Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə31/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   27   28   29   30   31   32   33   34   ...   109

Monqolların gizli tarixi 
 
 
92
 
 § 100. Təmücin və qardaşları atlarına minərək erkəndən Burxan 
istiqamətində hərəkət etdilər. (Geridə qalan) ixtiyar Ho'ahçin «Bör-
tə-ücini gizləyək!» deyərək oxlu qara arabaya
1
 mindirdi və böyrü 
ala bir öküz qoşaraq Təñgəlik çayı boyunca, axıntının  əks isti-
qamətində yola çıxdı. Şəfəq söküb gün ağararkən qarşıdan əsgərlər
2
 
dörd nala çapıb gəldilər və onun ətrafını sararaq «Sən kimlərdən-
sin?» deyə soruşdular. İxtiyar Ho'ahçin «Mən Təmücinin adamıyam. 
Böyük evə
3
 qoyun qırxmağa getmişdim, indi evə qayıdıram» dedi. 
Bunu eşitdikdə onlar «Təmücin evdəmi? Ev uzaqmı?» deyə (so-
ruşdular).  İxtiyar Ho'ahçin «Ev yaxındır, Təmücinin evdə olub-ol-
madığını bilmirəm. Mən arxadan (arxa qapıdan) çıxdım» dedi. 
§ 101. Belə olduqda əsgərlər yollarına davam etdilər.  İxtiyar 
Ho'ahçin böyrü ala öküzü qamçılamaq və çabucaq hərəkət etmək 
istərkən arabanın dingili qırıldı. Belə olunca «Piyada ormanın içinə 
qoşub gedək» deyə danışarkən həmin əsgərlər arxadan sürətlə çapıb 
gəldilər. Onlardan biri Belgütayın anasını ayaqları  aşağı sallanmış 
halda atın üstünə  aşırmışdı.  Əsgərlər «Bu arabanın içərisində  nə 
var?» deyə soruşdular.  İxtiyar Ho'ahçin «Yun yüklənib» dedi. Əs-
gərlərin böyükləri «Uşaqlar, atınızdan enib baxın!» dedilər. Kiçiklər 
atlarından enərək qapılı
4
 arabanın qapısını qoparınca içəridə bir qa-
dının oturduğunu gördülər
5
. (Börtə-ücini) arabadan sürükləyib en-
dirdilər və Ho'ahçin ilə ikisini atlarının üzərinə aldılar, Təmücinin 
                                                           
1
 NT: xara'utay tergən; bax: § 6, qeyd. 
2
 NT: çerik; monq. yazı dilində; çerik, çirik; müq. et: türkcə çərig, çərik,  çerü, 
çəri (uyğ., Kaşğ., Wb.). 
3
 NT: yeke ger. Vladimirtsov bu təbiri ictimai nəzəriyyələrə əsasən belə çevirir: 
«Varlı adamlar üçün qoyun qırxmaya getmişdim» (Vlad. İçt., § 56). 
4
 NT: ha'atay. İnt.-də tərcüməsi yoxdur. Haenisch bunu xa'alxa «qapı» sözü ilə 
izah edərək xa'altay deyə oxuyur və «qapısı olan, qapılı» deyə tərcümə edir. 
Kozin sözü ayrı olaraq izah etmir, yalnız bunu § 6-dakı xara'utay tergən 
(Kozin «qapalı araba», Haenisch «qara araba») təbiri ilə qarşılaşdıraraq bura-
dakı xa'atay tergən təbirini də «qapalı araba» deyə tərcümə edir. 
5
 NT: dotora xatuhce gu'un sa'ucu. Haenisch belə oxuyur və yuxarıdakı kimi 
çevirir. Kozin bu cümlədəki ikinci sözü xatuh-ce deyə ayırır, cümləni isə əs-
gərlərin sözü sayaraq «Xanıməfəndi özü burada  imiş!» deyə çevirir. 


Мonqolların gizli tarixи 
 
93
 
otlar üzərindəki izini tutaraq Burxan istiqamətində yuxarı doğru yü-
rüdülər. 
§ 102. Onlar Təmücinin arxasından irəliləyib Burxan-xaldun ət-
rafında üç dəfə gedib gəldilər, lakin yaxalaya bilmədilər. Bir o yana
bir bu yana atladılar, lakin ərazi bataqlıq, sıx orman isə ilanla dolu 
olduğu üçün içəri girməyə cəsarət etmədilər
1
. Sıx ormanda onu təqib 
edə bilmədilər və yaxalaya bilmədilər. 
Bunlar mərkitlərə mənsub üç adam idi: (birincisi) uduyit mərkit-
lərindən Tohto’a, (ikincisi) uvas mərkitlərindən Deyir-usun, (üçün-
cüsü) xa'at mərkitlərindən Xa'atay-darmala. Bu üç adamın (əmri 
altında) gələn mərkitlər «Bir zamanlar (monqollar) Hö’elün ananı 
Çilədünun əlindən alıb qaçırmışdılar» deyərək bugün bunun qısasını 
almaya gəlmişdilər. Mərkitlər öz aralarında danışaraq «Hö’elünün 
intiqamı yerinə indi onların qadınlarını yaxaladıq. Biz intiqamımızı 
aldıq» dedilər və Burxan-xaldun (dağından) enərək evlərinə (doğru) 
hərəkət etdilər. 
§ 103. Təmücin «Görəsən, bu üç mərkit həqiqətən evlərinəmi 
getdi, yoxsa gizləndimi?» deyərək Belgütay, Bo’orçu və  Cəlməni, 
bu üçünü, mərkitlərin arxasından üç günlük bir məsafəyə kəşfiyyat 
üçün göndərdi və mərkitləri uzaqlaşdırdı. (Mərkitlərin əlindən qur-
tulan) Təmücin Burxan (dağlarından) enərək yumruqlarıyla köksünə 
vurdu və bunları söylədi: 
«Ho'ahçin ana  
Köstəbək
2
 kimi eşitdiyi, 
                                                           
1
 NT: umubu şibar berke hoy ino çatxulañ moxay-ya şirxu'asu ulu bolxu. Hərfi 
tərcüməsi: «Çamura, bataqlığa (və) sıx ormanın bol ilanına nüfuz edə bil-
mədən», moxay sözü İnt.-də  və monqolcada ümumiyyətlə «ilan» mənasına 
gəlməklə bərabər, burada «yer» deyə çevrilmişdir. Haenisch çatxulañ «doyur-
ma» təbirini hoy «orman» ilə birləşdirərək bütün cümləni belə çevirir: «Onlar 
çamurdan, bataqlıqdan və ormanın sıx yerlərindən içəri doğru yürüdülər, lakin 
çox gedə bilmədilər». Kozinin tərcüməsi: «Onlar Təmücinin izini təqib edərək 
elə bataqlıq yerlərdən və elə sıx ormanlardan yürüdülər ki, buralardan tox ilan 
belə keçə bilməzdi». 
2
  NT: solañxa; müq. et: monq. soluñğa «köstəbək» (alm.: Wiesel, lat.: mustela 
vulgaris). Kozin bu sözü «köstəbək» (rus.: krot) deyə tərcümə edir. 


Monqolların gizli tarixi 
 
 
94
 
Kakım
1
 kimi 
Gördüyü üçün, 
Həyatımı qurtarmaq niyyətilə, 
(Ancaq) bir cilov başlığı olan bir atla 
Geyik izlərini təqib edərək, 
Qaraağac qabıqlarından komalara sığınaraq, 
Burxan təpəsinə çıxdım. 
Burxan-xaldunun yardımıyla 
Bir bitin həyatı kimi 
Həyatım qurtuldu. 
Biricik həyatımı qurtarmaq niyyətiylə, 
Yalnız bir atla 
Sığın
2
 izlərini təqib edərək, 
Söyüd qabıqlarından komalara sığınaraq, 
Xaldun təpəsinə çıxdım. 
Xaldun-burxanın yardımıyla, 
Bir qaranquşun
3
 həyatı kimi 
Həyatım qurtuldu. 
(Bu əsnada) böyük qorxu da keçirdim. 
(Bundan sonra) Burxan-xaldun üçün 
Hər sabah tapınmalıyam, 
Bunu nəslim və 
Nəslimin nəsli belə bilsin!» 
Təmücin bu sözlərlə kəmərini boynuna və papağını qoluna asa-
raq günəşə sarı döndü və əli ilə sinəsnə vuraraq günəşə qarşı doqquz 
dəfə diz çöküb tövbə və istiğfar etdi. 
                                                           
1
  NT: unen. Müq. et: monq. üyeñ, üyñ (Kow., 553), kalm. üñ (R. kalm. 461 b) 
«kakım»; (alm.: Hermelin , lat.: mustela erminea; rus.: qornostay). 
2
  NT: xandaxay; İnt.-də tərcüməsi yoxdur. Yuxarıda Haenischə və Kozinə görə 
çevirdik. Müq. et:  monq. xandaxay «sığın»  (Kow., 724). 
3
  NT: xarca; İnt.-də tərcüməsi yoxdur. Haenisch bunu «həşərat, kiçik şey» (?),  
Kozin isə «qaranquş» deyə çevirir. Müq. et: monq. karağaçay «qaranquş», 
kalm. xaratse (id., R. kalm., 168 b); türkcədə karça «kiçik qaranquş», karlığaç, 
karlığaş (Kaşğ.) kırlanğıç, karlığaç (İd.. Qazan), karlanğuç, karlağac, karlavuç 
(İd., çağ.), karlağaş (id., Alt., sağ). 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə