Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə13/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   9   10   11   12   13   14   15   16   ...   109

Monqolların gizli tarixi 
 
 
38
 
6. Xan, xaqan anlamına gələn və çox zaman isimlərlə birlikdə iş-
lədilən kağan, xağan, xan sözü olduğu kimi alınmış və öndəki ismə - 
ilə bağlanmışdır, məsələn: Çiñgis-kağan, Çiñgis-xağan, Çiñgis-xan. 
Bu söz yalnız bəzi sözlərlə bitişik halda işlənir, məsələn: Oñxan. 
7.  İsimlərlə birlikdə  işlədilən bağatur, beki, bilgə, bökö, çerbi, 
ebügən, eçigə, xorçi, mərgən, noyan, seçen… kimi mühüm sözlər 
ilk keçən yerdə izah edilmiş, lakin ondan sonra hər yerdə olduğu ki-
mi saxlanmışdır, məsələn: Yesügey-bağatur, Xuduxa-beki, Señgün-
bilgə, Büri-bökö, Ögele-çerbi, Çaraxa-ebügən, Müñlik-eçigə,  Şor-
maxan-xorçi, Belqutay-noyan, Dey-seçen... kimi. 
8. Mətndə olmayıb tərəfimizdən edilən  əlavələr () içində göstə-
rilmişdir. 
9. Ən mühüm qısaltmalar
1

NT  = Mañğol-un ni'uça tobça'an (əsərin monqolca mətni); 
İnt. =  İnterlinearversion (sətir arası çincə tərcüməsi); 
YP = Yüan-chao pi-shi, (çincə xülasə tərcüməsi);  
Kow.= Kowalevskinin monqolca-fransızca-rusca lüğəti;  
Wb. = Radloffun Türk ləhcələri lüğəti. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
1
 Digər qısaltmalar üçün kitabın sonundakı biblioqrafya siyahısına bax. 


Мonqolların gizli tarixи 
 
39
 
 
 
 
 
ÖN SOZ 
 
Bundan 700 il öncə monqol dövlətinin böyükləri Monqolustanın 
şimal-şərqindəki Kelürən çayı civarında bir qurultay tərtib etmişdi-
lər. Dövlətin qurucusu Çiñgis-xan bu hadisədən 13 il əvvəl səmaya 
yüksəlmişdi, xələfi Ögedey isə son günlərinin yaxınlaşmaqda oldu-
ğunu hiss edirdi. Cəsur bir qəhrəman olmaqla bərabər, içkiyə düş-
künlüyü üzündən 46 yaşında ikən fəlcə  uğrayaraq dili tutulmuş  və 
bu hadisədən sonra daha 10 il yaşasa da, qüvvədən düşmüşdü. 1240-
cı ilin payızında mərkəzdə qurultayın toplanmasını əmr edərək, bəy-
lərə öz fəaliyyəti haqqında hesabat vermək istəyirdi. Qurultay əs-
nasında onun əmrilə yazıldığı  təxmin edilən bir əsər də tamamla-
naraq təqdim edilmişdir ki, əsərdə xanın  şəcərəsi və özündən öncə 
hökm sürmüş olan ilk iki xanın hərbi və idari icraatından bəhs edi-
lirdi.  Əsərin müəllifi haqqında məlumat verilmir. Hər halda bunu 
yazan zat xanın  ətrafındakılardan və o zaman oxuyub-yazma bilən 
nadir adamlardan biri idi. Onun mütləq monqol olması vacib deyil. 
Xanın südqardaşı, dövlətin baş hakimi vəzifəsini tutan Şigi-xutuxu
1
 
yasalarla birlikdə bu tarixi də yazmış ola bilər. Əsər monqol dilində 
yazılmış olub, bir çox yerlərində ədəbi üsluba malikdir. Kitab ancaq 
uyğur hərfləriylə yazılmış ola bilər. Çünki o zamana qədər monqol-
larda ancaq bu yazı işlədilirdi. Əsər hökmdar ailəsinə və hökumətə 
təxsis edilib başqaları tərəfindən oxunması yasaq olduğu üçün «giz-
li» deyə vəsfləndirilmişdir
2
. Bununla belə, İran tarixçisi Rəşidəddin 
öz əsərini yazarkən bu kitabdan istifadə edə bilmişdir. Lakin sonra 
sülalənin arxivlərinə qoyularaq tamamilə unudulmuş, bundan uzun 
zaman bəhs edilməməsi bir yana, heç olmasa, Xara-xorumda oturan 
ilk xanların dövrünü ehtiva etmək üzrə davamı da yazılmamışdır. 
                                                           
1
  Bax: § 203 (çevirən). 
2
  Bu xüsusda girişdə məlumat verilmişdir. 


Monqolların gizli tarixi 
 
 
40
 
XIII  əsrin ikinci yarısına təsadüf edən Xubilay dövründə Çin, 
İran və qıpçaq məhəlli dövlətləri meydana gəldikdən sonra bunların 
ilk ikisində yerli üsula görə Çin və fars dillərində xüsusi tarix ədə-
biyyatı doğmuşdur. 
XIV  əsrdə buddizmə dair yazılan bir əsər
1
 müstəsna olmaqla o 
zaman hələ ortada monqol ədəbiyyatı yox idi. Buddizm (monqollar 
arasında) ancaq 400 il sonra bir ədəbiyyat meydana gətirmişdir
2

Çindəki monqol sülaləsinin rəsmi tarixində bir monqol tərəfindən 
yazılmış olan Tunq-kien adlı bir əsərin 1282-ci ildə Xubilay xanın 
əmrilə basdırılıb nəşr edildiyi söylənir ki, bunun bəhs etdiyimiz gizli 
tarix olması da ehtimal daxilindədir. O zamandan qalma başqa bir 
əsərə rast gəlmirik. Monqolların Çindəki hakimiyyəti zamanı mon-
qol idari dilinin olduqca geniş bir miqyasda müxtəlif əmr və qərarlar 
halında işlədilmiş olduğu şübhəsizdir. Dövlət burada monqol dilini 
yaymağa çalışmışdır. Bu surətlə Çində çincə və monqolca yazılmış 
fərmanlarda işlədilməyən üfiqi uyğur yazısı yerinə monqol dili üçün 
Tibet yazısından alınan işarələr istifadə edilməyə başlanmış  və bu 
yazının Çin işarələri kimi yuxarıdan aşağı yazılması mümkün ol-
muşdur. Rahib Phaspa Lamanın adına izafətlə Phaspa yazısı da de-
yilən bu kvadrat yazının monqolca hər  əsərdə  işlədilməsi məcburi 
olmuşdur. Mühüm qovluqlara, çincə yazılmış olsalar dəxi, kvadrat 
yazı ilə monqol dilində bir başlıq qoyulması və xülasələrinin də gös-
tərilməsi əmr edilmişdir. Buna görə də çincə qisimlərin ancaq tələf-
füzlərinə istinadən kvadrat yazı ilə ifadə edilməsi üsulu meydana 
çıxmışdır. Lakin bunları oxuyub anlamaq imkansızdı. Monqol əmr-
lərini steplərə götürən Çin poçtalyonları bu xüsusda başqa bir üsula 
daha müraciət etmişlər ki, o da monqolca mətnin tələffüzünə görə 
                                                           
1
  E.Haenischin bəhs etdiyi bu əsər 1330-cu ildə Tüb-Təmür zamanında mon-
qolcaya çevrilmiş olan Doluğan ebügən neretü odun-u sudur (Yeddi qardaş 
adlı ulduzlar sutrası) olmalıdır. Bax: B.Laufer. Oçerk monqolskoy literaturı, 
s. 53 (çevirən). 
2
  Girişdə göstərdiyimiz kimi (bax: s.IX-XI), bunlar artıq köhnəlmiş Pozd-neyev 
məktəbinə aid fikirlərdir. «İndi məlum olmuşdur ki, monqollar öz tarixlərinin 
qaranlıq dövründə də kültür əsərlərinin çoxunu saxlaya bilmişlər» (Vlad. İçt., 
§ 15) (çevirən). 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə