Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə33/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   29   30   31   32   33   34   35   36   ...   109

Monqolların gizli tarixi 
 
 
98
 
Sal qayırıb keçək. 
Bu qorxaq Tohto’anın 
Çadır bacasından
1
 girərək 
Çadır dirəyini
2
 devirək, 
Onun qadın və uşaqlarını 
Tamamən yox edək. 
Onun qutsal çadır dirəyini
3
 
Parçalayaraq 
Bütün ulusunu 
Yerlə yeksan edək!» 
§ 106. Cumuxa bunları da söylədi: «Dostum Temücin ilə ağamız 
Toğoril-xana bunları bildirin: 
«Mən hər tərəfdən görünən tuğumu astım, 
Qara buğa dərisindən 
Düzəldilmiş gür səsli 
Davulumu çaldım. 
Qara qoşu atıma mindim, 
Polad (kimi möhkəm) paltarımı geydim, 
Polad mizrağımı əlimə aldım, 
Şaftalı ağacından olan oxlarımı çəntdim, 
Xa'at mərkitlərinə  qarşı 
Dərhal savaşa girişək» deyə söylə. 
«Hər tərəfdən görünən uzun tuğumu astım, 
Öküz dərisindən düzəldilmiş 
                                                                                                                                                          
çayını keçək və irəliləyək». Kozin lüğətində saxal bayan təbirinin «bir ot adı» 
olduğunu göstərməklə  bərabər, monqolcasını zikr etdiyimiz cümləni «Bu 
əsnada  əsilzadələr saqqallarını darayıb dursunlar» deyə verir və bunun üçün 
yazdığı haşiyədə «Yalnız qamışlar yüksək olsun, biz sal  qayıraraq keçək» 
şəklində tərcümə edir. 
1
  NT: erüge, bax§ 21, qeyd. 
2
  NT: erkin e'edə, Haenischə görə: «(Çadırın)  əsas dirəyi». Kozin bunu «ən 
müqəddəs» deyə və cümlənin burasını isə  «Onun ən müqəddəs (yerinə) çul-
lanaq» şəklində tərcümə edir. 
3
 NT: hutuh e'edə. Kozin buranı «Onun ən kutsal (şeylərini) parçalayaq» deyə 
tərcümə edir. 


Мonqolların gizli tarixи 
 
99
 
Kəskin səsli davulumu çaldım, 
Qara çizgili qoşu atıma mindim, 
Meşinli zirehimi geydim, 
Qəbzəli qılıncımı əlimə aldım, 
Çəntikli oxlarımı yontdum, 
Uduyit mərkitlərinə qarşı 
Dərhal ölüm-dirim savaşına başlayaq!» deyə söylə. 
Ağamız Toğoril-xan səfərə çıxınca, Burxan-xaldun (dağı) önün-
dən dostumuz Təmücini keçib gəlsin. Sonra Onan çayının mənbə-
yində, Botoxan-boğorciddə birləşək. Mən buradan Onan çayının 
məcrası istiqamətində hərəkət edəcəyəm; dostum (Təmücinin) xalqı 
buradadır
1
. Dostumun xalqından bir tümən, məndən də bir tümən çı-
xınca iki tümən olar. Sonra Onan çayının məcrası istiqamətində yü-
rüyərək qərarlaşdırılmış olan Botoxan-boğorciddə birləşək». 
§ 107. Xasar ilə Belgütay Camuxanın bu sözlərini gəlib Təmü-
cinə söylədikdən sonra Toğoril-xana da xəbər götürdülər. Toğoril-
xan Camuxanın bu sözlərini öyrənincə iki tümənlə  səfərə  çıxdı. 
Toğoril-xan hərəkəti əsnasında Burxan-xaldun (dağı) önündən keçib 
Kelürən çayı boyundakı Bürgi sahilinə doğru yürüdü. Təmücin bu 
əsnada Bürgi sahilində olduğundan «yol üzərindəyəm!» deyərək, 
(Toğoril-xana) yol vermək məqsədilə Tüñgəlik (çayının) məcrasına 
doğru getdi və Tana dərəsi civarında, Burxan-xaldun ətəyində yer-
ləşdi. Sonra ordusunu hərəkətə keçirdi. Toğoril-xan bir tümənlə, To-
ğoril-xanın kiçik qardaşı Caxa-qambu da bir tümənlə, hamısı iki tü-
mənlik bir qüvvə ilə Kimuxa dərəsi boyundakı Ayil-xaraxana
2
 civa-
rına gəldikləri zaman Təmücin onlarla birləsərək qondu. 
§ 108. Təmücin Toğoril-xan və Caxa-qambu üçü birləsərək hə-
rəkət edib, Onan mənbəyindakı Botoxan-boğorcide gəldikləri zaman 
Camuxa təyin edilmiş yerə üç gün öncə  gəlmişdi. Camuxa Təmü-
cinin, Toğoril-xanın və Caxa-qambunun ordularını gördü və ordu-
                                                           
1
  NT: endeçe morilarun, onan mürən ö'edə anda-yin ulus ende buy. Biz Ha-
enischə görə tərcümə etdik. Kozinin tərcüməsi: «Buradan gedən yol üzərində, 
Onan çayının məcrası tərəfində dostumun xalqı durur». 
2
  İnt.: «yer adı». 


Monqolların gizli tarixi 
 
 
100
 
sunu tənzimə başladı. Təmücin, Toğoril-xan və Caxa-qambu da or-
dularını tənzim edərək qarşılaşdıqdan sonra bir-birini tanıdılar. Ca-
muxa: 
«Fırtına da qopsa  
Təyin edilən yerə
Yağmur da yağsa  
Toplanacağimiz yerə,  
Gec gəlməyək! 
deyə sözləşməmişdikmi? Mañğollar «Bəli!» dedikdən sonra öz söz-
lərini and saymırlarmı? 
Sözündən çıxanı  
Sıradan çıxaraq! 
deyə sözləşməmişdikmi?» dedi. Camuxanın bu sözlərinə Toğoril-
xan «Təyin edilən yerə üç gün gec gəldiyimiz üçün qardaşımız Ca-
muxa bizi danlamaqda haqlıdır!» deyə cavab verdi.  Görüşdükləri 
yerdə bir-birini təqdir edərək belə danışdılar
1

§ 109. Onlar Botoxan-boğorciddən hərəkət edib Kilxo çayına 
vardıqdan sonra sal düzəldərək çayı keçdilər. Bu'ura-ke'erdə Toh-
to’a-bekinin  
Çadır dirəyini parçalayaraq  
Çadır bacasından içəri girdilər,  
Qadın və uşaqlarını  
Bütünlüklə əsir etdilər.  
Qutsal çadır dirəyini parçalayaraq,  
Bütün ulusunu 
Tamamən yağma etdilər. 
Az qalsın Tohto’a-bekini yatağında ikən yaxalayacaqdılar. Lakin 
Kilxo çayı üzərində bulunan balıqçılarla samur və yabanı heyvan 
ovçuları (alətlərini) qoyub bütün gecə yol gələrək «Düşmən gəlir!» 
deyə xəbər gətirmişdilər. Bu xəbər nəticəsində Tohto’a ilə uvas mər-
kitlərindən Deyir-usun Seleñge çayı boyunca axıntı istiqamətində 
çox az adamla birlikdə Barxücin tərəfə qaça bildilər. 
                                                           
1
 NT: bolcal-un çimar edüi ügüleldücü. Kozinin tərcüməsi: «Görüş vaxtı üzün-
dən  meydana gələn mübahisəyə bu şəkildə son verdilər». 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə