Moqalaqe da ekonomika azeri indd


VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA Təklif



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix12.08.2018
ölçüsü3,13 Mb.
#62318
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   22

16

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA



Təklif

Təklifi  seçən tələbələrin sayı 

1. Jurnalın elektron nəşrinə abunə olmaq

qiyməti: 59$;

16

2. Jurnalın çap variantına abunə olmağı, 



qiyməti: 125$;

0

3. Jurnalın elektron və çap variantına abunə 



olmağı, qiyməti: 125$.

84

Gördüyünüz kimi, tələbələrin əksəriyyəti üçün ən çox üçüncü variant daha cazibədardır. 



Təklifi n ikinci variant ilə isə heç bir tələbə maraqlanmamışdır. 

Eksperimentin ikinci mərhələsində Den Ariel təklifi ni bir az dəyişdi: çap jurnalına 

abunəçilik imkanı (bunu əvvəlki mərhələdə heç bir tələbə seçməmişdir) təklifl ərdən 

ümumiyyətlə çıxarıldı və tələbələrdən yalnız iki variant arasında seçim etməyi xahiş etdi. Bu 

dəfə tələbələrin seçimi belə bölündü: 

Təklif

Təklifi  seçən tələbələrin sayı 

1. Jurnalın elektron nəşrinə abunəçilik, 

qiyməti: 59$;

68

3. Jurnalın elektron və çap variantına 



abunəçilik, qiyməti: 125$.

32

Gördüyünüz kimi, bu dəfə  tələbələrin  əksəriyyəti birinci variantı seçir. Belə bir fərqə 



səbəb olan nədir? Bir nəzərdən nəticə birinci haldakı kimi eyni olmalı idi – birinci və 

üçüncü təklifl ər dəyişməmişdir ki? Təklifl ər paketindən yalnız heç kimin bəyənmədiyi təklif 

çıxarılmışdır. Nə üçün bu, nəticəyə təsir göstərdi?

İş ondadır ki, heç kimin seçmədiyi təklifi n üçüncü variantı ikinci varianta (onu tez-

tez “kələk”adlandırırlar) nisbətən daha cəlbedici idi. “Kələk” yox olan kimi, üçüncü variant 

cəlbediciliyini itirdi və istehlakçıların əksəriyyəti təklifi n birinci variantına üstünlük verdi. 



Nümunə Den Arielin “Gözlənilən irrasionallıq” kitabından götürülmüşdür: qərarlarımızı 

müəyyənləşdirən gizli qüvvələr (Predictably Irrational: The Hidden Forces That Shape Our Decisions, 

2010).


17

FƏSIL II. ALIŞ-VERIŞ VƏ BAZAR



BİLİRSİNİZMİ Kİ...

„ƏDALƏTLİ TİCARƏT“

Alış-verişin könüllü əlaqə olmasına və ondan hər iki tərəfi n uduşda qalmasına baxmayaraq, 

bu mənfəət eyni ola bilməz. Tərəfl ərdən biri düşünə bilər ki, ikinci tərəfi n  mənfəəti  ədalətsiz 

olaraq yüksəkdir. Belə bir halda, alış-verişin başqa, alternativ yollarını axtarır. 

Buna misal “Ədalətli ticarət”-dir (FAIR TRADE) ki, inkişafda olan ölkələrin fermerlərinə 

kömək edir ki, istehsal etdikləri məhsullarını daha “ədalətli” qiymətə satsın. Bunun üçün hərəkat 

fermerlərə təkan verir ki, kooperativlər yaratsınlar və vasitəçi fi rmaların xaricində, öz məhsullarını 

tələbat ölən ölkələrə çıxarsınlar. Bu, xalq sənətinin əl işlərinə (toxunulmuş əşyalar,parçalar və s.), 

qəhvə, kakao, pambıq, banan, şəkər, bal və sairəyə də aiddir. 

„Ədalətli ticarət“ hərəkatı 1946-cı ildən başlandı və ilk növbədə,onun vasitəsilə inkişaf etmiş 

ölkələrə daxil olan məhsul müxtəlif kilsələrdə və ya vaxtaşırı təşkil edilmiş bazarlarda satılırdı. 

1969-cu ildə Niderlandda birinci kiçik ixtisaslaşdırılmış mağaza açıldı və yalnız bu tipdə malla 

alış-veriş edirdi. 1988-ci ildən isə onların satışı adi olaraq supermarketlərdə də başlandı, burada 

istehlakçılar həmin məhsulu xüsusi ticarət işarəsi vasitəsilə seçə bilərdilər. 

Hal-hazırda “Ədalətli ticarət” hərəkatı olduqca məşhurdur. Onun vasitəsilə yayılmış məhsullar 

50-dən çox ölkədə satılır və 100-dən çox assortimenti (müxtəlif tipdə mal) əhatə edir. Bir çox hal-

larda, bu məhsullar daha baha qiymətə də olurlar, nəinki eyni supermarketdə yerləşdirilən başqa 

oxşar məhsul.

