Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə15/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   11   12   13   14   15   16   17   18   ...   109

Monqolların gizli tarixi 
 
 
44
 
1920-ci ildə  Journal Asiatique vasitəsilə elm aləmini yuxarıdakı 
əsərin mətbu nüsxəsindən xəbərdar etmiş  və  əsərə aid bir çox mü-
hüm nöqtələr üzərində apardığı  fərdi araşdırmalarla birlikdə onu 
nəşr edəcəyini də bildirmişdi. Monqol milli dastanının meydana çı-
xarılması, hər kəsdən öncə monqollara aid bir iş olmalı idi. Bu üz-
dən bəzi kimsələr əsərin Çin filoloqlarının iştirakı ilə nə üçün mon-
qollar tərəfindən işlənmədiyini soruşa birəlilər. Bunun sə bəbini hər 
şeydən öncə filoloji baxımından görünən çətinlikdə aramaq lazım-
dır. Bu çətinliklər Bretschneiderin iddiasına rəğmən mövcuddur. 
Bunun kimi, yapon tarixçiləri də  əllərindəki yazma nüsxələri nəşr 
etməmişlər və mətnin çincədən transkripsiyasını da hazırlamamışlar. 
Bu iş Şərqi Asiyadan gözlənə bilməzdi. 
Bu sətirlərin müəllifi bundan 3 il öncə əsərin Ye Teh-hui nüsxəsi 
əsasında hazırladığı transkripsiyasını daha sonralar meydana çıxan 
Palladius (P), Commercial-Press (C) və Pekin (F) nüsxələri ilə qar-
şılaşdırıb nəşr etdikdən, bir il əvvəl isə monqolca-çincə sözlüyünü 
tərtib etdikdən sonra indi əsərin almanca tərcüməsini ortaya qoy-
muşdur. Bundan 700 il öncə yazılmış olan tarixi bir əsər bu surətlə 
elm dünyasına təqdim edilmiş olur. 
Əsərin tərcüməsində ən çox qarşılaşılan çətinliklər bunlardır: in-
diki monqol ədəbi dilindən 300 il daha əski bir keçmişə sahib ol-
duğu üçün orada qrammatika və leksika baxımından bir çox özəllik-
lər və əski monqolca ifadələr mövcuddur. Bu vəziyyət yalnız mon-
qolca üçün cari olmayıb, onun XIV əsrin danışıq dilinə aid olan çin-
cə tərcüməsi də bugünkü lüğətlərdə və danışıq dilində olmayan bir 
çox əski ifadələri əhatə edir. Bunlara monqolca bilməyən çinli xət-
tatların səhvlərini də əlavə əlavə etməliyik. Buna görə də əsərin bəzi 
yerləri qaranlıq qalmış  və aydınladılması  gələcəyə  həvalə edilmiş-
dir. Bu kimi şübhəli yerlər qeydlərlə göstərilmişdir. İndilik bu məsə-
lədə dərin elmi araşdırmalara girişilməmiş və ancaq mətnin anlaşıl-
ması üçün gərəkli izahlarla kifayətlənilmişdir. Dilin xüsusiyyətləri 
və tərcümənin filoloji baxımdan açıqlanması başqa bir zamana bura-
xılmışdır. Bu tərcümə ilk dəfə gerçəkləşdirildiyi üçün imkan daxi-
lində mətnə sadiq qalınmış və bir çox yerlərdə almanca ədəbi ifadə-


Мonqolların gizli tarixи 
 
45
 
lərdən də vaz keçilmişdir.  Əsərin xüsusiyyətləri və keçirdiyi dəyi-
şikliklər haqqında bu qədərlə kifayətlənirik. 
Əsər mündəricat baxımından da böyük əhəmiyyətə malikdir: o, 
yalnız ən əski monqolca əsər deyil, eyni zamanda monqol dövlətinin 
quruluş dövründən qalan yeganə monqolca mənqibədir. Bir türk ta-
rixçisi olan Əbülqazinin öz əsərini yazarkən Çingiz-xan haqqında 17 
sənəddən istifadə etdiyi söylənir. Lakin bunlardan ancaq Çingiz-
namə adlanan bir qismi bizə gəlib çatmışdır. Monqolların rəsmi tari-
xi olub, Rəşidəddin ilə Yüan-shih tərəfindən işləndiyi rəvayət edilən 
Altan Dəbtər isə bizə  qədər gəlib çatmamışdır. Monqol tarixi haq-
qında bugünə gəlib çatan xəbərlərin başlıcası o zamandan qalma Çin 
və İran əsərlərindən ibarətdir. Monqol dilində bu kimi əsərlər ancaq 
daha sonralar, buddizm zamanında meydana gəlmişdir. Sənədli və 
orijinal olması baxımından  Monqolların gizli tarixi bütün bunların 
arasında ən mühüm mövqe tutur. Bu kitabda bozqırların havası əsir. 
Burada bilxassə monqollar üçün önəmli olan hadisə və səhnələrdən 
bəhs olunmaqdadır.  Əsərin bir çox yeri bizi təmin etmir. Məsələn, 
haqqında daha artıq bilgi almaq istədiyimiz qərb səfərlərindən çox 
az bəhs edilir. Tanqutlar haqqında da məlumat azdır. Lakin bozqır 
həyatı haqqında çox məlumat alırıq: burada qadın və at yağması, it-
tifaq və  xəyanət, basqın, mübarizə  və dostluq, düşmənlərin mərhə-
mətsizliklə məhv edilməsi, əsirlərin yağma və kölələşdirilməsi kimi 
bir çox səhnələrə rast gəlirik. Çadırların iç və dış mənzərəsi də yaxşı 
canlandırılmaqdadır. Bunların hamısı şairanə və əslinə uyğun bir şə-
kildə anladılmışdır. Orada fövqəltəbii hadisələr təxminən yox ki-
midir. Bu kitabla buddizm dövründə yazılan əsərlər arasında böyük 
fərq vardır. Məsələn, 1662-ci ildə Setsən Sağañ (Sanañ Setsen) tərə-
findən qələmə alınan monqol hökmdarlarının tarixi əfsanəvi və mö-
cüzəvi hekayələrlə dolu olub, bunlardan əski zaman haqqında bilgi 
ala bilmirik. Bu sətirlərin müəllifi tərəfindən 1928-ci ildə Xañ-xay 
və Altay dağları arasında çəkilib əsərin başına qoyulan rəsm
1
  mon-
qolların əski dövrünə aid hər hansı bir səhnəni (məsələn, Təmücinin 
evlənmək məqsədilə çıxdığı səyahəti və Dey-seçeni ziyarətini) can-
                                                           
1
  Haenischin bu rəsmi əsərimizə alınmamışdır.  


Monqolların gizli tarixi 
 
 
46
 
landıra bildiyi kimi, Monqolların gizli tarixini oxuduğumuz zaman 
da buna bənzər bir çox olaylarla qarşılaşırıq. 
Əsər iki qisimdən ibarət olub, orada əvvəla köçəri qəbilələrin qə-
ti olaraq itaət altına alınmasından, böyük mədəni dövlətlərlə olan sa-
vaşlardan, sonra isə böyük dövlətin qurulmasından bəhs olunur. Ən 
qüvvətli düşmən olan kereyitlərin bərtərəf edilməsindən sonra və-
ziyyət Təmücin-Çiñgis-kağan lehinə dönür. Bu qəbilələrin rəislərin-
dən Toğoril ilə Camuxa əvvəllər Çiñgizin yaxın dostlarındandı. İlk 
savaşlar daim steplərdə cərəyan etmişdir. Təmücin ancaq qaçan düş-
mənlərini təqib etmək məqsədilə steptən çıxır və yalnız irsi düşməni 
olan tatarlardan intiqam almaq üçün Şimali Çin hökmdarlarıyla mü-
nasibət qurur. O zaman Təmücin köçəri həyatı üçün hər şeyi təmin 
edən steplərdən o tərəfi düşünməmiş olmalıdır. 
 Təmücin  şəxsi və ailəvi düşmənlərilə girdiyi ilk çarpışmalarda 
uğur qazandıqdan sonra monqol qəbiləsinin hakimi olur. Bu şəkildə 
bütün step xalqı monqol adı altında birləşdirilərək Təmücinə Çiñgis-
xan ünvanı verilir. Lakin bu ünvanın qəbul etdirilməsi üçün daha 
başqa savaşlara da ehtiyac vardır. 
1206-cı ildə Onan çayı civarında toplanan böyük xurildə (qu-
rultay) Çiñgis-xan bütün step xalqının hökmdarı elan edildiyi zaman 
da vəziyyət bu mərkəzdə idi. Çox maraqlıdır ki, hökmdarın ilk 
əmrləri hərbi təskilata (95 minlik), təyinat, təltif və idarənin ibtidai 
əsaslarına, qanunlara aid olub, istila planları gözə çarpmır. Qərbə 
doğru ilk səfərdən məqsəd qaçan nayman hökmdarı Quçuluğu təqib 
etmək idi. Bunlar əski step savaşlarının davamından başqa bir şey 
deyildi. 
Əsas istila səfərləri nə zaman və necə başlamışdır? Bu xariqüladə 
monqol fırtınası qarşısında iki sual ortaya çıxır: birincisi, bütün 
cəbhələrdə, bütün düşmənlərə qarşı necə uğur qazanılmışdır? Mon-
qolların yenilməz bir qüvvə olduğunu qəbul etmək doğru olmazdı. 
Məsələn, Çiñgis-xan Dalan-balcut savaşında müvəffəqiyyətsizliklə 
qarşılaşmış, orduları və xələfləri də ara-sıra məğlub olmuşlar. 1260-
cı ildə çıxılan məmlük səfərində baş verən məğlubiyyət və ya 1281-
ci ildə  dənizaşırı yapon səfərində qarşılaşılan məğlubiyyət yeganə 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə