Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə28/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   24   25   26   27   28   29   30   31   ...   109

Мonqolların gizli tarixи 
 
83
 
deyərək öz adamlarını alıb gəldi. Ana, uşaq və qardaşlar qorxaraq 
sıx ormanda gizləndilər. Belgütay ağacları kəsərək barrikada düzəl-
dərkən Xasar onları ox atmaqla qarşıladı. Xaçi’ün, Təmügə və Tə-
mülünu, (yəni) bu üçünü qayalar arasına gizləyib savaşarkən tayi-
çi’utlar «Böyük qardaşınız Təmücini göndərin
1
, başqa heç kim la-
zım deyil!» deyə bağırdılar. Belə olduqda (ana və qardaşları) Təmü-
cini ata mindirib qaçırdılar
2
. Tayiçi’utlar onun qoşaraq ormana doğ-
ru getdiyini görüncə onu təqib etməyə başladılar. Təmücin Tergünə 
təpəsindəki ormana daldı, lakin tayiçi’utlar ormana girmədən onu 
mühasirə etdilər. 
§ 80. Təmücin orada üç gecə qaldıqdan sonra «çıxmalıyam» de-
yərək atını yedəkdə götürərkən, yəhəri açılaraq düşdü. Dönüb ba-
xınca, yəhərin döşlük və qayışla bağlı olduğu halda çözülüb düşmüş 
olduğunu gördü. «Qayış belə ola bilər (açıla bilər), lakin döşlük ne-
cə açılır? Hər halda tanrı xəbərdar edir» deyərək geri döndü və daha 
üç gecə qaldı. Sonra yenə çıxmaq istədiyi zaman gördü ki, ormanın 
kənarında çadır böyüklüyündə  ağ bir daş düşərək yolu bağlayıb. 
                                                                                                                                                          
lərilə eyni kökdən olmalıdır. Birinci misra bu izaha görə: «Pislər yumurtadan 
çıxmışlar, tüklərini tökmüşlər (qanadları böyüməkdədir)» kimi bir məna ifadə 
edir. Kozin bu cümləni belə tərcümə edir: «Deyəsən, quzular və cücələr tük-
lərini dəyişdirdilər». İkinci misra: şilüget, İnt.-də «hələ seliyi axanlar, (seliyi 
axan  kiçiklər)» deyə tərcümə  edilən  bu söz üçün müq. et: monq. silüsü,  silü-
sün «selik» (Kow., 1496), kalm. sölkə (İd.) (R. kalm.,.370 a); türkcədə: süle-
gey «selik» (çağ.), siləgey (id.) (Qazan). Şiberigü sözü İnt.-də «böyümək» 
deyə  tərcümə edilmişdir. Buna görə biz də ikinci misranı Haenischə  əsas-
lanaraq yuxarıdakı kimi tərcümə etdik. Kozin şiberigü təbirini monq. şibege 
«çəpər, barrikada» (Kow., 1477) yardımı ilə izah edərək cümləni də «Onlar 
seliklərini bərtərəf etdilər (sildilər)» deyə tərcümə edir. 
1
  NT: axa-ban Təmücin-i ire. Hərfi tərcüməsi: «Ağanız Təmücini gəl!» Bu 
cümlədə bariz bir qrammatik xəta gözə çarpdığından, ire «gəl!» yerinə ile 
«göndər!» deyə oxunmasını təklif edirik. Bu söz İnt.-də i-re şəklində yazılsa 
da, bunun i-le deyə düzəldilməsi doğru olar. Bunu Kozin də i-lə deyə oxumuş-
dur. 
2
 NT: Təmücin-i morilaulcu buruutxan. Yuxarıda Haenischə görə çevirdik. 
Kozin tayiçi’utları fail sayaraq: «Onlar Təmücinin qaçmasına səbəb  oldular» 
şəklində tərcümə edir. 


Monqolların gizli tarixi 
 
 
84
 
«Hər halda tanrı xəbərdar edir» deyərək geri döndü və yenə üç gecə 
qaldı. Doqquz gün yeməksiz qaldıqdan sonra «şərəfsiz ölməkdənsə 
çıxmalıyam!» dedi, yolu qapamış olan çadır böyüklüyündəki ağ da-
şın yanından irəliləyib, yürüməsinə əngəl olan ağacları ox düzəltmə-
yə yarayan bıçağı ilə  kəsdikdən sonra atını (daşın) yanından (irəli) 
sürdü. Təmücin çıxarkən hələ  də gözləməkdə olan tayiçi’utlar onu 
yaxalayaraq alıb götürdülər. 
§ 81. (Tayiçi’utların rəisi) Tarxutay-kiriltuh Təmücini alıb götür-
dü və onu öz xalqı
1
 içərisində məhkum etdi
2
. (Təmücin) kəndlərdə
3
 
növbə ilə (hər evdə) bir gecə saxlanırdı. Yazda ilk ayın on altısında, 
ayın bədr günündə tayiçi’utlar Onan sahili boyunda toplantı (ziya-
fət) keçirmiş, günəş batınca da dağılmışdılar. Təmücini bu toplantı 
əsnasında zəif bir adama tapşırmışdılar. Toplantıdakı adamlar dağı-
lınca Təmücin (boynuna taxılmış) buxovu
4
 zəif adamdan çəkib aldı 
və onun qafasına bir dəfə vurub qaçdı. «Onan ormanında yatsam gö-
rərlər» deyərək çay içində arxası üstə uzandı və buxovunu axıntı is-
tiqamətində qoyub ancaq üzü görülə biləcək bir şəkildə yatdı. 
§ 82. Təmücinin qoyub qaçdığı bu adam yüksək səslə «Yaxalan-
mış adam qaçdı!» deyə bağırınca, dağılmış olan tayiçi’utlar yenə 
toplandılar və gün kimi ay ışığında Onan ormanını axtardılar. Sul-
duslardan Sorxan-şira tam oradan keçərkən onun çayın içində yat-
dığını gördü və  
                                                           
1
 NT: ulus irgən; bax: §§ 5; 53. 
2
 NT: Təmücin-i Tarxutay-kiril-tuh abçu otçu ulus irge-düriyən casahlacu ayil-
tur nikan xono'ulun xono'ulun bitu'ulun yabuxuy-tur. Biz Kozinə görə 
çevirdik. Haenisch casahlacu sözünü ancaq «əmr etmək» mənasında alaraq 
cümləni belə çevirir: «Tarxutay-kiriltuh Təmücini götürdü və öz adamlarına 
onu hər kənddə növbə ilə bir gecə saxlamağı əmr etdi». 
3
 NT: ail; müq. et: monq. ayil «bir neçə çadırdan ibarət qrup, məskən, çadır, ev, 
qonşu, qonşu evi», el (id.); türkcədə  ağıl (Güney t.), avıl «kənd» (Qazan), ayıl 
(id.) (tel.), ıal (id,) (yakut); mancur. añ-qala «ailə» (Vlad., Gr. § 114). Bir neçə 
ailin birləşməsilə gürəyən yaranır (bax: § 90, qeyd). 
4
 NT: buxağu. Cəza olaraq məhkumun boynuna taxılan, ağacdan düzəldilmiş 
dördkünc çərçivə. Müq. et: monq. buğuğa «bağ, üzük»; türkcədə bukağu 
(uyğ., Kaşğ.) «buxov, oğruların  əllərinə keçirilən qandal», buğau «dəmirdən 
köstək» (Qazan). 


Мonqolların gizli tarixи 
 
85
 
«Bax belə hiyləgər
Gözün atəşli,  
Üzün nurlu 
olduğu üçün tayiçi’ut qardaşların tərəfindən belə qısqançlıqla təqib 
edilirsən. Sən beləcə uzan, mən söyləməm!» deyərək keçib getdi. 
Sonra «yenə axtaraq!» dedikləri zaman Sorxan-şira «yenə eyni yol-
dan, baxılmamış yerləri baxıb təkrar axtaraq» dedi. Tayiçi’utlar bu 
təklifi qəbul etdilər. Eyni yoldan təkrar axtararkən Sorxan-şira Tə-
mücinə «Qardaşların (tayiçi’utlar) ağızlarını  və dişlərini itiləyərək 
gəlirlər, beləcə yat və diqqətli ol!» deyərək keçib getdi. 
§ 83. Bundan sonra yenə axtarmaq istədikləri zaman Sorxan-şira 
«Ey tayiçi’ut oğulları! Siz aydınlıq bir gündə bir adamı qaçırdınız, 
indi onu qaranlıq gecədə necə tapaq? Yenə eyni yoldan baxılmamış 
yerlərə baxıb təkrar axtardıqdan sonra dağılaq, sabah toplaşıb axta-
rarıq. Bu buxovlu insan haraya gedə bilər?» dedi. Bu fikri bəyənib 
təkrar axtararkən Sorxan-şira (Təmücinə): «İndi biz dağılınca ananla 
qardaşlarını axtarmağa get. Başqalarına rast gəlsən, mənimlə görüş-
düyünü demə!» deyərək keçib getdi. 
§ 84. Onlar tamamən dağıldıqdan sonra Təmücin öz özünə dedi: 
«Keçənlərdə  kəndlərdə növbə ilə gecələrkən Sorxan-şiranın evində 
qaldığım zaman iki oğlu Çimbay və Çilao'un mənə acımış və gecə 
buxovu boşaldaraq yatmağıma imkan vermişdilər.  İndi isə Sorxan-
şira məni gördüyü halda xəbər vermədən keçib getdi. Məni yenə 
bunlar qurtara bilərlər» dedi və Sorxan-şiranın evini arayaraq Onan 
çayı boyunca axıntı istiqamətində yürüməyə başladı. 
§ 85. Evin işarəti (bu səs idi): orada süd sağıldıqdan
1
 sonra gecə 
gün ağarıncaya qədər yağ düzəldirdilər
2
. Təmücin bu işarətə qulaq 
                                                           
1
  NT: sün tuşum et. Hərfi tərcüməsi: «süd töküb». 
2
  NT: bülekü,  İnt.: «kərə yağı düzəltmək». Bu söz monq. həm  yağ, həm qımız 
düzəltmək mənasına gəlir. Müq. et: monq. büligü «qarışdırmaq» (Kow., 
1236), kalm. bülehü, bülhü «qarışdırmaq, kərə yağı düzəltmək» tşige bülhü 
«qımız düzəltmək», üsü bülhü «yağ düzəltmək» (R. kalm., 66b). 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə