Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə26/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   22   23   24   25   26   27   28   29   ...   109

Мonqolların gizli tarixи 
 
77
 
§ 71. Bu sözə Orbay və Soxatay belə cavab verdilər: 
«Çağırılarsan, bir şey verməzlər, bu, sənin adətindir,  
Rastladığın yerdə yeyərsən, bu, sənin təbiətindir,  
Rica edərsən, bir şey verməzlər, bu, sənin adətindir,  
Ziyarətə gedib yeyərsən, bu, sənin təbiətindir. 
Sən hər halda «Ambaxay-kağan öldü» deyə belə düşünürsən». 
Hö’elünu bu şəkildə azarladılar
1

§ 72. (Qəbilənin başbilənləri), müzakirə nəticəsində «Bu qadınla 
uşaqlarını burada qoyub köç edin, onları almadan gedin!» deyə (bil-
dirdilər). Ertəsi gün tayiçi’utlardan Turxubay-kiriltux, Tödöyen-gir-
tə və başqaları Onan çayı boyunca axıntı istiqamətində köç etdilər. 
Lakin Hö’elün-ücini, ana və uşaqları geridə qoydular. Xoñxotatlar-
dan Çaraxa-ebügən
2
 gedənlərin qabağına çıxıb xəbərdarlıq etmək is-
təsə də Tödöyen-girtə: 
«Dərin su qurumuşdur,  
Parlaq daş qırılmışdır!» 
dedi və yollarına davam etdilər. Çaraxa-ebügənə «Sən nə hədlə bizə 
xəbərdarlıq edirsən?» deyərək arxasından mizraqla vurdular. 
§ 73. Çaraxa-ebügən yaralı bir vəziyyətdə evə gələrək müztərib 
bir halda yatarkən Təmücin onu görməyə gəldi. O zaman xoñxotatlı 
Çaraxa-ebügən: «Sənin əsil atan tərəfindən toplanmış olan ulusumu-
zu
3
 alıb götürdükləri zaman xəbərdarlıq etmək istəyəndə də belə bir 
rəftara məruz qaldım» dedi. Bunu eşidən Təmücin ağlayaraq bayıra 
qaçdı. Köç əsnasında geridə qoyulan Hö’elün-ücin şəxsən əlinə bay-
raq alaraq ata mindi və xalqın yarısını geri qaytardı. Lakin sonra on-
lar da durmadılar və tayiçi’utların arxasından köç etdilər. 
                                                                                                                                                          
başqalarının gözü önündə yeməyə müqtədir olduqdan sonra xəbər vermədən 
köç etmək də əlinizdən gəlir» şəklində tərcümə etmişdir.   
1
  NT: Ambaxay-kağan-ni üküle'ü çi ke'ecü Högelün-ne gürtele eyin ke'ekdeküi 
bolbay. Yuxarıda Haenischə görə çevirdik. Kozinin tərcüməsi çox fərqlidir: 
«Ambaxay-kağan öldüyü üçün, Högelün dəxi bizimlə belə danışmaya cəsarət 
edir». 
2
  Ebügən üçün  bax: § 44. 
3
  NT: ulus, bax: § 53, qeyd. 


Monqolların gizli tarixi 
 
 
78
 
§ 74. Tayiçi’ut qardaşlar
1
 Hö’elün-ücini, dul qadınla uşaqları, 
ana və uşaqları ordugahda
2
 qoyub getdikdən sonra 
Mahir bir qadın olan Hö’elün-ücin  
Kiçik uşaqlarını böyütdü.  
Yaylığını
3
 başına möhkəm bağlayaraq,  
Ətəklərini qısaldıb (belinə) sancaraq,  
Onan çayı boyunca bir aşağı, bir yuxarı qoşdu,  
Cır armud
4
 və moyilxo (meyvəsi)
5
 toplayaraq  
Gecə gündüz uşaqlarını bəslədi.  
Cəsur Ücin ana,  
Əziz uşaqlarını tərbiyə etdi.  
Əlinə sərv ağacından bir dəynək alaraq,  
Sudun və çiçiginə kökləri
6
  
Qazaraq onları bəslədi.  
Ücin ana tərəfindən  
Yabanı soğanlarla
7
 bəslənən uşaqlar, 
                                                           
1
  NT: tayiçu'ut aha de'ü.  
2
  NT: nutuh, nuntuh; içtimai bir birliyin köçüb qonduğu yerə verilən addır, 
«düşərgə, məskən, iqamətgah» anlamlarına gəlir, bəzən «ordugah, qərar gah» 
deyə tərcümə edilə bilir. 
3
  NT: bohtalacu, İnt.: «qu lələyi olan papağı geymək», bohtah sözü üçün 
P.Pelliotun qeydinə bax: Journal Asiatique, 206 (1925), s. 221. Eyni cümlələr 
§ 254-də də keçir:  
horaidale bohtalacu,  
ho'ocitala büselecü... 
4
  NT: ölirsün, İnt.: «cır armud». Kozin bu sözü «cır alma» deyə çevirir. 
5
  NT: moyilho, moyilsun, İnt.: «bir meyvə növü». Kozin bunu qarağat deyə tər-
cümə edir. Müq. et: monq. moil «qarağat, cerisier a grappes» (Kow., 2027). 
Alm.: «Elsebeerbaum, Traubelkirsche», lat.: «prunus padus». Bu meyvə türk-
cə moyıl və ya şumurt (qazax, Qazan) adlanır, Sibir, Monqolustan və Şimali 
Türküstan ormanlarında yabanı bir halda yetişir. Ağacı və meyvəsi gilasa bən-
zəyir, lakin meyvəsi qara və turşməzədir. 
6
  İnt.-də bu iki sözün ayrıca tərcüməsi verilməmiş, ancaq «ot kökü» deyə  izah 
edilmişdir. 
7
  NT-də bu yerdə haliyarsun və mañgirsun deyə iki təbir var, hər ikisi İnt.-də 
«yabanı soğan» deyə tərcümə edilmişdir. Bax: monq. mañgir «yabanı soğan» 
(Kow., 1978), mañgisu(n) «porsuq»; mañgisun-u segül «porsuq quyruğu» 


Мonqolların gizli tarixи 
 
79
 
Sanki xan olmaq üçün böyüdülər.  
İntizamı sevən Ücin ana tərəfindən  
Ot kökləriylə
1
 bəslənən uşaqlar,  
Məzbut
2
 və ağıllı olaraq yetişdilər. 
§ 75. Ho'a-ücin tərəfindən 
Sarımsaq
3
 və soğanlarla bəslənmiş olan 
Məğrur
4
 uşaqlar,. 
Yüksək
5
 əsalət sahibi oldular. 
Ər və əsil olaraq yetişdikdən sonra
Artıq onlar ər oğlu ər və cəsur idilər. 
«(Artıq) anamıza yardım edək» deyərək, 
Onan sahilində oturaraq, 
Qarmaq və qanca düzəldərək 
Pis balıqlar tutdular
6

İynələri əyərək, qarmaq düzəldib, 
Cəbügə
7
 və xadara
8
 (balığı) tutdular. 
                                                                                                                                                          
(yabanı bir bitki adı) (ibid.); kalm. mañgrsn «yabanı soğan, yabanı sarımsaq» 
(R. kalm., 256); türk.: pağır, mañır «sarımsaq» (Alt., tel.). 
1
  NT: cauxasu,  İnt.: «bir dağ otu kökü». 
2
  NT: casahtan «ciddi, zabitəli». Kozin bunu «ədalətli» deyə tərcümə edir. 
3
  NT: xoxosun, İnt.: «sarımsaq». 
4
  NT: xa'uluxa § 57 (bax) və başqa bir neçə yerdə  «yol, çuxur» mənasında 
işlənən bu sözün İnt.-də  tərcüməsi verilir. Haenisch bunu aquluhay (monq. 
«məğrur») şəklində oxumağı təklif edir (Bax: Haenisch. NT,  qeydlər). 
5
  NT: xoyira'ut. İnt.-də tərcüməsi yoxdur. Kozin bunu monqolca oyilaxu «yük-
səlmək» təbiri ilə izah edir. 
6
  NT: eremdek cemdek cixasu elgücü geögilecü. Kozin buranı «pis balıqları 
yem olaraq istifadə edib qarmaqla balıq tutdular» deyə tərcümə edir. 
7
  NT: cebüge. İnt.: «bir balıq növü». Kozin bunu «lenox» deyə tərcümə edir. 
Müq. et: lenox «Yenisey çayında rastlanan bir ala balıq növü», lat.: «salmo 
lenox» (Schmidt. Russ.-Deut. Wb.). 
8
  NT: xadara, İnt.: «bir balıq növü». Müq. et: monq. xadara «l'ombre du-ri-
viere, umbre» (Kow., 781); alm.: Aesche, lat.: salmo thu-allus, (şirin su ba-
lığının bir növü, onbra balığı); kalm. xadarn «Zaerte, Barsch» (R. kalm., 159); 
lat.: «perca fluviatilis» (xan balığı); tunqus.: kadara «onbra balığı»  (R. kalm., 
159). 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə