Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə18/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   14   15   16   17   18   19   20   21   ...   109

Мonqolların gizli tarixи 
 
53
 
məntəqəsinə, Muxalinin şərqə, Xara-üncidün civarına, Xorçinin Er-
diş boyundakı orman qövmləri məmləkətinə tümən komandanı ola-
raq göndərilməsi............................................................................179 
IX. Vəzifə bölgüsünü davamı: Xubilayın hərbi işlərin idarəsinə 
təyin edilməsi. Usun-ebügənin ağ xirqə ilə  ağ at üzərində baş beki 
olması. Xuyildarın nəslinə yetimlər sandığından yardım ayrılması. 
Mərkitlərin Seleñge boyundakı  ərazisinin sərbəst otlaq olaraq Sor-
xan-şiraya verilməsi. Nayağanın mərkəzdəki tümənin komandanı ol-
ması. Gecə alayının 80-dən 2 minə, gündüz mühafizə alayının 70-
dən 8 minə, cəmisi bir tümənə (on min) çıxarılması. Ordunun nüvə-
sini təskil edən mühafizə tüməninin xaricdəki minliklərdən üstün tu-
tulması...........................................................................................196 
X. Gecə mühafizə alayı ilə gündüz mühafizə alayı üçün çıxarılan 
bəyannamə, saray və ordugah nizamnaməsi. Gündüz mühafizə ala-
yının vəzifələri. Xubilayın qarluqlara qarşı səfəri (1206). Arslan-xa-
nın təslim olması. Sübegetay ilə  Cəbənin mərkitli Tohto’anı  təqib-
dən qayıtması. Uyğurlardan İduqut-xanın tabe olması və Çiñgisi zi-
yarət etməsi. Çüçinin qərb ordusu ilə orman xalqına qarşı  səfəri 
(1207): oyrat, buryat, barxun, ursut, xabxanas, xañxas, tubas, kirqis 
xalqlarının və şibir, keşdiyin, bayit, tuxas, tənlək, toğoles, tas və ba-
cigit qəbilələrinin bərisindəki orman xalqlarının itaət altına alınması. 
Xori-tumatlara qarşı düzənlənən səfərdə Boro’ulun öldürülməsi. 
Dorbay-doxşinin intiqam səfəri. Sərt intizam nəticəsində və baltalar-
la yol açmaq surətilə düşmənin basılması,  əsirlərin palyaşılması. 
Xoñxotatlı Müñlikin oğlu şaman Kokoços-Tebteñgerinin Xasarı sui-
qəsddə ittiham etməsi. Xasarın Çiñgis-kağan tərəfindən həbs edil-
məsi, analarının məsələyə müdaxiləsi, doqquz lisan xalqlarının Teb-
teñgeriyə qoşulması, Otçiginlə qovğa, Tebteñgerinin ölümü, üsyan 
təhlükəsi, cəsədin əsrarəngiz bir şəkildə ortadan qeyb olması.......210 
XI. Kitatlara (Kin dövlətinə) qarşı  səfər (1211), Çabçiyal (Kü-
yunq-kuan) və Dunq-çanqın alınması, kitanların təzminat verməsilə 
Çiñgis-kağanın geri çəkilməsi. Xaşinlərə (tanqut) qarşı  səfər, Bur-
xan-xanın ittifaq və təzminat təklifi, dəvə, şahin və qumaş göndər-
məsi. Çiñgis-kağan tərəfindən Cao-qona (Sunq dövlətinin hökmdarı) 


Monqolların gizli tarixi 
 
 
54
 
göndərilən elçilərin kitatlar (kinlər) tərəfindən həbs edilməsi, ki-
tatlara qarşı yeni səfər (1214). Tunq-kuan zəfəri, Altan-xanın Nan-
ginqə (Pien-lianq) çəkilməsi, Kü-yunq-kuanın alınması, paytaxtın 
təzminat ödəməsi, Altan-xanın yenilməsindən sonra Çiñgis-kağanın 
çəkilməsi, Xasarın sahil boyunca hərəkət etməsi, Bey-ginqin təslim 
olması, cürçən hökmdarı Fuxanonun yenilməsi. Ula, Nağu və Tao-
ğur çayları boyunca geri dönüş. Çiñgis-kağan tərəfindən göndərilən 
elçilərin müsəlmanlar (sartağullar) tərəfindən öldürülməsi. «Böyük 
intiqam» səfəri. Yesüy xatunun xələf məsələsi haqqındakı  təklifi, 
qardaşlar arasında mübahisə, Ögedeyin seçilməsi. Tanqutların yar-
dımdan qaçınması. Xan-məlik və sultan-Calaldiñə qarşı qərb səfəri 
(1219), düşmənlərin yenilərək təqib edilməsi; Udirar, Səmisgəb və 
Buxar  şəhərlərinin Çiñgis-kağan tərəfindən,  İrü,  İsəbür, Sistən və 
Çuhçerən şəhərlərinin Toluy, Ürüñgeçi şəhərinin Çüçi, Çağaday və 
Ögedey tərəfindən zəbt edilməsi,  Şormaxanın Bahtat və Sultan-xa-
libay üzərinə yürüməsi, Dorbay-doxşinin Abtu şəhərinə  və Hindus 
ilə Bahtat arasında yerləşən Aru, Maru və Madasari xalqlarına qarşı 
hərəkəti. Sübegeteyin İdil və Cayax çaylarını keçdikdən sonra Kiva, 
Kermən  şəhərlərilə xañlin, kibçax, bacigit, orusut, macarat, asut, 
serkesut, keşimir, bolar və raral xalqlarına qarşı göndərilməsi. Mü-
səlmanların (sartağul) yenilməsindən sonra valilərin təyini; Yalavaçi 
və Masxut adında iki müsəlmanın kitan məmləkətinə göndərilməsi
Ya1avaçinin Cunq-du şəhərinə təyin edilməsi. Sultanla Xan-məlikin 
Şin çayı boyunca Hindistanın ortasına qədər nəticəsiz təqibindən 
sonra Balanın geri qayıtması. Çiñgis-kağanın yay üçün Erdiş boyun-
da yerləşməsi. Yeddi illik qərb səfərindən sonra 1225-ci ilin payı-
zında ana vətənə qayıtması............................................…….......224 
XII. 1226-cı ilin payızında tərtib edilən tanqut səfəri. Çiñgis-ka-
ğanın atdan düşərək yaralanması. Toluyun geri qayıtmaq barədə tək-
lifi, hökmdarın dayanmaq üçün əmr verməsi. Tanqut komandanı 
Aşa-qambunun Alaşay dağlarında yenilməsi. Çiñgis-kağanın qarlı 
dağda yayı keçirməsi. Uraxhay və Dörmegey (Linq-chou) şəhərləri-
nin mühasirəsı. Burxan-xanın ziyarəti, üç gün sonra Şidurxu ünvanı 
verilərək öldürülməsi, tanqut xalqının məhv edilməsi. Çiñgis-kağa-


Мonqolların gizli tarixи 
 
55
 
nın ölümü (donuz ili, 1227, gömüldüyü yer zikr edilmir). Kelürən-
dəki Ködege-aralda keçirilən böyük qurultay. Ögedeyin seçilməsi və 
böyük qardaşı Çağaday tərəfindən taxta çıxarılması. Mühafizlərin 
bölüşdürülməsi, Çağadayın başçılığı altında hərbi şuranın qurulma-
sı. Qərb səfərini idarə edən Sübegetey, Batu və başqaları üçün qüv-
və göndərilməsi, səfər  əmrləri, Oldaxarın  əsas ordugahda tutulub 
saxlanması. Ögedeyin kitan səfəri (1231), Kü-yunq-kuandan keçiş, 
kitanların məğlubiyyəti. Ögedeyin Şira-dəktürdə (Lunq-hu tay) xəs-
tələnməsi, şaman və falçılara müraciət edilməsi, Toluyun özünü fə-
da etməsi. Kin hökmdarı Altan-xanın (Ay-tsunq) yenilməsi, Cunq-
du və Nan-ginq şəhərlərinə monqol valilərin təyin edilməsi, Ögede-
yin Xara-xoruma dönməsi (1232). Bahtatın alınmasından sonra Şor-
maxanın orada qoyulması. Orus məmləkətinin zəbtindən sonra vali-
lərin təyin edilməsi, Sübegeteyin qayıtması. Cürcən və Solañxa 
(Koreya) şəhərlərinə valilərin təyin edilməsi, Büri və Güyük ilə baş 
verən çəkişmə haqqında Batunun xəbərdarlığı, qovğanın yatışdırıl-
ması, mühafizə  və keşik işlərinin genişləndirilərək düzənlənməsi. 
İdari işlərin tənzimi: xan və yoxsullar üçün vergi, cəbbəxanalar, ipək 
və gümüş anbarları, quyular qazılması, Çanay və Boldaxarın təklifi 
ilə poçt xətlərinin və stansiyalarının qurulması, poçt nizamnaməsi. 
Ögedeyin öz hökmdarlığı zamanına aid doğru və yanlış  işləri haq-
qında hesabat verməsi. Siçan ilinin yeddinci ayında, Kelürəndəki 
Ködege-aralda qurultay toplandığı zaman əsərin yazılıb tamamlan-
ması (1240)..................................................................................242 
  
 
 
 
 
 
 
 
 
 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə