Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə27/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   23   24   25   26   27   28   29   30   ...   109

Monqolların gizli tarixi 
 
 
80
 
Tor düzəldərək 
Kiçik balıqlar
1
 tutdular, 
Beləcə, təşəkkür mənasında analarını bəslədilər. 
§ 76. Bir gün Təmücin, Xasar, Bekdər və Belgütay dördü bir-
likdə oturub qarmaq ilə balıq ovlarkən iri bir soxosun
2
 balığı qarma-
ğa düşdü. Bekdər ilə Belgütay onu Təmücin ilə Xasardan zorla al-
dılar. Təmücin ilə Xasar evə gələrək Ücin anaya «Qarmağa düşən iri 
bir soxosun balığını qardaşlarımız Bekdər və Belgütay bizdən zorla 
aldı» dedilər. Bunu eşidən Ücin ana «Buraxın bu işi!
3
 Qardaş oldu-
ğunuz halda niyə bir-birinizlə belə rəftar edirsiniz? 
Kölgəmizdən başqa dostumuz yox,  
(Heyvan) quyruğundan başqa qamçımız yox. 
Tayiçi’ut qardaşlarımızdan necə intiqam alaq? deyə düşünmək 
əvəzinə keçmişdəki Alan ananın beş  oğlu kimi niyə yola getmirsi-
niz? Əhəmiyyət verməyin!» dedi. 
§ 77. Təmücin və Xasar bundan narazı qalaraq «Onlar keçən dəfə 
oxla vurduğumuz bir bilcigür
4
 quşunu da əlimizdən almışdılar. Bu-
gün də elə hərəkət elədilər. Biz onlarla birlikdə necə yaşayaq?» de-
yib qapını  çırparaq qaçdılar. Bekdər xallı ayğırla birlikdə doqquz 
heyvanı otararaq bir təpə üstündə oturmuşdu. Təmücin arxa tərəf-
dən, Xasar da ön tərəfdən gizlənərək oxlarını çəkib gələrkən Bekdər 
onları gördü, «tayiçi’ut qardaşlarımızdan gördüyümüz həqarətin in-
tiqamı necə ala bilərik? deyə düşünmək yerinə niyə mənimlə 
Gözdəki qıl kimi,  
                                                           
1
  NT: ciramut, İnt.: «kiçik balıqlar». Monq. cirmag, cirmakai «kürü»; kalm. 
ciraxa «kiçik balıqlar» (R. kalm., 112a). 
2
  İnt.-də tərcüməsi yoxdur. 
3
  NT: yegü'üce'ay, İnt.: «Burax!» Haenisch bu sözü izah edə bilmədiyini, «bu 
da nə deməkdir?» mənasına gəlməli olduğunu yazır. Kozin «Sizinlə nə edim?» 
deyə  tərcümə edərək lüğətində bu izahı verir: yeküüceay «durun, əl çəkin», 
monq. yakihu «nə etmək», yağa kiğucay « (saqın) bir şey olmasın!» 
4
  NT: bilcügür; İnt.: «kiçik quş». Haenisch və Kozin hər halda buna əsaslaraq 
«tarla quşu» deyə tərcümə edirlər. Müq. et: monq. bolcumur, bölcimür «tarla 
quşu, toyğar» (Kow., 1201); kalm. bili «qismən qırmızı olan bir ördək növü»; 
türk.: «ördək» (qazax). 


Мonqolların gizli tarixи 
 
81
 
Ağızdakı yonqa kimi 
Rəftar edirsiniz? 
Kölgəmizdən başqa dostumuz yox, 
(Heyvan) quyruğundan başqa qamçımız yoxkən  
niyə belə düşünürsunuz? Mənim ocağımı  yıxmayın, Belgütayı öl-
dürməyin!» dedi və bardaş quraraq oturduğu halda gözlədi. Təmücin 
ilə Xasar onu öndən və arxadan yaxın bir hədəf kimi oxlayaraq get-
dilər. 
§ 78. Evə gəldikləri zaman Ücin ana uşaqların üz-gözündən və-
ziyyəti  anlayaraq bunları söylədi:  
«Qatillər! 
Sən isti bətnimdən 
Çıxarkən, 
Əlində qara qan parçası 
Tutaraq dünyaya gəldin. 
Xasar da özünün məşiməsini dişləyən 
Köpəyə bənzəyir. 
Qayalar  üzərində sıçrayan 
Qaplan kimi, 
Hiddətini boğa bilməyən 
Arslan kimi, 
Canlıları udmaq istəyən 
Böyük ilan
1
 kimi, 
Öz kölgəsinə saldıran şahin kimi, 
Səssizcə şikarını udan durna balığı
2
 kimi, 
Balasını ökçəsindən dişləyən erkək dəvə kimi
Fırtına əsnasında yaxınlaşan qurd kimi, 
Balası ona çatmayanda 
Balasını yeyən əngir
1
 ördəyi kimi, 
                                                           
1
  NT:  məñgüs, mañxus, İnt.: «böyük ilan». 
2
    NT:  çuraxa,  İnt.: «balıq adı». Müq. et: monq. tsordo «qaya balığı» (Kow., 
2221), (alm.: Gründling, lat.cyprinus gobio); kalm. tsurha «durna balığı» (R. 
kalm., 434a); türkcədə: çurtan, çortan «durna balığı» (Alt., tel., qazax, Qa-
zan.),  (alm.:  Hecht,  lat.: esox lucius). 


Monqolların gizli tarixi 
 
 
82
 
Yuvasına yaxınlaşınca sürü ilə müdafiəyə girişən 
Çaqqal
2
 kimi, 
Yaxalarkən yanılmayan pars kimi,  
Koru-koruna saldıran barus
3
 kimi  
Öldürdünüz! 
Kölgəmizdən başqa arxadaşımız yoxkən,  
(Heyvan) quyruğundan başqa qamçımız yoxkən, 
tayiçi’ut qardaşlarımızdan gördüyümüz həqarətin intiqamını necə 
ala bilərik? deyə düşünmək yerinə «birliklə necə yaşayaq?» deyərək 
belə hərəkət etdiniz». Ücin ana belə söylədi, 
Keçmişdəki olayları təkrarlayaraq,  
Əskilərin sözlərini zikr edərək  
onları çox azarladı. 
§ 79. Beləcə yaşayıb gedərkən tayiçi’utlardan Tarxutay-kiriltuh 
«Pislər tüklərini tdökdülər, 
Seliyi (axan kiçiklər) böyüdülər»
4
 
                                                                                                                                                          
1
  NT: añgir; müq. et: monq. añgir «turfan, macreuse» (Kow., 21), (alm. 
Trauerente, lat.: anas nigra); kalm. əñgir (id.); türkcədə: añ (Kaşğ.) «bir quş 
adı», añkir «bir ördək növü» (çağ.), añar «köksü qırmızı  və sarı rəngdə,  qaz-
dan  bir az kiçik bir su kuşu» (Alt.). 
2
  NT: co'eböri. Bu sözü hər halda co'e-böri şəklində təhlil etmək lazımdır.  Böri 
(börii, büri) türkcə bir söz olub, «qurd» deməkdir; co'e təbirini «az, kiçik» 
deyə  tərcümə etmək istərdik, müq. et: NT: co'eken «az, bir neçə», cəmi: 
ce'okat (id.), monq. çögen «az» (Kow., 2228), NT coyen, kalm. tsö, tsön (R. 
kalm., 432b). Nəticə olaraq co'eböri «kiçik (az) qurd» («çaqqal») anlamına 
gəlməlidir. Bax: kalm. tşövr «çaqqal» (<çöge-böri, R. kalm.).  
3
  İnt.-də  tərcüməsi verilməmişdir.  Altan Tobçidə baruh deyə yazılmış, Qalsan 
Qombayev tərəfindən isə «ev köpəyi» deyə  tərcümə edilmişdir. Bax: kalm. 
barağ noxay (id.) (Kozinə görə).  
4
  NT:  xoluxat xo'ocicu'u  
şilüget şibericü'ü. 
Haenisch tərəfindən xoluhat deyə oxunan və İnt.-də «pislər», YP-də «bir za-
manlar tərk etdiyimiz kimsələr» şəklində tərcümə edilən sözü Kozin kurukat 
deyə oxuyur və «quzular, cücələr» deyə  tərcümə edir. Xo'ocixu təbirinə  gə-
lincə, İnt.-də «tük tökmək», YP-də «onların tükləri böyümüşdür» şəklində tər-
cümə edilən bu söz, hər halda, monq. guucixu «dəri və ya tük dəyişdirmək» 
(Kow., 1020) və kalm. gudzihu «yumurtadan çıxmaq» (R. kalm., 156 b) söz-


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə