Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə24/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   20   21   22   23   24   25   26   27   ...   109

Мonqolların gizli tarixи 
 
71
 
Onan çayı dalğalandı,  
Sahil ormanları titrədi
1

Daritay-otçigin onun yanında gedərək: 
«Qucaqlamaq istədiyin adam çox keçidlər aşmışdır,  
Göz yaşı tökdüyün adam çox çaylar keçmışdır,  
Ağlasan da, dönüb baxmaz və səni görməz,  
Arasan da izi tapılmaz, sakit ol!»  
deyərək ona sakitləşdirdi. Yesügey-bağatur Hö’elün-ücini evinə gö-
türdü. Hö’elün-ücinin Yesügey tərəfindən qaçırılması bax belə cərə-
yan etmişdir. 
§ 57. Ambaxay-kağanın Xada'an və Xutulanın adlarını zikr edə-
rək göndərdiyi xəbər gəlib çatanda bütün mañğol və tayiçi’ut (xalqı) 
Onan çayı boyundakı Xorxonah adlı sahil ormanında keçirdikləri bir 
toplantıda Xutulanı xan seçdilər. Mañğollar sevinclərini ümumi 
məclislərdə  rəqs etməklə ifadə edirdilər. Xutulanı xan seçdikdən 
sonra onlar Xorxonah civarındakı  ağacların  ətrafında qabırğalarına 
(bellərinə) qədər çuxurda və dizlərinə qədər toz içində qalacaq dərə-
cədə
2
 rəqs etdilər. 
§ 58. Xutula xan olduqdan sonra vəliəhd Xada'an ilə birlikdə ta-
tar xalqına qarşı hərb açdı. Onlar tatarlardan Koton-barağa və Cali-
buğa ilə on üç dəfə çarpışdılar, lakin Ambaxay-kağanın intiqamını 
alammadılar və heyflərini çıxa bilmədilər. 
§ 59. Bu ərəfədə Yesügey-bağatur tatarlardan Təmücin-ügeni, 
Xori-buğanı  və başqalarını  əsir alaraq gətirərkən Hö’elün-ücin ha-
milə idi. Onan çayı yanındakı Deligün-boldaxda iqamət etdikləri 
zaman tam orada Çiñgis-kağan dünyaya gəldi. O doğularkən sağ 
əlində saqqa
3
 (sümüyü) böyüklüyündə laxtalanmış qan tuturdu. Ta-
                                                                                                                                                          
bir önə, bir arxaya ataraq bunları necə bacaracaqdır?» 
1
 NT: hoy cubur dao'uristala. İnt.: hoy «orman», cubur «çay», hoy cubur «or-
man və çay»; YP: «çay kənarındakı    ağaclar». Kozin bu misranı «meşədən 
əks-səda gəldi» şəklində tərcümə edir. 
2
 NT: xabirxat a xa'uluxa, ebüdüg te ölkek bolutala, hərfi tərcüməsi: «qabır-
ğalara çuxur, dizlərə toz oluncaya qədər». 
3
 NT: şi'a, İnt.: «sümük zər» (oyun üçün). Bax: monq. şiğai (Kow., 1468), şağai 
(ibid. 1443), kalm. şağe,  şaxe, saxa, «içinə  ərimiş qurğuşun doldurulan və 


Monqolların gizli tarixi 
 
 
72
 
tarlardan Təmücin-ügenin gətirildiyi zaman doğulduğu üçün ona bu 
şəkildə Təmücin adı verildi. 
§ 60. Yesügey-bağaturun Hö’elün-ücindən Təmücin, Xasar, 
Xaçi’ün, Təmügə adlı dörd oğlu və Təmülün adlı bir qızı oldu. Tə-
mücin doqquz yaşında ikən Çüçi-Xasar yeddi yaşında idi. Xaçi’ün-
elçi beş, Təmügə-otçigin də üç yaşında idi. Təmülün hələ beşikdə 
idi. 
§ 61. Təmücin doqquz yaşında ikən Yesügey-bağatur onun üçün 
anası Hö’elünün (qohumları olan) torğut qəbiləsinə  mənsub olxun-
oğutlardan
1
, (yəni) öz dayılarından qız istəmək məqsədilə Təmücini 
yanına alıb yola çıxdı. Yolda gedərkən Çəkçər və Çihürgü (dağları) 
arasında üñgiratlardan Dey-seçenə
2
 rast gəldilər. 
§ 62. Dey-seçen «Qaynım Yesügey, hara gidirsən?» deyə so-
ruşunca Yesügey-bağatur «Bu oğlum üçün dayıları olan olxunoğut 
qəbiləsindən qız istəməyə gidirəm» deyə cavab verdi. Dey-seçen sö-
zünə davam etdi: «Sənin bu oğlunun gözləri atəşli, üzü də nurludur. 
§ 63. Qaynım Yesügey! Mən bu gecə bir yuxu gördüm. Bəyaz 
bir cins şahin günəşlə ayı  pəncələrilə yaxalayaraq uçub gəldi və 
əllərimin üstünə qondu. Bu yuxumu başqalarına da danışdım: günəş-
lə ayı (ancaq) baxaraq görmək (mümkündür)
3
, indi isə bu cins 
doğan onları yaxalayıb gətirdi və    əllərimin üstünə qondu. Bəyaz 
olaraq qondu. Bu yuxu necə  də gözəl  şeylər göstərir deyə 
düşünürdum. Qaynım Yesügey, bu yuxu, hər halda, sənin öz oğlunla 
buraya gələcəyini göstərmək istəmişdir. Mən yaxşı bir yuxu 
                                                                                                                                                          
oyunda istifadə olunan sümük; heyvan ayaqlarından  əldə edilir» (R. kalm., 
308; 344); türkcədə: saka «aşıq oyununda zər yerində işlədilən sümük» (Şərqi 
T., çağ. qazax) . 
1
 NT: torğut olxuno'ut irgen. Haenisch bnradakı torğut sözünü qəbilə adı saya-
raq yuxarıdakı kimi tərcümə edir. Kozin bu sözü töregü «doğmaq» ilə əlaqə-
dar zənn edərək «qohum» şəklində çevirmişdir. 
2
  NT: seçen «ağıllı, hakim». Əslində,  noyanların (bax: § 8 qeyd) bir ləqəbidir, 
çox yerdə isimlərlə birlikdə işlənir. 
3
  NT: naran sara-yi xaracu ücekden büle'e. Tərcümə Kozinə görədir. Haeni-
schin tərcüməsi: «Günəşlə ayı hər zaman görmək mümkündür». 


Мonqolların gizli tarixи 
 
73
 
gördüm
1
. Görəsən, bu nəyi ifadə edir? Bu, hər halda, sizin kiyat 
xalqından olduğunuzu müjdələyən bir işarə olmalıdır
2

§ 64.   Bizim, yəni üñgirat  xalqının 
Əskidən bəri igidlərimiz
3
 yaraışıqlı, qızlarımız gözəldir: 
Uluslarla rəqabətə girişmədik
4

Gözəl yanaqlı qızlarımızı 
Sizdən xan olan kimsələrə verdik, 
Onları böyük arabaya mindirdik, 
Qara dişi dəvə qoşaraq 
Göndərdik, 
Xan taxtına 
Birlikdə oturtduq. 
Biz başqa uluslarla rəqabətə girişmədik
5

Biz gözəl və yaxşı qızlar böyütdük, 
Onları faytonlara
6
 mindirərək, 
Boz erkək dəvə qoşaraq 
Gəlin etdik, 
Yüksək taxtın 
Bir tərəfinə oturtduq. 
Əskidən bəri üñgirat xalqının 
Qadınları qalxanlı, qızları iffətli
7
,  
                                                           
1
  Kozin bu cümləni tərcümə etmədən keçir. 
2
  Kozinin tərcüməsi: «Siz mənsub olduğunuz kiyat qəbiləsinin ruhu şəklində 
röyama girdiniz və öncədən xəbər verdiniz». 
3
  NT: ce, ce'e, İnt.: «Qadın tərəfindən olan qohum». Müq. et: monq. cige(n) 
«qadın tərəfindən olan nəvə» (Kow., 2353). 
4
  NT: ba... ulus ulu temeçet. Haenisch buranı «Biz başqa xalqları ələ keçirmək 
sevdasına düşmədik» şəklində, Kozin isə «İgidlərimizin yaraşıqlılığı və qızla-
rımızın gözəlliyi cəhətindən rəqibimiz yoxdur» deyə tərcümə edir (aşağıdakı 
qeydə bax). 
5
  NT: ba ulus irgen ulu temeçet, Haenisch bu cümləni də yuxarıdakı qeyddə 
göstərdiyimiz kimi tərcümə edir. Kozin isə «Qəbilə  və xalqlarla rəqabət et-
mirik» şəklində verir ki, biz hər iki cümləni də buna görə tərcümə  etdik. 
6
  NT: ölcigetay tergen, (bax§§ 6; 55).  
7
  NT: xatun xalxatan, okit oçilten. Haenischin tərcüməsi: «Qadınlarımız sizinlə 
eyni evlənmə təşkilatından, qızlarımız isə təklif siyahısındandır».  


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə