Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə22/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   18   19   20   21   22   23   24   25   ...   109

Мonqolların gizli tarixи 
 
65
 
§ 37. Evə gəldikdən sonra bütün qardaşlar birlikdə danışaraq at-
larına mindilər, Bodonçarı da qabaqda göndərdilər. 
§ 38. Öncü olaraq gedən Bodonçar yolda orta dərəcədə hamilə 
bir qadına rast gəldi və «Sən kimlərdənsən?» deyə soruşdu. Qadın 
ona «Mən carçiğut adañxanlarının uriañhay (qəbiləsindənəm)»
1
 
deyə cavab verdi. 
§ 39. Beş qardaş birlikdə bu xalqı yağma etdikdən sonra at sürü-
sünə, yeyəcək, xidmətçi və iqamətgaha sahib oldular. 
§ 40. Orta dərəcədə hamilə olan bu qadın Bodonçara var-dıqdan 
(bir müddət) sonra doğdu. (Doğulan uşaq) yad
2
 bir qəbilədən olduğu 
üçün ona Caciraday (Cadaraday) adı verildi və cadaranların ulu 
babası oldu. Cadaradayın oğlu Tügü'üday, Tügü'üdayın oğlu Büri-
bülçirü idi. Büribülçirünün oğlu Xaraxadağan, Xaraxadağanın oğlu 
isə Camuxa idi. Bunlar cadaran boyunun ulu babaları olmuşlar. 
§ 41. Sonra bu qadının Bodonçardan da bir oğlu oldu. Qadın sə-
fərdə ələ keçirildiyi üçün uşağa Bağariday adını verdilər. O, ba’arin-
lərin ulu əcdadı oldu. Bağaridayın oğlu Çidüxül-bökö
3
 idi. Çidüxül-
bökönun arvadı çox olub, oğulları da o nisbətdə çox olmuşdur. Bun-
lar menen-ba’arin nəslinin əcdadları olmuşlar. 
§ 42. Belgünöday belgünotların  əcdadı oldu
4
 Bügünötay bü-
günotların əcdadı oldu. Buxu-xatagi xataginlərin əcdadı oldu. Buxu-
                                                                                                                                                          
degsen carçiğud uryanxaday-yin kümün bui şəklindədir. 
1
 NT: adu'un ide'ene haran tuthar-a ahui sa'uxuya gürbe. Yuxarıdakı  tərcümə 
Haenischə görədir. Kozin buranı bugünkü içtimai nəzəriyyələrlə izah etmək 
istəyərək «(Beş qardaş bu adamları yağma etdilər) və bu adamlar beş qardaşın 
sürü və mətbəxində çalışan xidmətçi oldular» şəklində çevirir. 
2
 NT: cat, Haenisch bu sözü İnt.-dəki müqabili «insan, insanlıq, əsrdaş» təbirinə 
uyaraq «əski (bir ailənin oğlu olduğu üçün)» deyə  tərcümə edir. Lakin biz 
bunu monq. cad «yabancı», kalm. zad (id.) (R. kalm., 462); türkcə yat (id.) 
(KB., Alt., tel., Qazan, karaim), cat (qazax) sözlərilə eyni əsildən sayaraq, Ko-
zin kimi «yabançı» deyə tərcümə etdik. 
3
  bökö «pəhlivan, güləşçi» (bax: §§ 8; 50; 140 və s.) 
4
  NT: Belgünötay belgünot obohtan boluba, bügünotay bügünot obohtan bo-
luba ... şəklində bir-birinin eyni olan cümlə bir neçə dəfə təkrar edilir, obohtan 
«ailəyə mənsub olanlar» Haenisch «Belgünötaydan belgünot ailəsi meydana gəldi»  şəklində  tərcümə 


Monqolların gizli tarixi 
 
 
66
 
tu-salci salci'utların  əcdadı oldu. Bodonçar borciginlərin  əcdadı ol-
du. 
§ 43. Bodonçarın ilk
1
 arvadından doğulan (uşağının) adı Barin-
şiyilatu-xabiçi idi. Bodonçar bu Habiçi-bağaturun anası  tərəfindən 
çehiz
2
 olaraq gətirilən bir qızı özünə məşuqə etmişdi. Bundan da bir 
oğlu oldu. Adı Cao'ureday idi. Cao'ureday ilk zamanlarda qurban 
ayinində
3
 iştirak edirdi. 
§ 44. Bodonçar öldükdən sonra, (Habiçi) «Evdə hər zaman adañ-
xa uryañhatlarından bir adam olmuşdur, bu da onlardan olmalıdır» 
deyərək Cao'uredayı qurban ayinində iştirak etməyə qoymadı. O da 
cao'ureyit adlı bir nəsil
4
 quraraq
5
 caoredlərin əcdadı
6
 oldu. 
 § 45. Habiçi-bağaturun oğlu Menen-tudun idi. Menen-tu-dunun 
Xaçi-külüg, Xaçin, Xaçi'u, Xaçula, Xaçi’ün, Xaranday və Naçin-ba-
ğatur
7
 adlı yeddi oğlu oldu. 
                                                                                                                                                          
edir. Kozin qısaldaraq «Belgünötay belgünotların əcdadı oldu» deyə verir. Bu 
təbir obohtu bolxu, obohtan bolxu (§§ 11; 42) şəkillərində bir neçə yerdə tək-
rarlanır (oboh üçün bax: § 9, qeyd).  
1
  NT: ablin. Haenisch bunu İnt.-ə istinadən «(anlaşma yolu ilə deyil, qaçırılmaq 
surətilə) öz tərəfindən alınan qadın» deyə izah etmişdir. Kozin bu sözü hər 
yerdə aburin deyə oxuyur və aburin eme «ilk, baş qadın» deyə tərcümə edir. 
Altan Tobçidə də abalin şəklində yazılmışdır. Monq. abali «uşaq ikən evlən-
dirilmiş cüt» (Kow., 42) mənasında olub, əgər NT-dəki söz bununla eyni kök-
dən isə bunu yuxarıdakı kimi «ilk, (baş) qadın» deyə vermək hər halda daha 
müvafiq olar. 
2
  NT: ince. Bu söz üçün Vladimirtsovun qeydinə bax: (Vlad. İçt., § 68). 
3
 NT: cügeli, İnt.-ə görə «bir dəynəyin ucuna ət asmaqla icra edilən qurban 
ayini». (Haenischin qeydinə bax:). Vlad. bunu türkcə yükün-  «əyilmək, hör-
mət  et-» ilə izah edir (Vlad.  İct., § 51). 
4
  NT: oboh, bax: § 9, qeyd. 
5
  Buranı Kozinə görə verdik. Haenisch belə tərcümə edir: «Cao'uredayı qurban 
ayinindən ayırdı və onu cao'ureyit ailəsi etdi». 
6
    NT:  ebügə, bəzən ebügən «cədd, ixtiyar, böyük ata». Bəzən ləqəb olaraq 
isimlərlə də işlənir, məsələn: Çaraxa-ebügən, §§ 68; 72 və s. 
7
  NT: ba'atur, yazı dilində bağatur, (türkcədə bahadır), bax: § 8, noyan sözü 
üçün yazılan qeyd. 


Мonqolların gizli tarixи 
 
67
 
§ 46. Xaçi-külügün Xaidu adlı  oğlu Nomolun-əkədən
1
 doğul-
muşdu. Xaçinin oğlunun adı Noyagiday idi. O bir əfəndi
2
 kimi hərə-
kət etdiyindən nəsli noyakin adlandırıldı. Xaçi'unun oğlu Barulatay 
idi. O çox cüssəli, həm də yeməyə çox düşkün idi. Onun nəsli ba-
rulas adlandırıldı. Xaçulanın oğulları da çox yeməkdə ad çıxardıq-
larından onlardan da böyük və kiçik barula adı altında barulas oy-
maqları  təşəkkül etdi. Erdemtü barula və tödöyen barula adlarıyla 
tanınan barulaslar bu şəkildə meydana gəlmişlər. Xarandayın oğul-
ları düyü ləpəsi qarışdırarkən sıraya fikir vermədiklərindən
3
 onların 
soyuna buda'at demişlər. Xaçi’ünün oğlu Adarkiday idi. O, qardaş-
larının arasına nifaq saldığından bu soya adargin adı verildi. Naçin-
bağaturun Uru'uday və Mañxutay adlı  oğulları vardı. Bunlardan 
uru'ut və mañxut soyları meydana gəldi. Naçin-bağaturun ilk
4
 arva-
dından doğulan oğullarının adları Şici'uday və Doxoladay idi. 
§ 47. Xaidunun üç oğlu vardı, adları Bayşiñxor-doxşin, Çaraxay-
liñxü və Çaocin-örtegay idi. Bayşiñxor-doxşinin oğlunun adı Tüm-
binay-seçen
5
 idi. Çaraxay-liñxünün oğlu Señgün-bilgə
6
 ilə onun oğ-
lu Ambaxaydan tayiçi’ut soyu meydana gəldi. Çaraxay-liñxünün 
baldızının Besutay adlı bir oğlu oldu. Besut soyu ondan meydana 
gəldi. Çaocin-örtegayın oğulları oronar, xoñxotan, arula, sünit, xab-
turxas və geniges soylarını qurdular. 
 § 48. Tümbinay-seçenin Xabul-kağan və Semseçüle adın-da iki 
oğlu vardı. Semseçülenin oğlu Bülteçü-bağatur idi. Xabul-kağanın 
yeddi oğlu vardı,  ən böyüyü Okin-barxax, digərləri də Bartan-ba-
ğatur, Xutuhtu-müñgür, Xutula-kağan, Xulan, Xadağan və Tödö-
yen-oçigin idi. 
                                                           
1
  NT: əkə «ana». 
2
  NT: noyanşik aburitu «noyan təbiətli», noyan üçün bax: § 8, qeyd. 
3
 NT: buda'an xutxulaxu eki teri'ü üge'ün tula. Yuxarıdakı tərcümə Haenischə 
görədir. Kozin «Onların arasında qarışıq ləpə kimi böyük və kiçik (fərqi) ol-
madığından» deyə çevirir.  
4
  NT: alin, ablin; bax: § 43, qeyd.  
5
  «ağıllı, hakim», bax: § 8, qeyd.  
6
  Bilgə «hakim» bu əsərdə yalnız olaraq işlədilmir. Vlad. görə, əslində, noyan-
ların  bir  ləqəbidir (bax: § 8, qeyd).  


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə