20
VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA
Monopoliya –
müəyyən növdə malın
yeganə çatdırıcısı olan
bazar.
Kartel -
bir neçə
istehsalçı arasında
malın satış qiyməti və
ya şərtləri üzrə saziş.
Bazar hökmranlığı
– bir və ya bir neçə
fi rmanın qabiliyyəti ki,
malın bazar qiymətinə
təsir göstərsinlər.
Oliqopoliya – yalnız
bir neçə çatdırıcının
olduğu bazar.
Beləliklə, cəmiyyət üçün faydalıdır ki, bazarda bir neçə
istehsalçı olsun və onlar bir-biri ilə yarışsınlar. Bu vəziyyət
rəqabət adlanır. “Rəqabət” (konkurensiya) sözü latın mənşəlidir
və “qarşıdurmanı”, üstünlük əldə etmək üçün rəqiblər arasında
mübarizəni bildirir. Bu daimi mübarizəni dözmək üçün istehsalçı
hər zaman çəkilən xərclərin azalmasına, resursların rasion-
al istifadəsinə, istehsalatın səmərəliliyinin artmasına və yeni
texnologiyaların tətbiq edilməsinə qayğı göstərir. Bu, texniki
tərəqiyyə, istehsalat qüvvələrinin inkişafına dəstək verir ki,
cəmiyyət üçün də çox sərfəlidir, amma istehsalçılar üçün daimi
problem və başsındıran olur. Bunun üçün təəccüblü deyil ki,
istehsalçılar tez-tez bu problemləri rəqibləri ilə razılıq əsasında
həll etməyə çalışırlar.
Satıcıların/istehsalçıların məhsulun satış qiyməti haqqında və
ya başqa şərtlərlə razılığına kartel deyilir. Yuxarıda gördüyümüz
kimi, kartel razılığı bazarda satıcılar az olanda xüsusilə təhlükəli
olur. Belə bir bazar oliqopoliya adlandırılır. Bu, yunan sözüdür, „oli-
gos“ (λίγος) “az”, „poliya“ (πωλείν) isə – „hökmranlıq“ mənasını
bildirir. Yəni oliqopoliya bir neçə fi rmanın hökmranlığıdır. Bazar-
da bir satıcının olduğu halda isə bu vəziyyət monopoliya adlanır
(yunanca “mono” (μόνος) bir deməkdir).
Monopoliya bazarının xüsusiyyətidir ki, başqa şirkətin bu ba-
zar girişi mümkün deyil. Buna səbəb olaraq həmin misalı gətirə
bilərik ki, monopolist bu malın istehsalı üçün lazımi resursların
əsas hissəsinə malikdir və ya ona hökumət tərəfi ndən bu malın
istehsalı üzrə eksklüziv hüquq verilmişdir. Məsələn, əczaçılıq
bazarını təhlil edək: yeni dərman ixtira edən fi rma patentə malik-
dir (ixtiranın istifadəsinin iyirmi illik hüququna) və bu patent onu
bu dərmanla münasibətdə monopoliya vəziyyətinə salır – patent
fəaliyyətdə olduğu dövrdə başqa fi rmaların bu dərmanı istehsal
etmək hüquqları yoxdur. Amma patentin vaxtı bitincə bu dərmanı
istənilən əczaçılıq şirkəti hazırlaya bilər, bazar monopoliyadan
rəqabətə keçir və dərman istehlakçı üçün də ucuz olur.
21
FƏSIL III. RƏQABƏT
Bazarda dominantlıq
vəziyyətini mühüm
bazar qisminə malik
şirkət tutur (bazarda
olan malın çox
hissəsini o çatdırır)
və onun iqtisadi
qərarlarına rəqiblər
təsir göstərə bilmirlər.
Dövlət alqısı –
dövlət büdcəsi ilə
maliyyələşdirilən maln
və ya xidmətin əldə
edilməsi.
Monopoliyaların inkişafının daha bir səbəbi istehsalatın
böyüməsinə təbii canatmasıdır. Bir qayda olaraq, iri istehsalatın
mal vahidinin istehsalı daha ucuz başa gəlir, nəinki xırdanın. Bu-
nun üçün də xərclərə qənaətin edilməsi istehsalatın böyüdülməsinə
və birləşməsinə təkan verir. İri istehsalat bazarda təbii ki dominant
(hakim) vəziyyətini tutur: çünki bazaar malın çox hissəsini çatdırır
(deyildiyi kimi, “mühüm bazar qisminə sahibdir”), onun imkanı var
ki, öz istəyinə əsasən malın bazar qiymətini dəyişdirsin. Məsələn,
əgər belə bir istehsalat birdən malın bazara çatdırılmasını azaldar-
sa, o zaman bazarda malın sayı nəzərəçarpacaq şəkildə azalacaq
və malın bazar qiyməti qalxacaqdır. Və əksinə, dominant fi rma
birdən çoxlu sayda malı satışa “çıxararsa”, o zaman malın çoxluğu
yaranacaq və qiymətlər aşağı enəcəkdir. Digər, xırda oyunçuların
bazar qiymətinə belə təsir qabiliyyətləri yoxdur, - onlar bazarda
mövcud malın sayının yalnız az hissəsini təmin edirlər və bu sayın
artması və ya azalması bazarda nəzərə çarpmır.
Bazar qiymətinə təsir qabiliyyətini dominant şirkət rəqiblərə
qarşı, öz bazar hökmranlığının artırılması üçün istifadə edə bilər:
malın qəfl ətən, qısamüddətli ucuzlaşması ilə nisbətən zəif rəqibləri
müfl isləşdirə bilər. Özü isə bu qısamüddətli ziyanı sonralar daha
çox istehlakçını öz tərəfi nə keçirərək və malın bahalaşdırılması
ilə ödəyəcəkdir. Belə bir təsir şirkətin bazar hökmranlığından sui-
istifadə etməsi hesab edilir.
22
VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA
Rəqabətin qarşısının alınmasının daha bir vasitəsi malın
differensiasiyasıdır. Bu, marketinqin (ticarətin) strategiyasıdır ki,
bu zaman istehsalçı öz malını tayı-bərabəri olmayan, başqalardan
tam fərqli şəkildə göstərməyə çalışır ki, istehlakçılar onu başqa
məhsulla heç müqayisə də etməsinlər. Misal üçün sərinləşdirici içki
koka-kola və pepsi-kolanı götürək. Hər iki məhsul istehsalçıları
istehlakçıları inandırmağa çalışırlar (reklamla, məhsulun xarici
tərtibatı ilə) ki, bu, iki, tam fərqli məhsuldur. Bir çox hallarda reklam
nailiyyət əldə edir – hər bir içkinin öz “pərəstişkarları” var və onlar
ikinci içkidən heç istifadə etmirlər. Amma bu içkilər o
q ə d ə r
oxşardırlar ki, əgər siz onları eyni stəkanlara süzsəniz, o zaman
onları bir-birindən fərqləndirə bilməzsiniz.
Əgər fi rma istehlakçını inandıra bilirsə ki, onun məhsuluna
bənzər mal bazarda yoxdur, o zaman bu malın monopolisti olur və onun məhsulunun qiymətini artıq
bazar tarazlığı deyil, inandıra bildirdiyi istehlakçılarının sayı və satış qabiliyyəti müəyyənləşdirir.
Bazar strukturu
Xüsusiyyətləri
Monopoliya
Oliqopoliya
Monopolistik
rəqabət
Tamdəyərli
rəqabət
Firmaların sayı Bir
bir
neçə
çox
çox
Qiymətlərə təsir
bacarığı
Mühüm/ qiymətin
müəyyənləşdiricisi
Böyük
məhdud
yoxdur
Giriş sədləri
tam/ giriş
mümkün deyil
Böyük
yoxdur
yoxdur
Məhsul/ xidmət
Təkrarolunmaz
oxşar
Differensiasiyalı
(fərqli)
identik/ oxşar