Özünü dərk edən istehlakçı Fairtrade məhsuluna daha çox pul 

ödəyir, çünki bu artırılmış qiyməti Hərəkatın inkişafda olan ölkələrin 

fermerlərinin həyat və iş şərtlərinin yaxşılaşdırılması üçün istifadə etdiy-

ini bilirlər. Bu qiymət artımı istehlakçının məhsul istehsalçısı olan kiçik 

fermerlərə göstərdiyi həmrəylik əlaməti kimi qəbul edilir.

Amma “Ədalətli ticarət” hərəkatının tənqidçiləri də çoxdur. Onlar 

diqqəti Hərəkatın qüsurlarına yönəldirlər. Çünki Hərəkata cəlb olunan 

fermerlərin istehsal etdikləri məhsuldan alacaqları qiymət zəmanətləri var 

və təbii ki, onlar daha çox məhsul istehsal etməyə çalışırlar və bu da bazarda çoxluq yaradacaq 

və sonda məhsulun qiymətini ucuzlaşdıracaqdır. Tədricən fermerlərin gəlirləri azalmağa başlayır. 

Bundan başqa, məhsul marketinqi (FAİRTRADE embleminin verilməsi üçün sertifi katlaşdırma 

üçün istehlakçının maarifl əndirilməsi ki, bu emblemin, reklamın nəyi bildirdiyini bilsin) çox baha 

oturur və məhsulun emalı və daşınma xərclərini də nəzərə alsaq, o zaman fermer məhsulun yalnız 

8-10%-ni götürə bilir.



“Ədalət ticarət”

emblemi


18

VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA

• Alış-veriş hər iki tərəf üçün mənfəətlidir.  

•  


Bazarda 

satıcılar çalışırlar ki, malı bacardıqları qədər baha qiymətə satsınlar, alıcılar isə 

çalışırlar ki, daha ucuz qiymətə alsınlar.

• Bazar 


tarazlığı zamanı çatdırılan və tələb edilən malın sayı bir-birinə bərabər olur.

• Bazar 


qiymətini çatdırma və tələbat arasında tarazlıq müəyyənləşdirir. 

•  İstehlakçılar hər zaman rasional qərar qəbul edə bilmirlər.



YEKUN

İQTİSADİ PRAKTİKUM

Şagirdin dəftərinə bax


19

Ötən fəsildə biz portağal bazarını satıcıların/təchizatçıların 

sayının çox olduğu hal üçün təhlil etdik. Necə düşünürsünüz

onların sayı azaldığında nə baş verəcəkdir? Belə bir halda, onlar 

bir-biri ilə asanlıqla danışa və  məhsula istədikləri qiyməti qoya 

bilərlər. Məsələn, 13-cü səhifədə təhlil edilən nümunədə verilib ki, 

hər hansı dörd satıcı  bir-biri arasında danışıb və hər hansı bir üsul-

larla başqa satıcıları bazardan uzaqlaşdırdılar və onlar portağalı 

60 tetriyə deyil,  90 tetriyə sata bilərlər. Yalnız 2 satıcının bazarda 

qaldığı halda, o zaman portağal 1 lariyə satılacaqdır.

Əlbəttə ki, bu vəziyyət istifadəçilər üçün zərərlidir: bahalığına 

görə bir çox istehlakçı məhsulu ala bilmir, alanlar isə açıq, azad 

bazarda ödədiklərindən çox pul ödəməli olacaqlar. Bu, iqtisadiyy-

at üçün də pisdir: daha az məhsul istehsal və istifadə edilir. Və belə 

bir vəziyyət ümumilikdə cəmiyyət üçün də pisdir: alınan məhsulla 

insanların tələbatlarının qane edilməsi səviyyəsi də az olacaqdır. 

Bunun baş verməməsi üçün bazarda daha çox satıcı olmalıdır 

(və bazara yeni fi rmaların daxil olması asan olmalıdır). Belə bir 

halda satıcılar bir-birləri ilə yarışma, qarşıdurma vəziyyətində 

olurlar. Hər kəs istehlakçını öz tərəfi nə  çəkməyə çalışır ki, özü 

daha çox mal satsın və daha çox mənfəət əldə etsin. Bunun üçün 

istehsalçı qiymətləri azaltmalı, keyfi yyəti artırmalı, istehlakçıya 

daha yaxşı xidmət təklif etməlidir.  Əlbəttə ki, bu vəziyyət 

istehlakçılar üçün sərfəlidir – daha çox müxtəlif, keyfi yyətli və 

ucuz mal əldə edəcəklər. Eyni zamanda bu, iqtisadiyyat (daha çox 

istehsal edilir, daha çox satılır, istifadə olunur) və cəmiyyət üçün 

(daha çox insanın tələbatlarının razı salınması) də sərfəlidir.

R Ə Q A B Ə T

R Ə Q A B Ə T

MÖVZU 3. 

RƏQABƏT NƏ ÜÇÜN 

LAZIMDIR? 

Əsas terminlər/ 

anlayışlar:

 F

Ə

SIL III

• Rəqabət

• oliqopoliya

Təbii monopoliya

• Kartel

• dominant vəziyyət

• dövlət köməyi

• Monopoliya

• Bazar hökmranlığı 

• ictimai alışlar



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə