Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə10/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   6   7   8   9   10   11   12   13   ...   109

Мonqolların gizli tarixи 
 
29
 
Yapon  şərqşünaslarından Hattori Şirö ilə monqolustanlı Duqqar 
Cab bu əsərin ancaq birinci kitabını yeni monqol yazısına çevirərək 
Moñxol-un niğuça tobçiyan adı altında faksimilesi ilə birlikdə 1939-
cu ildə nəşr etmişlər. 
Öyrəndiyimizə görə, yapon alimi Şiratori də bu əsər üzərində ça-
lışaraq 1940-42-ci illərdə böyük bir cild halında nəşr etmişdir. Ya-
poniyalı Kubayaşi Ankarada yaşadığı dövrdə onunla birlikdə çalışan 
Dr. B. Ögələ demişdir ki, Şiratorinin əsəri 3 sətir halında Çin heroq-
lifləri ilə monqolca mətni, latin hərflərilə transkripsiyanı və yaponca 
tərcüməni ehtiva edir. Bundan başqa,  əsərdə yaponca-ingiliscə ön 
söz və qeydlər də verilmişdir. Haenischin 1944-cü ildə (ZDMG, Bd. 
98, s.109-120) bu əsərdən bəhs etməməsi çox qəribədir. Şiratorinin 
Haenischin çalışmasını təqib edib-etmədiyini bilmirik. 
Monqol alimlərindən Bügegeşik  əsərin bütün mətnini 297 səhi-
fəlik bir cild halında 1941-ci ildə Hayluda nəşr etmişdir. Mühərrir 
bir çox sözləri dəyişdirmiş və çincə hekayələrdən istifadə etmişdir. 
Monqol mühərrirlərindən Allançavir əsəri monqol yazısına çe-
virərək bütün mətni içinə alan 195 səhifəlik bir cild halında 1942-ci 
ildə Kalqanda (Pekin) çap etmişdir. Bu mühərrir də mətnin bir çox 
yerini dəyişdirmiş və məxəz olaraq istifadə etdiyi çincə əsəri zikr et-
məmişdir. 
  Yenə monqol mühərrirlərindən Kesik Batu bu əsərin bütün mət-
nini monqol yazısına çevirərək sərbəst hekayə şəklində 178 səhifəlik 
bir cild halında 1942-ci ildə nəşr etmişdir. Yuxarıdakı nəşrlər kimi 
bunun da elmi dəyəri çox cüzidir. 
 
B) E.Haenischin nəşri 
 
Yuxarıda göstərdiyimiz kimi, Haenisch bu əsərin Ye Teh-hui ça-
pını 1928-ci ildə Almaniyaya gətirmiş və dərhal üzərində çalışmağa 
başlamışdır. O, çalışmasını gizli-qapaqlı tutmaq istəməyib ancaq 
həmkarlarının tənqidi nəticəsində doğru yolu tapa biləcəyinə inan-
dığı üçün əvvəlcə 1931-ci ildə bu məsələ haqqında xüsusi bir etüd 


Monqolların gizli tarixi 
 
 
30
 
nəşr etmiş
1
, sonra bir çox məqalələri ilə bu əsərə aid mövzulara to-
xunmuşdur
2
. Nəhayət, 1935-ci ildə
3
, sonra isə 1937-ci ildə
4
 trans-
kripsiya halında kitabın tam mətnini, 1939-cu ildə ayrı bir cild ha-
lında  əsərdə keçən bütün sözlərin monqolca-çincə-almanca sözlü-
yünü
5
, 1941-ci ildə isə əsərin almanca tam tərcüməsini
6
 nəşr etməyə 
müvəffəq olmuşdur. 
E.Haenisch 1935-ci ildə  çıxan birinci cild üçün yazdığı müqəd-
diməsində transkripsiyanı yalnız Ye The-hui təbinə görə hazırladı-
                                                           
1
 Untersuchungen über das Yüan-chao pi-shi, Abhandlungen der sachs. Aka-
demie der Wissenschaften, Hist. Phil. Klasse, Bd. XLI, Nr. IV, Leipzig, 1931. 
P.Pelliot tərəfindən tənqidi: TP, 2. serie, XXVIII, 1931, s. 156-157. 
2
  Die letzten Feldzüge Cingis Xans und sein Tod nach der ost-asiatischen 
Überlieferung, Asia Major, IX, 1933, s.503-551; P.Pellonun tənqidi: TP, 
XXXI, 1934, s.157-167; Miszellen: MOS, 1933, s.148; Die Abteilung 'Jagd' 
im Wörterspiegel, Asia Major, X, 1934, s.66-67; Mongolisch horohhu, veg-
schnappen mit etvas im Munde davon laufen, Asia Major, X, 1934, s.140-141; 
Bemer-kungen zur Textvieder herstellung des Manghol-un Niuca Tobcaan 
(Yüan-chao pi-shi), ZDMG, Bd. 92, 1938, s.244-254; Die geheime Geschichte 
der Mongolen, Forschungen und Fortschritte, 1939, Nr. 32-33. 
3
  Manghol-un niuca tobcaan, (Yüan-chao pi-shi), die geheime Geschichte der 
Mongolen, aus der chinesischen Transkription im mongolischen Wortlaut wie-
der-hergestellt, Leipzig, Asia Major, 1935, in-8, XII+124 s.+1 f. f.; E.Hae-
nischin yalnız Y nüsxəsi  əsasında hazırladığı bu ilk transkripsiyası bir çox 
alimlərin, özəlliklə də P.Pelliotun şiddətli tənqidlərinə məruz qalmışdır; müq. 
et: P.Pelliot. TP, vol. XXXII, 1936, s.355-359; S.Kozin. Sokrovennoye ska-
zanie, 1941, s.11. (Digər tənqidlər üçün aşağıdakı qeydlərə bax). 
4
  Manghol un niuca tobca'an… (yuxarıdakı kimi), Leipzig, O.Harrassowitz, 
1937, XII+140 s.+1 f.f.; Tənqid: G.L.M.C1auson, JRAS IV, October 1938, s. 
571-572. 
5
 Wörterbuch zu Manghol un niuca tobcaan… Leipzig, 1939, O.Harrassowitz, 
VII + 191 s.; mətn və lüğətin tənqidi: K.Groenbech, ZDMG, Bd. 94, 1940, s. 
431-435; Göedeş, Befeo, 1937-38.  
6
 Die geheime Geschichte der Mongolen, aus einer mongolischen Niedirschrift 
des Jahres 1240 von der İnsel Kode'e im Keluren-Fluss erstmalig übersetzt 
und erlautert… Leipzig, 1941, XXXII + 210 s. Mətn, lüğət və tərcümənin tən-
qidi: A. v. Gabain. Historische Zeitschrift,  Bd. 165, s. 591-595. Bütün bu tən-
qidlərə E.Haenischin cavabı: Der Stand der Yüan-chao pi-shi= Forschung, 
ZDMG, 1944. Bd. 98 (N. F. 23), s. 109-120. 


Мonqolların gizli tarixи 
 
31
 
ğını desə də, sonra Y nüsxəsini P, C, F nüsxələri ilə də qarşılaşdır-
mağa imkan tapmış və bunlar arasındakı fərqi 1937-ci ildə də nəşr 
edilən cildə ayrı bir siyahı halında  əlavə etmişdir. E.Haenisch orta 
dövr Çin ləhcələri haqqındakı tədqiqatları kafi saymadığından mon-
qolca mətni Çin yazısından latın yazısına çevirərkən bugünkü şimali 
Çin tələffüzünü əsas olaraq almışdır. O, əsərin monqolcasını da bu-
günkü şəklə salmağa çalışmamış, hətta səs ahəngini belə nəzəri-eti-
bara almayıb, mətni Çin işarələrinin tələffüzünə görə necə oxumaq 
lazımdırsa, o şəkildə də elm aləminə təqdim etmişdir. Onun məqsədi 
araşdırmaları son zirvəsinə götürmək iddiasından ziyadə, daha mü-
kəmməl araşdırmalar üçün zəmin hazırlamaqdı.  Şübhəsiz, tədqiqat 
irəlilədikcə əsər fonetik cəhətdən daha artıq təkamül edəcək və son 
şəklini alacaqdır. 
E.Haenischin monqolca-çincə-almanca lüğətinə gəlincə, monqol-
ca sözlərin tərcüməsində  İnt.-i (=sətir arası  tərcümə)  əsas olaraq 
almış, monqolca sözün İnt.-də tərcüməsi yoxdursa, bunun mənasını 
YP-dən, yəni çincə xülasə tərcüməsindən araşdırıb çıxarmış, sözün 
qarşılığı burada da olmadığı zaman onu cümlədəki gəlişinə görə çe-
virib yanına bir ? işarəsi qoymuşdur. E.Haenisch  bu cildində də in-
dilik etimologiya, qrammatika və sintaksis cəhətindən izahlara giriş-
məyib
1
, kəlmələrin mənasını göstərməklə kifayətlənmişdir. Bununla  
bərabər, bu əsnada türkologiyanın köməyinə müraciət edilsəydi, qa-
ranlıq nöqtələr daha ziyadə azalar, lüğət də daha mükəmməl bir şə-
kil alardı.  
E.Haenisch, nəhayət, 1941-ci ildə  tərcüməni də  nəşr etməklə 
əsəri bir küll halında ortaya qoymuş oldu. Mühərrir burada da trans-
kripsiya məsələlərilə  uğraşmamış,  əsəri imkan daxilində  mətnə sa-
diq qalaraq tərcümə etmiş və bu əsnada lüzumsuz mülahizələrdən də 
saqınmışdır. Tərcüməni aydınlatmağa yarayan bir çox qiymətli 
qeydlərlə əsərdə keçən dağ, çay, göl, yer, şəhər, şəxs və qəbilə ad-
larını göstərən siyahılar və Çingiz xanın şəcərəsi kitabın sonuna əla-
və edilmişdir. 
                                                           
1
  E.Haenisch əsərin qrammatikası ilə təfsilatlı qeydləri ayrı bir cild halında nəşr 
etməyi düşünürdü. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə