Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə23/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   19   20   21   22   23   24   25   26   ...   109

Monqolların gizli tarixi 
 
 
68
 
§ 49. Oxin-barxaxın oğlu Xutuhtu-yürki idi. Onun Seçe-beki və 
Tayçu adlı iki oğlu oldu. Bunlardan yürki soyu yarandı. 
§ 50. Bartan-bağaturun dörd oğlu oldu, adları Meñgetü-kiyan, 
Nekün-tayze, Yesügey-bağatur və Daritay-otçigin idi. Xutuhtu-müñ-
gürün oğlu Büri-bökö
1
 idi. Onan meşəsində keçirilən toplantıda Bel-
gütayı çiynindən yaralayan bu olmuşdur. 
§ 51. Xutula-kağanın üç oğlu vardı, adları Çüçi, Girma'u və Al-
tan idi. Xulan-bağaturun oğlu Yekə-çərən idi. (Daha sonra) darxan
2
 
olan Baday və Kişilihin əfəndisi
3
 bax bu olmuşdur. Hada'an və Tö-
döyenin övladı olmamışdır. 
§ 52. Bütün mañğolları
4
 Xabul-kağan idarə edirdi. Xabul-ka-
ğanın ölümündən sonra özünün yeddi oğlu olmasına rəğmən, onun 
sözünə istinadən, bütün mañğolları Señgün-bilgənin oğlu Ambaxay-
kağan öz idarəsinə aldı. 
§ 53. Ambaxay-kağan qızını Büyür və Kölən gölləri arasındakı 
Ürşigün çayı civarında oturan tatarlardan ayiri'ut və buiru'utlara ver-
mişdi. Qızını müşayiətində götürərkən tatarlardan cüyin xalqı Am-
baxay-kağanı  əsir alıb kitatların (rəisi) Altan-kağana götürdülər. 
Ambaxay-kağan (bu əsnada) besutay qəbiləsindən Balaxaçi isimli 
bir adamı elçi olaraq göndərdi və Xabul-kağanın yeddi oğlundan or-
                                                           
1
 NT: bökö «pəhlivan, güləşçi» (bax: § 8, qeyd; § 140). 
2
 NT: darxan, İnt.: «sərbəst, müstəqil». Kozin buranı «Sonralar köləlikdən qur-
tulan Baday və Kişilih» deyə tərcümə edir. Bu təbir məmurların dövlətə qarşı 
sahib olduqları imtiyazı da ifadə edir. Bu cümlə yanında YP-də «Onlara sonra 
xan tərəfindən darxan rütbəsi verildi» deyə bir izah da qoyulmuşdur. Baday və 
Kişilih öncə Yekə-çərənin çobanları ikən sonra darxan və minbaşı olmuşlar 
(§§ 169; 170; 187; 202; 219). Müq. et: darxan cirxaxu «darxan haqqına sahib 
olmaq» (§ 187); darxalan abxu «arzuya görə almaq» (§ 121); darxalan nu-
tuhlaxu «(sürülərini) istədiyi yerdə otarmaq» (§ 207). Darxan, tarxan sözü bu-
günkü monq.-da «məmur, usta, dəmirci» mənalarında işləndiyi kimi, uy-
ğurcada da «məmur» anlamında işlədilirdi. (Haenischin  qeydlərinə bax: §§ 
187; 219). 
3
  NT: noyan, bax: § 8, qeyd. 
4
 NT: mañhol, yazı dilində: moñğol; bu ad Avropa dillərində ümumən monqol, 
türkcədə isə moğol, moğul şəkillərində işlədilir. 


Мonqolların gizli tarixи 
 
69
 
tancılına və on uşaq
1
 arasında vəliəhd olan Xada'ana bunları söy-
ləməsini  əmr etdi: «Hər kəsin kağanı  və ulusun
2
 sahibi olduğum 
halda, qızımı müşayiət edərkən (bu halım sizlər üçün ibrət olsun!) 
tatar xalqı  tərəfindən  əsir edildim. Beş barmağınızın dırnaqları qo-
puncaya və on barmağınız qırılıncaya qədər
3
 mənim intiqamımı al-
mağa çalışın!» 
§ 54. O sıralarda Yesügey-bağatur Onan çayı civarında şahini ilə 
ova çıxmış  və  mərkitlərdən Yekə-Çilədü adlı birinə rast gəlmişdi. 
Bu adam olxunoğut qəbiləsindən bir qız alıb aparırdı. Yesügey 
başını uzadaraq baxınca bunun çox gözəl bir qız olduğunu gördü
dərhal evinə gedib böyük qardaşı Nekün-tayze ilə kiçik qardaşı 
Daritay-otçigini alaraq geri döndü. 
§ 55. Onların gəlməsilə Çilədü qorxuya düşdü. Lakin onun açıq 
şabalıd rəngində sürətli bir atı vardı. Açıq  şabalıd rəngindəki atını 
yanlarından qamçılayaraq bir təpə üstündən gözdən itmək istəyincə, 
digər üçü birdən onu təqib etməyə başladılar. Çilədü təpəni dolaşa-
raq arabanın yanına gəlincə, Hö’elün-ücin ona «Bu üç adamın (fik-
rini) anladınmı? Birinin çöhrəsi digərlərindən fərqlidir (bir-birindən 
yamandır)
4
. Üzlərindən sənin həyatına qəsd etmək fikri oxunur. 
Əgər həyatda qalsan, qazalaqlarda qızlar
5
  və arabalarda
6
 qadınlar 
                                                           
1
 Haenisch buranı «özünün on oğlundan...» deyə tərcümə etsə də, mətndə  «özü-
nün» təbiri açıq surətdə zikr edilmədən ancaq harban koğud-un dotora şək-
lində  yazılmışdır. 
2
 Ulus təbiri bu əsərdə «xalq» (§§ 73; 96 və s.), «millət, dövlət, hökumət» (§§ 
53; 244 və s.), «əhali» (§ 169 və s.) mənalarına gəlir. Tərcümədə bunları vur-
ğulamaqla bərabər, çox yerdə yenə «ulus» sözü ilə verdik. 
3
 NT: tabun xuru ud-iyen kimul kimutala, harban xuru'ud-iyen ha'uttala.  Ko-
zinin tərcüməsi: «Yalnız beş barmağınızdakı dırnaqlarınızı qeyb edincəyə qə-
dər deyil, on barmağınız qırılıncaya qədər də...». 
4
 NT: çirai çirai aça busut bui. Haenisch bu cümləni «Onlar şübhəli görünürlər» 
deyə tərcümə edir, Kozin isə tərcümə etmədən keçir. 
5
  NT: ölcige tutun (bax: § 6), ölcigetay tergən (§ 6); «ön tərəfində arabaçının 
oturmasına məxsus yeri olan araba», qazalaq kimi bir şey olmalı. 
6
  NT: xara'u tutun (bax: § 6), xara'utay tergən (§ 6); Haenisch bu təbirləri «qara 
araba», Kozin isə «üstü bağlı araba» (§ 6) və «yük arabası» (§ 55) deyə tər-
cümə  edir. 


Monqolların gizli tarixi 
 
 
70
 
çoxdur. Həyatda qalsan, (məndən başqa da) qız və ya qadın tapa bi-
lərsən. Adı başqa olsa, onu yenə Hö’elün deyə çağıra bilərsən. 
Canını qurtarmağa bax. Mənim qoxumu qoxla
1
 və get!» dedi, köy-
nəyini çıxardı. Çilədü atının üzərindən əlini uzadıb köynəyi alarkən, 
digər üç adam da dağın ucundan dönərək yaxınlaşmaya başladılar. 
Bu  əsnada Çilədü sürətli atını böyürlərindən qamçılayıb, bütün sü-
rəti ilə Onan çayının yuxarısına doğru dördnala uzaqlaşdı. 
§ 56. Hər üçü onun arxasından qoşaraq yeddi təpə aşıncaya qədər 
təqib etdikdən sonra dönüb gəldilər. Yesügey-bağatur arabanı cilo-
vunu çəkərək Hö’elün-ücini götürərkən böyük qardaşı Nekün-tayze 
öndən gedir, kiçik qardaşı Daritay-otçigin isə arabanın oxu
2
 yanında 
ona müşayiət edirdi. Beləcə gedərkən Hö’elün-ücin  
«Ərim Çilədü! 
Qarşı rüzgar saçlarını qarışdırmamışdı,  
Şoran məmləkətdə heç bir zaman ac da qalmamışdın,  
Bəs indi sənə nə oldu?»  
deyərək saçlarının iki hörüyünün birini kürəyinə, birini döşü üstünə, 
bir önə, bir arxaya atdı  və «indi necə gedirsən?» deyə söylənərək
3
 
yüksək səslə ağladı. Elə ağladı ki, 
                                                           
1
  NT: hunor mino hunosçu. Kozin bunu «məni öp!» deyə  tərcümə edir. İnt.:  
hunor «qoxu», hunosxu «qoxlamaq». Bax: monqol yazı dilində ünüskü «qox-
lamaq, öpmək» (Kow., 486), kalm. ümüshü (id.) (R. kalm., 458). 
2
  NT: kiligü, kiligün, kilgü(n), İnt.: «araba oxu». Kozin bu sözü çincə  tərcü-
məsi ilə deyil, monq. kili «hüdud, çizgi» (Kow., 2929), kelkü «bağlamaq, bir-
ləşdirmək» (Kow., 2481) sözlərilə izah edərək, kiligü derkeçecü təbirini  «tam 
yanında gedərək» deyə çevirir. 
3
  NT:  Högelün-ücin ügülerün: «Axa mino, Çilədu!  
  key ö'ede kegüli yen keyisümüser,  
ke'er xacar a ke'eli men ölösümüser  
   buliyi. edö'e ker ele?» - xoyar şibülger iyen nikante aru de'ere yen o'orcu, 
nikante ebur an de'ere o'orcu, nikante uruhşida, nikante xoyinahşida – «ker ele 
kicü ödümui?» ke'et.  
   Bu qismin durğu işarələrini Kozinə görə qoyaraq tərcüməni də ona görə çe-
virdik. Haenisch isə bu cümlələri başdan sonuna qədər qadının sözü sayaraq 
belə verir: «Mənim  ərim hələ heç bir zaman saçlarını rüzgara verməmiş  və 
bozqırda da ac qalmamışdı. İndi o, iki saç hörüyünü bir arxasına, bir köksünə, 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə