof. Dr. Erich HAENİSCH
Мonqolların gizli tarixи
51
ƏSƏRİN XÜLASƏSİ
I. Monqolların ilk tarixi. Təmücinin dünyaya gəlməsi (1155?
/1167?), uşaqlığı və nişanlanması, atası Yesügeyin ölümü……….56
II. Təmücinin gəncliyi, tayiçi’utlar tərəfindən əsir edilməsi, qaç-
ması. Atların oğurlanması, Bo’orçu ilə dostluq. Börtənin gətirilməsi.
Kereyit hökmdarı Toğorili (Oñxan) ziyarət. Mərkitlərin basqını və
Börtənin qaçırılması.........................................................................76
III. Toğori1 ilə birlikdə mərkitlərə qarşı intiqam səfəri, Börtənin
qurtarılması. Toğorilin qan qardaşı Camuxa ilə dostluq. Qəbilələrin
Təmücinin ətrafında toplanması. Təmücinin Kimuxa çayı boyundakı
Ayil-xaraxana civarında Çiñgis-kağan ünvanı ilə mañğol hökmdarı
elan edilməsi (1196?). Oñxana xəbər göndərilməsi və onun razılı-
ğı.......................................................................................................95
IV. Camuxaya xəbər göndərilməsi və onun razılığı. At qaçırılma-
sı üzündən Camuxa ilə aralarının dəyməsi. Dalan-balcut savaşı: Çiñ-
gis-kağanın yenilərək Onan boyunca çəkilməsi.
Qəbilələrin toplan-
masıyla təkrar gücləndikdən sonra Oñxanla birlikdə Kin ordusu
tərəfindən qovalanan tatarları basması. Kin hökmdarı tərəfindən Tə-
mücin ilə Toğorilə Çağutxuri və Oñxan ünvanının verilməsi. Cür-
kinlərin yenilməsi. Camuxa ətrafında toplanmış olan (tatar, nayman,
mərkit, tayiçi’ut, oyrat və b.) düşmənlərin Köytəndə Təmücin ilə
Oñxan tərəfindən yenilməsi...........................................................113
V. Tayiçi’utların yox edilməsi. Toğoril-Oñxanın həyatı. Çiñgis-
kağanın Dalan-nemürgesdə tatarları yenməsi (1202). Oñxanın mər-
kitlərə qarşı səfəri. Çiñgis-kağanla Oñxanın Kişilbaş civarında nay-
manları yenmələri. Naymanlara qarşı ikinci cəbhə. Oñxanla Camu-
xanın gecə ikən qalxıb getmələri. Naymanlar tərəfindən qovalanan
Oñxanın Çiñgis-kağandan yardım istəməsi,
ata-oğul dostluğunun
Tula boyunda yenidən qurulması. Evlənmə planı üzündən təkrar ara-
Monqolların gizli tarixi
52
larının dəyməsi. Oñxan, Camuxa və Sañqum tərəfindən tərtiblənən
sui-qəsdin Çiñgis-kağana bildirilməsi...........................................129
VI. Çiñgis-kağanın çəkilməsi və təqib edilməsi. Nəticəsiz qalan
Xalaxalcit savaşı. Çiñgisin öz ordusunu təftiş etməsi (2600 nəfər).
Xalxa boyunca hərəkət. Elçilərin göndərilməsi. Balcuna gölü civarı-
na yerləşmə. Der keçidində olan Oñxanın basılması. Oñxan ilə Sañ-
qumun qaçmaları, kereyitlərin yox edilməsi..................................145
VII. Oñxanla Sañqumun qaçarkən öldürülməsi. Nayman xanının
anası Gürbesünün Oñxanın qafası üçün ayin keçirməsi.
Oğlu Ta-
yañın (Torlux-xan) mañğollara qarşı hərəkət planı. Bu planın Çiñ-
gis-kağana bildirilməsi. Çiñgisin Xalxa boyundakı Keltegey civarın-
da tərtibat alması, keşik işlərinin tənzimlənməsi. Sa’ari bozqırına
hərəkət, düşmənin atəşlə aldadılması. Altay önündə naymanlarla bö-
yük savaş, (Camuxa Tayañın yanında), naymanlann yox edilməsi.
Camuxa tərəfində olan xatagin, cadaran, sayici’ut, və üñgiratların
itaət altına alınması. Tohto’a-beki idarəsindəki mərkitlərə qarşı zəfər
(1204) …........................................................................................162
VIII. Mərkitlərin Tayxal təpəsinə yerləşən qalıqlarına qarşı son
savaş. Daha öncə əsir edilmiş olan mərkitlərin üsyan təşəbbüsü və
əzilmələri (1205). Çiñgis-kağanın Tohto’a-bekini qovalarkən Altay
dağlarında qışlaması, nayman xanı Gücülükün Erdiş mənbəyində
Tohto’a-beki
ilə birləşməsi, Çiñgis-kağanla savaş, düşmənlərin da-
ğılaraq Erdiş üzərindən qaçmaları. Qalan mərkitlərin xañlin və qıp-
çaq məmləkətindən keçmələri. Gücülükün xara-kitan hökmdarı Gur-
xana sığınması. Sübegetayın mərkitləri təqib etməsi. Camuxanın so-
nu: Tañlu dağlarında arxadaşları tərəfindən yaxalanaraq Çiñgis-ka-
ğana təslim edilməsi. Öz istəyinə görə öldürülərək yüksək bir yerə
gömülməsi. Bütün bozqır xalqlarının birləşdirilməsindən sonra
Onan mənbəyində böyük qurultayın toplanması (1206), doqquz par-
çalı tuğ tikilərək Çiñgis-kağanın
xan elan edilməsi, Muxaliyə qo-oñ
(çincə: kuo-wañ) ünvanının verilməsi. 95 nəfərin hökmdar tərə-
findən minbaşılığa təyin edilməsi. Cəbənin Gücülükü təqibə göndə-
rilməsi. Vəzifə bölgüsü: Şigixutuxun məhkəmə rəisliyinə təyin edil-
məsi (
Mavi kitabın yazılması), Müñlik ilə Bo’orçunun qərbə, Altay