Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə16/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   12   13   14   15   16   17   18   19   ...   109

Мonqolların gizli tarixи 
 
47
 
hadisələr deyildir. Xori-tumatlara qarşı  tərtib edilən ilk səfər də 
uğursuzluqla sona şatmışdı. Sübegetay Volqa səfərində şiddətli mü-
qavimətlə qarşılaşmışdı. Çindəki kin sülaləsinin sərkərdələri daimi 
məğlubiyyətlə birlikdə monqollara qarşı tək-tük zəfərlər də qazanır-
dılar. Bəzən monqolların mühasirə orduları Çin şəhərlərindən heç 
bir qənimət əldə etmədən dönürdülər. Sianq-yanq və Fan-chenq ki-
mi bəzi şəhərlər onlara qarşı illərcə dayanmışdılar. Lakin ümumiy-
yətlə onların səfərlərinə qarşı heç kim müqavimət göstərə bilməmiş-
dir. Bunun başlıca səbəbini step atlılarının son dərəcə çevik və hərə-
kətli olmasında, geri çəkilərək yenə ansızın hücum etmə sistemində 
aramaq gərəkdir. Ağır silahlarla təchiz olunan peşəkar ordular buna 
müqtədir deyildi. Monqolların bu taktikası odlu silahların istifadə-
sindən öncə baş verən atlı istilaların son bir sınağı kimi mülahizə 
edilə bilər. Monqolların müvəffəq olmaq üçün özlərinə  məxsus bir 
sıra müharibə üsullarına müraciət etdikləri bu Gizli tarixdən də an-
laşılır. Delbrück Hərb sənəti tarixi adlı əsərində «Monqol müharibə-
lərindən hərb sənəti üçün bir şey əldə etmək mümkün deyildir» desə 
də, onun bu iddiasını anlaya bilmirik. 
İndi ikinci suala gələk: müəzzəm qüvvə halını alan monqol isti-
lasının motivi nə idi? Burada ərəb dünyaşındakı hərəkətə bənzəyən 
dini bir əsas mövcud olmadığı kimi, aclıq və heyvan ölümü şəklində 
iqtisadi səbəblər də ortada yoxdu. Hunların Çindəki Tsin və Xan 
dövlətləri tərəfindən yenilərək qovulması  nəticəsində meydana gə-
lən qövmlər köçündə olduğu kimi xarici bir basqı da görünmür. Elə 
isə monqol istilasının səbəbini yalnız bir şəxsin təhəkküm və istila 
arzusundamı axtaramalıyıq?  Gizli tarixdən belə bir nəticə  əldə et-
mək mümkün deyildir. Bu təzyiq, daha ziyadə, iştahın yemək əsna-
sında gəldiyi kimi tədricən artmışa bənzəyir. Bu əsərdə qarşılaşdığı-
mız motivlərin başlıcası yağma və intiqamdır. Qadın, at və başqa 
heyvanların yağmasına cavab olaraq intiqam nəticəsində düşmən 
mərhəmətsizcəsinə öldürülür, onun qəbiləsi məhv, mülkü yağma, 
adamları isə əsir edilir. Öncələri ancaq zəif qüvvələrlə gerçəkləşdi-
rilən bu kimi səfərlərdə  Təmücin  şanslı  çıxır və getdikcə böyüyən 
qrupların rəisi olur. Əldə edilən  şeyləri mühafizə edə bilmək üçün 


Monqolların gizli tarixi 
 
 
48
 
bu qrupları  hərbi baxımdan təşkilatlandırmaq ehtiyacı yaranır, xid-
mət göstərən savaşçılar otlaq, yer və drujinalarla, əsir və kölələrlə 
təltif edilir. Bu surətlə meydana gələn böyük orduda bir yayılma 
qüvvəsinin,  idarə edənlərdə isə bir təşəbbüs arzusunun mövcud ol-
ması  təbii bir şeydir. Bunları artıq steplərdəki fərdi və kiçik çar-
pışmalar təmin etməmişdir. Ordunun mühafizəsi, təchizi və dövlətin 
yeni idarəsi üçün lazım olan məsrəfin steplərdən təmini mümkün 
olmamışdır. İndi onları tanqutların məmləkəti və monqollar tərəfin-
dən kitan adlandırılan Kin dövləti kimi güneydəki zəngin mədəni 
ölkələr cəlb etməyə başlamışdır. 1211-ci ildə Kin dövlətinə qarşı 
tərtib edilən ilk səfər səbəbsiz olmuş kimi görünsə də, Şimali Çinin 
qadınlara hədiyyə yerinə keçən ipək qumaşları, şübhəsiz ki, onların 
diqqətini cəlb etmiş, qərbdə isə qiymətli mədən, mücəvhər və şərab 
kimi şeylər onları cəlb etmişdir. Hərb qəniməti şəklində və ya tabe 
olan ölkələrdən gələn davamlı vergilər tərzində ələ keçirilən bu kimi 
qiymətli şeylər səfərin genişlənməsinə səbəb olmuşdur. Kinlərə qar-
şı ikinci səfərdə və islam dövlətlərinə qarşı savaşlarda elçilərə təca-
vüz hadisəsi zahiri səbəbi təskil edirdi. Çünki zəfərlə  nəticələnən 
səfərlər hökmdarın qürurunu oxşamış, onda dünyaya və dünya sər-
vətlərinə hakim olmaq üçün Allah tərəfindən haqq verildiyi hissini  
oyatmışdır. Onun bu hakimiyyəti və  sərvəti tələb etməsi kafidir: 
göydə ancaq bir günəş olduğu kimi, yer üzündə də ancaq bir xan ol-
malıdır! Bu surətlə ilahi bir səlahiyyət fikri təşəkkül etdikdən sonra 
artıq onun üçün bir qənaət və hüdud qalmamışdır. Demək, öncə yağ-
ma ilə başlanılmış, sonra da siyasi savaşlar meydana gəlmişdir. La-
kin savaşlardakı müvəffəqiyyətin əsas sirrini yalnız hökmdarın şəx-
sində axtarmalıyıq. 
Çiñgisin şəxsiyyəti, təbii olaraq, tarixçiləri və yazıçıları cəlb et-
mişdir, çünki o, dünya tarixinin böyüklərindəndir. Özəlliklə son za-
manlarda onun şəxsiyyətinə və işlərinə dair dürlü dəyərdə tarixi və 
ya sərbəst roman kimi bir çox əsərlər nəşr edilmişdir. Elmi təsvirlər 
arasında  ən qiymətlisi hər halda rus monqolistlərindən B.Y.Vladi-
mirtsovun əsəri olmalıdır. Bütün bu əsərlər hələ əsas qaynaq məlum 
deyilkən yazılmışdı.  İndi Təmücinin  şəxsiyyətini bu əsərdə necə 


Мonqolların gizli tarixи 
 
49
 
görürük? O burada tanrılaşdırılmış  şəkildə deyil, sadə bir insan 
olaraq təcəlli edir: köpəkdən qorxan və ya dul anasına yardım edən 
uşağın üzündən və  hərəkətlərindən məsum çizgilər oxunur. Lakin 
böyük qardaşının haqsız hərəkətindən rəncidə olaraq, onu anasının 
ricasına baxmayaraq öldürməsi, onun müsamihə qəbul etməyən qəd-
dar bir şəxsiyyət olduğunu da göstərir. Daha sonralar steplərin haki-
mi olduğu zaman iftiralara qapılıb böyük xidmətləri olan qardaşı 
Xasarı dəxi yox etmək istəyir. Anası müdaxilə etməmiş olsa, bəlkə 
onu da öldürəcəkdi, çünki taxtının təhlükəyə düşdüyünü və qarda-
şının özünə rəqib çıxacağını zənn etmişdi. Uşağın anası üçün göstər-
diyi ehtimamı və qaçırılan arvadını axtararkən göstərdiyi qeyrəti bir 
şəfqət təzahürü saymasaq, onda qəlbdən  əsər-əlamət yox kimidir. 
Lakin o, arvadına əhəmiyyət vermədən bir an əvvəl qaçmağı da ba-
carır. Qənimətdən öz hissəsini almaq üçün çox titiz davransa da, do-
landırıcılara pis baxsa da, bunu hər halda tamahdan ziyadə özünün 
hökmdarlıq haqqına etina şəklində  təfsir etməliyik, çünki tutduğu 
mövqe ona qənimət üzərində tam sərəncam haqqını verir. Bu əsər-
dən onun şəxsən yağmacı bir təbiətə malik olduğu görünmür, lakin 
bununla bərabər, qaçırılan qadınlar təbii bir haqq kimi ona təqdim 
edilir. Bəzi hadisələr qarşısında qorxduğu da məlumdur. Köpək qar-
şısında uşaqlıq qorxusundan başqa, hiddətli anasınn önündə titrədiyi 
də söylənir. Təbtəñgərinin edamından sonra çadırdakı təhlükəli an-
ları qorxu içində keçirmişdir. O özünün bu qorxaqlığını bir zəiflik  
saymış olmalı ki, bir dəfə tayiçi’utların qarşısında qorxu keçirdiyini 
və bunun tanrı tərəfindən göndərilən bir cəza olduğunu söyləmişdir. 
Bununla bərabər, cəsarətini də isbat edir: gənc bir dəliqanlı ikən 
yalnız basına geri qalan tək ata minərək yağma edilmiş sürünü geri 
gətirmək üçün yola çıxır. Daha sonralar bütün müharibə sahələrində 
da beləcə cəsurdur. Nəhayət, ətrafındakı böyüklərin tövsiyəsinə bax-
madan həyatını təhlükəyə atması və ağır xəstəliyinə rəğmən tanqut-
lara qarşı savaşa girişməsi də onun sərtliyini və özünə qarşı olan eti-
madını göstərir. Onda intiqam duyğusu qədər sadiq arxadaşına qarşı 
minnətdarlıq hissi də çox qüvvətlidir. Bu adamlardan ən mühümləri 
əsas qüvvələrin komandanı olan Cürçeday ilə Xuyildar, «dörd baha-


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə