Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə25/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   21   22   23   24   25   26   27   28   ...   109

Monqolların gizli tarixi 
 
 
74
 
İgidləri yaraşıqlı və qızları  
Gözəl olmuşdur! 
§ 65. Bizim oğlan uşaqlarımız  
Yaylalara
1
 baxar,  
Qızlarımız gözəlliklərilə nəzərləri çəkər! 
Qaynım Yesügey, mənim evimə buyur! Qızım hələ kiçikdir, la-
kin, qaynım, bir görməlisən!» Dey-seçen bu sözlərlə onu evinə gö-
türərək yer göstərdi. 
§ 66. Yesügey onun qızına baxınca üzünün nurlu, gözlərinin də 
atəşli olduğunu gördü və dərhal bəyəndi. Bu qız Təmücindən bir yaş 
böyük idi, on yaşında və Börtə adında idi. Gecəni orada keçirdikdən 
sonra ertəsi gün Yesügey qızı istədi. Dey-seçen «Çox minnətdən 
sonra versəm, onun qiyməti yüksək
2
 olar, az minnətdən sonra ver-
səm, onun qiyməti aşağı
3
 olar. Qızın qisməti doğulduğu evdə qocal-
mamaqdır. Mən sənə qızımı verim. Gedərkən oğlunu kürəkən olaraq 
burada qoy!» dedi. Anlaşdıqdan sonra Yesügey-bağatur «Oğlumu 
kürəkən olaraq burada qoyuram. Oğlum köpəkdən qorxmuşdur. 
Qaynım, oğlumu köpəkdən qoru!» deyə cavab verdi və ehtiyat atını 
girov, Təmücini isə kürəkən olaraq qoyub yola çıxdı. 
§ 67. Yesügey-bağatur yolda çəkçər (məmləkətindəki) Sarı boz-
qırda
4
 toplantı keçirən tatar xalqına rast gəldi. Susadığı üçün atından 
düşüb toplantı yerinə gəldi. Bu tatarlar onu tanıdılar və «Kiyanlı Ye-
sügey gəlmişdir!» deyə  xəbər yaydılar.  Əskidən etmiş olduğu yağ-
manın intiqamını düşünərək onu gizlicə öldürməyə qərar verdilər və 
(içkisinə) zəhər qataraq zəhərlədilər. Yesügey içində  fənalıq hiss 
edərək yola çıxdı. Üç gün sonra evinə gəldiyi zaman (halı daha da) 
pisləşdi. 
                                                           
1
  NT: nutuh, bax: § 74. 
2
  NT: de'ecilekdegü (passiv), de'ecilegü  «yüksəltmək». 
3
  NT: doramcilahdaxu «az qiymət vermək, aşağı görmək». Kozin bu iki  təbiri 
qıza deyil, söyləyənə aid olaraq təfsir edir və «çox ricadan sonra vermək şərəf-
dir, yoxsa dərhal vermək şərəfsizlikdir?» şəklində çevrir. 
4
  NT: şira keger. 


Мonqolların gizli tarixи 
 
75
 
§ 68. Yesügey-bağatur «İçim fənadır, yanımda kim var?» deyin-
cə ona xoñxotatlardan Çaraxa-ebügənin
1
 oğlu Müñlikin yaxında ol-
duğunu söylədilər. (Müñliki) çağırtdıran (Yesügey) ona belə dedi: 
«Oğlum, Müñlik, uşaqlarım kiçikdir. Oğlum Təmücini kürəkən ola-
raq qoyub qayıdanda tatarlar tərəfindən zəhərləndim, içim fənadır. 
Geridə qalan kiçik uşaqlarıma, dul qadınıma və gəlinimə baxmağı
2
 
öz üzərinə al. Oğlum, Müñlik, oğlum Təmücini dərhal gedib al və 
gətir!» Yesügey bunları söylədi və öldü.  
 
 
  
 
 
 
 
 
 
 
 
                                                           
1
  Ebügən üçün bax: § 44. 
2
  Bu cümlənin sonundakı asaraxu-yi çi mede təbirini Haenisch «Onlar üçün na-
rahatam, bunu bilməlisin!»  şəklində  tərcümə edir. Lakin biz asaraxu sözünü 
«əndişə etmək» deyə deyil, «baxmaq, tərbiyə etmək» sözlərilə tərcümə etmək 
istərdik ki, Haenisch də bunu lüğətində əsas etibarilə belə çevirmişdir. Bu söz 
bəzi türk ləhcələrində  də  işlənir: asramaq «bəsləmək, baxmaq, böyütmək» 
(çağ., Şərqi t., kom., Qazan, qazax), azramaq (Krım.). medegü sözünü də bu-
rada «bilmək» əvəzinə «idarə etmək, təyin etmək, diqqət etmək» deyə vermək 
daha doğru olardı. 


Monqolların gizli tarixi 
 
 
76
 
 
 
 
 
II. 
 
TƏMÜCİNİN GƏNCLİYİ.  
TAYİÇİUTLAR TƏRƏFİNDƏN ƏSİR  
EDİLMƏSİ. KEREYİTLƏRDƏN OÑXANLA  
DOSTLUĞU. MƏRKİTLƏRİN MƏHVİ 
 
§ 69. Müñlik Yesügey-bağaturun sözünə görə Dey-seçenin yanı-
na getdi və «Ağam Yesügey Təmücini çox özləyir və  qəlbi sıxılır. 
Təmücini aparmağa gəlmişəm» dedi. Dey-seçen cavabında «Qay-
nım uşağını özləmişsə, (uşaq) getsin, lakin görüşüncə  dərhal geri 
qayıtsın!» dedi və Müñlik-eçigə Təmücini alıb gəldi. 
§ 70. Yaz günü Ambaxay-kağanın qadınları Orbay və Soxatay 
əcdadlara qurban vermək məqsədilə (meydana, məzarlığa) getmişdi-
lər
1
. Hö’elün-ücin də (oraya) getdi, lakin gecikdi və gecikdiyi üçün 
onlardan azar eşitdi
2
. Belə olduqda Hö’elün-ücin onlara belə dedi: 
«Yesügey-bağatur ölməsindən və oğullarımın kiçik olmasından isti-
fadə edərək məni  əcdadların payından, qurban əti qalıqlarından və 
qurban ətindən
3
 necə məhrum edirsiniz? (Uyuduğumu) gördüyünüz 
halda, yemək üçün məni oyatmadan getdiniz
4
».  
                                                           
1
  NT: yekes-e xacar-u ineru xaruhsan-tur. Çincə işarələrlə hacalu şəklində ya-
zılan sözü Haenisch yanlış sayaraq xacar-u şəklində düzəldir. Kozin də belə 
oxuyur. Yekes-e xacar təbirini Kozin «məzarlıq» deyə verir, yuxarıdakı cüm-
ləni isə «Məzarlığa,  əcdadların məqamına getdilər»  şəklində  tərcümə edərək 
ineru sözünü nəzəri-diqqətə almadan keçir. Bax: ineru, İnt. «düyü bişirmək və 
qurban vermək». 
2
  NT: xocit gürçü xocida'u uldacu «gec gəldi, gec qaldı deyə azarlamaq». Ko-
zin buranı «Geç gəldi, lakin bu gecikmə onun öz üzündən olmadı» deyə verir. 
3
  NT: sarxud, İnt.: «qurban əti». Haenisch və Kozin buranı «qurban şərabı» 
deyə tərcümə edirlər. Müq. et: monq. sarxud «tünd içki» (Kow., 1336).  
4
  NT: üce'et ideküi ulu sergü'ülün nou'ukun boluba ta ... Kozin hu cümləni «Siz 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə