Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə19/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   15   16   17   18   19   20   21   22   ...   109

Monqolların gizli tarixi 
 
 
56
 
 
 
 
 
I. 
 
İLK TARİX. TƏMUCİNİN DÜNYAYA  
GƏLMƏSİ VƏ  UŞAQLIĞI* 
 
§ 1. Çiñgis
1
-kağanın
2
 əcdadları ulu Tanrının
3
 təqdiri ilə yaradıl-
mış bir boz qurd
4
 və bəyaz bir dişi geyik
5
 idi. Onlar dənizi
6
 keçərək 
gəldilər. Onan çayının mənbəyi ilə Burhan-xaldun (dağı) civarına 
yerləşəndə Bataçihan adlı bir oğulları oldu. 
§ 2. Bataçihanın oğlu Tamaça, Tamaçanın oğlu Horiçar-mərgən
7

Horiçar-mərgənin oğlu Ağucan-Boro’ul
8
, Ağucan-Boro’ulun oğlu 
                                                           
* Əsər Ye Teh-hui təbinə görə 12 kitaba ayrılmış olub başlarında sərlövhələri 
yoxdur. Bu sərlövhələri Haenischə və Kozinə görə qısaldaraq aldıq. 
1
  Bu söz üçün bax: § 123, qeyd. 
2
  Kağan, xağan, xan şəkillərindəki bu sözü isimlərlə birlikdə işlədilən yerlərdə 
olduğu kimi aldıq. Müq. et: monq. kağan, xağan, kalm. xan, türkcə kağan, 
xan. 
3
  NT: Təñgeri. E.Haenisch və S.Kozin bunu «səma» kimi tərcümə edirlər. Bu 
söz türkcə tanrı ilə eyni olub «Allah» mənasında da işləndiyi üçün yuxarıdakı 
kimi verdik. Bax: monq. teñri; uyğur. təñri; yakut. tañara. Ramstedt bunu 
4
  NT: Börtə çino. Haenisch bu təbiri hərfən tərcümə etdiyi halda, S.Kozin özəl 
bir ad sayır və Börtə-Çino şəklində yazaraq tərcümə etmədən keçir. 
5
    NT:  xoğay maral təbirini də Haenischə görə  tərcümə etdik. Kozin bunu da 
şəxs adı olaraq alır və tərcümə etmədən Qoa-maral şəklində verir. 
6
  NT: teñgis; müq. et: türkcə  dəniz, diñiz (Qazan). Bu söz monqolcada «iç 
dəniz, göl, Baykal gölü» anlamlarında da işlənir. 
7
  NT: mərgən, monq. yazı dilində: mərgən «usta, nişançı». Bu söz eyni mənada 
bir çox türk ləhcələrində də işlənir (Wb., KB, qazax., türkm., tel., leb., şor.). 
8
  P.Pelliot bu sözün Ağucam-boğorul şəklində oxunmasını təklif edir. Müq. et: 
Tounq Pao, vol. XXXII, s. 357 (E.Haenisch nəşrinin tənqidi). 


Мonqolların gizli tarixи 
 
57
 
Sali-xaçağu, Sali-xaçağunun oğlu Yekə-nidun
1
, Yekə-nidunun oğlu 
Semsöçi, Semsöçinin oğlu Xarçu. 
 § 3. Xarçunun oğlu Börcigidey-mərgən, Mañğolcin-ho'a
2
 ilə evli 
idi. Börcigidey-mərgənin oğlu Toroxolcin-bayan
3
 Borohçin-ho'a ilə 
evli olub, Borolday-suyalbi adlı gənc bir (xidmətçisi) və Dayir
4
 və 
Boro
5
 adlı iki ayğırı vardı. Toroxolcinin oğullarının adları Duva-
soxor və Dobun-mərgən idi. 
§ 4. Duva-soxor alnının ortasında ancaq tək gözü olduğu halda 
üç günlük yolu
6
 görə bilirdi. 
§ 5. Bir gün Duva-soxor kiçik qardaşı Dobun-mərgən ilə birlikdə 
Burxan-xaldun (dağına) çıxmışdı. Duva-soxor Burxan-xaldunun tə-
pəsindən baxarkən bir dəstə adamın
7
  köç etməkdə və Tüñgəlik çayı 
boyunca axıntı istiqamətində (onlara doğru) yaxınlaşmaqda oldu-
ğunu gördü və 
§ 6. «Bu yaxınlaşan adamlar arasında siyah
8
 bir arabanın 
önündə
9
 gözəl bir qız oturur; əgər o hələ ərə verilməmişsə, mən onu 
                                                           
1
  NT: yekə-nidun «böyük göz». 
2
 NT: ho'a «gözəl». 
3
 NT: monq. yazı dilində bayan; «zəngin»; müq. et: türkcə bay (id.). 
4
 NT: dayir «böyük».  
5
 NT:  boro; müq. et: türkcə: boz. 
6
 NT: soxor «kor». türkcədə: sokur (qazax., Şərqi T., kom., Krım,), sokır (sag., 
koyb.),  sokkır (sag.),  sukır (Qazan) (id.).  
7
 NT: neüri, İnt.: «qatar, karvan», cəmi: ne'ürit, İnt.: «yol məsafəsi» (bir  
uzunluq ölçüsü). 
8
 NT: bölək irgən, («bir bölük xalq»). Vladimirtsov «kiçik bir qövmün hissəsi» 
deyə tərcümə edir (Vlad. İçt., § 66). İrgən, irgə bu əsərdə ümumiyyətlə «xalq, 
qəbilə, əşirət, adam» anlamlarına gəlir, irgən (qəbilə) obohdan (soy, § 9) daha 
geniş bir birlik olmaqla bərabər, bunların arasında qəti bir hüdud cızmaq bəzi 
hallarda müşküldür (Bax: Vlad. İçt., § 79). Bu sözü aşağıda ayrıca təşrih et-
məyib «xalq, qəbilə» deyə tərcümə etdik. 
9
 NT: harautay sözünü Haenisch İnt.-ə  əsaslanaraq «qara» deyə  tərcümə edir. 
Kozin isə monq. karağu, karau «örtü, müdafiə, himayə» (Kow., 832) sözü ilə 
bir sayaraq, buranı «üstü qapalı araba» şəklində verir. (Müq. et: harau tutun, § 
55). 


Monqolların gizli tarixi 
 
 
58
 
kiçik qardaşım Dobun-mərgən üçün, yəni sənin üçün istəyəcəyəm» 
deyərək, qızı görmək üçün kiçik qardaşı Dobun-mərgəni göndərdi. 
§ 7. Dobun-mərgən bu qəbilənin yanına gələndə həqiqətən yaxşı 
nəsildən Alan-ho'a adlı gözəl bir qızın olduğunu və onun hələ  ərə 
verilmədiyini öyrəndi. 
§ 8. Bu adamlara gəlincə, Kol-barxücin ovasının
1
 sahibi Barxu-
day-mərgənin Barxücin-ho'a adlı bir qızı xoritumad bəylərindən
2
 
Xorilartay-mərgənə verilmişdi. Xoritumadların məmləkətində, Arih-
usun
3
civarında Xorilartay-mərgənin arvadı Barxücin-ho'adan doğu-
lan uşaq, bax bu yuxarıda zikr edılən Alan-ho'a adlı qız idi. 
§ 9. Xorilartay-mərgən xoritumadların ölkəsində olan torpağın-
dakı samurların, sincab və ov məntəqələrinin zorla əlindən alınma-
sından hiddətlənərək
4
, bütün xorilar oymağı ilə birlikdə
5
, «Burhan-
                                                           
1
  NT: toğum,  İnt.: «ova». Kozin bunu tərcümə etmədən Kolbarxucin-toğum 
şəklində yer adı kimi verir. 
2
  NT: noyan. Bu əsərdə «məmur, komandan, əsilzadə,  əfəndi,  şahzadə» mə-
nalarına gələn bu sözü «ailə və qəbilə rəisləri» deyə təfsir edə bilərik. Bunlar 
qəbilənin böyüyü, soyun rəisi sifətilə deyil, qüvvətli, bacarıqlı  və iradəli 
olduqları üçün hakimiyyəti əldə edirdilər (müq. et: isp. senyor, rus. boyarin). 
Qadınlarına xatun deyilirdi (Vlad. İçt., § 74). Bu təbir isimlərlə də işlənir, mə-
sələn: Belgütay-noyan (§ 112),  Boro’ul-noyan (§ 240) və s. Cəm şəkli: noyat 
(§ 146). Bundan başqa müq. et: miñxan-u noyan «minbaşı» (minin əfəndisi) (§ 
191); caun-u noyan «yüzbaşı» (ibid.); harban-u noyan «onbaşı» (ibid.); tumed-
un noyat «tümən komandanları» (§ 224) və s. Çiñgiz zamanında bütün hərbi 
bəylər, (istər böyük, istər kiçik olsun) bir tək adla, yəni noyan ilə anılırdılar. 
Bunlar  əksərən özlərinin kim olduqlarını göstərən ləqəblər də daşıyırdılar, 
məsələn: baatur (yazı dilində bağatur) «bahadır» (bax: Naçin-bağatur, § 45; 
Yesügey-bağatur, § 50 və s.); seçən «ağıllı, hakim» (bax: Dey-seçən, §§ 61; 
69); mərgən «nişancı, usta» (bax: Xoricar-mərgən, § 2), bilgə «hakim» (bax: 
Səñgun-bilgə, § 47); bökö (yazı dilində bökö, büke) «pəhlivan» (bax: Büri-
bökö §§ 50; 140) və s. 
3
  NT: arih-usun «saf su» (bir çay adı). 
4
  Kozin buranı sərbəst olaraq belə çevirir: «Xoritumadların ölkəsində, vətəndə 
ov yerləri üzündən qarşılıqlı mübarizənin davam etməsi səbəbilə». 
5
  NT: xorilar oboh-tu bolcu təbirini Haenisch yuxarıdakı kimi tərcümə etdiyi 
halda, Kozin «Xorilar (adı altında yeni bir) ailə halında ayrıldı» deyə, lü-
ğətində isə (s. 524) oboh bolku təbirlərini «ayrı bir şey qurmaq» şəklində 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə