Мөһсин Гираәти



Yüklə 1,96 Mb.
səhifə33/81
tarix19.10.2018
ölçüsü1,96 Mb.
#75088
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

Nöqtələr


◘Bu ayədən, döyüşdə istifadə üçün bəzi üsullar məlum olur: Bütün çətinliklərin ilahi razılıqla nəticələnməsinə iman; komandanlığın hifzi; çətinliklərə müqavimət və dözüm; düşməni xar və əsəbi etmək.

Bildirişlər


1. Rəhbərin daha elmli və imkanlı səhabələri və yaxınları daha çox məsuliyyət daşıyırlar.

2. İslamın müdafiəsində şəhər və kəndin fərqi yoxdur.

3. Peyğəmbərə sorğu-sualsız itaət zəruridir. Kimsənin haqqı yoxdur ki, Allah rəsulunun hökumətinə qarşı çıxsın.

4. Risalət şənlərindən biri savaşda bütün hərbi qüvvələrə komandanlıqdır.

5. Peyğəmbərin canını qorumaq müsəlmanların canını qorumaqdan zəruridir. Müsəlmanlar səmavi rəhbərdən öncə ölümü qəbul etməlidirlər.

6. Müsəlmanlar əqidə yolunda bütün çətinliklərə və təzyiqlərə dözümlü olmalıdır.

7. İslam cəmiyyəti küfrə düşmən olmalıdır.

8. Müsəlmanların kafirləri qəzəbləndirən həmrəy hərəkətlərinin ilahi mükafatı var.

9. Təkcə müdafiə və döyüş yox, cəbhədəki bütün əziyyətlər Allah tərəfindən qeydə alınır və mükafatı var.

10. Cihad üçün müqəddimə və hazırlıq da saleh əməl və ibadətdir.

11. Həqiqi xeyirxah şəxs inqilabçıdır və cəbhə əhlidir. (Fədakarlıq yaxşı əməlin kamillik nişanəsidir.)

12. Yalnız əziyyətlərə dözmək sayəsində ilahi mükafata çatmaq olar. Əziyyətsiz xəzinə yoxdur.

13. İlahi razılıq və mükafata iman problemləri yüngülləşdirir.
Ayə 121:

﴿وَلاَ يُنفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلاَ كَبِيرَةً وَلاَ يَقْطَعُونَ وَادِيًا إِلاَّ كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ اللّهُ أَحْسَنَ مَا كَانُواْ يَعْمَلُونَ﴾

Allah onlara etdiklərindən üstün mükafat versin deyə, infaq etdikləri az və ya çox bir mal, adladıqları bir vadi qeyd olunmamış qalmaz.”


Nöqtələr


◘“Əhsənə ma kanu yəməlun” dedikdə, ya ilahi mükafatın mücahidlərin əməllərindən üstün olacağı, ya da mal və canla cihadın ən üstün iş olduğu nəzərdə tutulur.

Bildirişlər


1 . İstər az, istər çox infaqın ilahi mükafatı var.

2. Hansısa xeyir əməllərimizin mükafatsız qalacağından qorxmayaq, bütün əməllər qeyd olunur.

3. Cəbhəyə hərəkət ən üstün işlərdəndir.

4. Allahın mükafatı insanların bütün əməllərindən üstün və ucadır.

5. Saleh əməlin davamı mükafatı artırır.

6. İlahi sünnə budur ki, əqidə məktəbi möminlərin səyi ilə yüksəlsin. (Möminlərin səylərinə ehtiyac olmasaydı, bu iki ayədə bir bu qədər təşviqə zərurət qalmazdı.)


Ayə 122:

﴿وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنفِرُواْ كَآفَّةً فَلَوْلاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَلِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ﴾

Bütün möminlərin (cihada) yola düşməsi yaxşı deyil. Nə üçün onların hər bir qövmündən bir dəstəsi dində fəqih (alim) olmaq üçün köç etmir?! (ki, fəqih olub) qövmlərinin yanına döndükləri vaxt onları qorxutsunlar. Ola bilsin ki, onlar (günahdan) həzər qılalar.”


Nöqtələr


◘Döyüşə qarşı çıxanları şiddətlə qınayan ayələr nazil olduqdan və Peyğəmbərin (s) sərt rəftarından sonra növbəti döyüşlərdə bütün müsəlmanlar ayağa qalxır və o həzrəti Mədinədə saxlayırdılar. Bu ayə onların cəbhəyə səfərinə nəzarət üçün idi.1

◘Bütün bədəvi müsəlmanlar dini təlim almaq üçün şəhərə gəlirdilər və bu köç həddi aşırdı. Ayə nazil oldu ki, onlardan bəziləri dinlə tanışlıq üçün şəhərə gəlsinlər. Sonra geri qayıdıb başqalarını öyrətsinlər.

◘“Din” dedikdə ilahi qanunlar, zahiri və batini göstərişlər məcmusu nəzərdə tutulur. Allah tərəfindən yeganə qəbul olunmuş din olan İslam2 Allaha təslim olmaq mənasını daşıyır.

◘Dində “təfəqqöh” dedikdə dərin dini bilik üçün səy göstərmək nəzərdə tutulur. Belə bir səy ya dünya, məqam, əyləncə, dostlarla yarış üçündür, ya da Allah, behişt, ümmətin qurtuluşu üçün. Ayədə ikinci hal dəyərli sayılır. Belə bir cəhdin məqsədi xalqın qorxudulması və Allah yoluna dəvət olmalıdır.

◘Fiqh (dərin dini bilik) o qədər mühümdür ki, həzrət Peyğəmbər (s) Əlini (ə) Yəmənə göndərərkən ona xalqa fiqh öyrətməyi tapşırır. Və onun bu işi üçün dua edir.1

Həzrət Əli (ə) öz övladına fəqih olmağı tapşırır.2 İmam Hüseyn (ə) aşura gecəsi Allaha belə həmd oxuyur: “Həmd olsun bizi dində fəqih qərar verən Allaha.” (Movsuətu kəlimatil-imam)

◘İmam Sadiqdən (ə) soruşdular: “İmamın başına bir hadisə gəldikdə xalqın vəzifəsi nədir?” İmam bu ayəni oxuyaraq bildirdi ki, hər şəhər və tayfadan imamı tanımaq üçün hərəkət edənlər olmalıdır.3

Bildirişlər


1. Proqramlaşdırma və müdiriyyətdə məsələyə kompleks yanaşaq. Belə ki, bir nöqtəyə diqqət o biri nöqtənin nəzərdən qaçmasına səbəb olmasın.

2. Hicrət iman şərtidir. Ya dinin müdafiəsi, ya da dini tanımaq üçün hicrət edin.

3. Hər bir məntəqədən elmi mərkəzə hicrət edənlər olmalıdır ki, bütün nöqtələrdə kifayət qədər ruhani olsun.

4. Köç etməyən alim kamil fəqih deyil. İmam evdə oturan şəxsin fəqih olmasını şübhə altına almışdır.4

5. Din və dini təlimlərdə fəqihlik “kifay” vacib”dir, yəni ehtiyac ödənənədək zəruridir. (Həm cihad, həm də ictihad (fiqhə dərindən yiyələnmək) “kifayi vacib”dir. Həzrət Əli (ə) buyurmuşdur: “Elə bir vəziyyət yaranarsa ki, hamı cəbhəyə getsin, cihad hamıya vacib olar.”5 Elə bir proqram cızılmalıdır ki, dini təhsil alanların nizamı pozulmasın.

6. Fiqhə yiyələnməkdə məqsəd xalqı oyatmaq, onları problemlərə münasibətdə biganəlikdən xilas etməkdir.

7. Döyüş zamanı da düşüncə, etiqad, əxlaqla bağlı məsələlərdə qəflətdə qalmaq olmaz. Cəhalət və qəflət kimi daxili düşməndən xəbərsiz qalmamalıyıq.

8. Fiqh təkcə dini hökmləri öyrənmək yox, bütün dini maarifi diqqətlə və dərindən araşdırmaqdır.

9. Dini biliklər dərin olmalıdır.

10. Dini təbliğat aparmaq üçün dərin biliyə malik olmaq zəruridir.

11. Fəqih islamşünasın dediklərinə etimad göstərmək olar.

12. Dində fiqh o zaman dəyərlidir ki, fəqih öz dövrünü tanısın, düşmənin nüfuz yollarından agah olsun. O, yalnız bu halda xalqı oyada bilər.

13. Dini hövzə (mərkəz) tələbələri üçün iki hicrət zəruridir: Dini mərkəzlərə hicrət və mərkəzlərdən digər məntəqələrə hicrət. Zəruri biliklərə yiyələnmiş şəxsin hövzədə qalmasına icazə verilmir.

14. Təbliğat və mədəni fəaliyyət üçün yer seçimində insanın doğulduğu yer öndə gəlir.

15. Alimlər xalqla görüşə getməli, dəvət gözləməməlidirlər.

16. Təbliğdə məqsəd təqva yaradılması və məadın yada salınması olmalıdır.

17. Fəqihlər (din alimləri) hər adamdan itaət gözləməməlidirlər. Çünki bir dəstə insan heç vaxt din və Allah yolunu qəbul etmir.
Ayə 123:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ قَاتِلُواْ الَّذِينَ يَلُونَكُم مِّنَ الْكُفَّارِ وَلِيَجِدُواْ فِيكُمْ غِلْظَةً وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ﴾

Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə döyüşün. Onlar sizdə sərtlik və qətilik görməlidirlər. Bilin ki, Allah təqvalılarladır.”



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə