Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə23/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

SƏCDƏNİN TƏ’SİRLƏRİ


Səcdə insanı Allaha yaxınlaşdırır, günahları təmizləyir, şeytanı məhv edir və insanı behiştə yola salır. İndi isə bu barədə bir neçə hədisə nəzər salaq:

Bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: “Günahlarım çox, əməlim azdır.” Həzrət (s) buyurdu: “Səcdələrinin sayın artır. Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə günahları tökür.”6

Bir dəstə müsəlman Peyğəmbərin (s) yanına gəlib behişt üçün zəmanət istədi. Həzrət (s) buyurdu, bir şərtlə ki, uzun səcdələrlə bu işdə mənə kömək edəcəksiniz.7

İmam Sadiq (ə) buyurur: “Səcdələrinizi uzadın. Çünki insanın səcdəsi şeytanı çox narahat edir. Şeytana əmr olundu ki, Adəmə (ə) səcdə etsin, o itaət etmədi. Lakin insan itaətkar oldu və nicat tapdı.”1

İslam peyğəmbəri (s) öz yaxınlarından birinə buyurdu: “Əgər qiyamətdə mənimlə olmaq istəyirsənsə, Allah qarşısında uzun səcdələr et.”2

KƏRBƏLA TORPAĞINA SƏCDƏ


Bə’zi təbii və maddi şeylər mə’nəvi və dəyərli məfhumları xatırladır. Şəhid torpağı da bu qəbildəndir.

Müstəhəbdir ki, insan Seyyidüş-şühədanın (Hüseynin) (ə) qəbrinin torpağına səcdə qılsın. Çünki imam Hüseynin (ə) pak türbətinə səcdə Kərbəla hadisələrini yada salır, insanı cihad və şəhadətlə tanış edir, həmin məqama yaxınlaşdırır. İmam (ə) türbətindən isar və fədakarlıq qoxusu duyulur və bu yolla şəhidlər məktəbindən gündəlik dərs almaq olar.

İmam Sadiq (ə) yalnız imam Hüseynin (ə) qəbrinin torpağına səcdə edirdi.3 O deyirdi: “İmam Hüseyn (ə) torpağına səcdədə nur var. Bu nur mane olan pərdələri yırtır.”4

“SUBHANƏLLAH” KƏLMƏSİNİN MƏ’NASI


Bu zikrin məfhumu Allahın təqdis olunması, hər bir nöqsan və eybdən uzaqlaşdırılmasıdır.

“Subhanəllah” kəlməsi həm islami düşüncə və əqidələrin kökü, həm də insanın Allahla və kamillik sifətləri ilə əlaqəsinin əsası olan bir həqiqəti bəyan edir.



İzah: “Tövhid” Allaha təsbihə əsaslanır. Yə’ni, Allahı şəriklərdən uzaq bilmək.5

“Ədl” (Allahın ədaləti) Allaha təsbihə əsaslanır. Yə’ni Allahı zülmdən uzaq bilmək. Allah heç kəsə zülm etmir. Əgər insan bəla və çətinliklərlə qarşılaşırsa, bu ya iste’dadların çiçəklənməsi üçün imtahan, ya da öz əməllərimizin nəticəsidir. “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!”1 Demək, Allah pakdır, zülm edən biz özümüzük: “...Rəbbimiz pak və müqəddəsdir. Həqiqətən, biz zalım idik...”2

“Nübüvvət və imamət” Allaha təsbihə əsaslanır. Yə’ni Allah insanı zülm və nəfs istəklərindən xilas edib, haqqa, kamillik və səadətə doğru yönəltmək üçün özbaşına buraxmayıb, ona başçı və rəhbər göndərir. Demək, Allah “bəşəri özbaşına buraxmışdır” ittihamından pakdır. Yanlış düşüncə sahibləri Allahın haqqını tanımadıqlarından, Onu hikmət sahibi bilmədiklərindən belə düşünmüşlər.3 “Məad” Allaha təsbihə əsaslanır. Əbədi axirət həyatı və sorğu günü olmasaydı həyat əbəs olardı və insanlar haqqını almazdı. Allah kainatı əbəs yerə və məadsız yaratmamışdır: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?”

Subhanəllah! Allah varlığın şərəflisi olan insanın sonunu puç və dəyərsiz edib, boş-boş işlər görməz.

“İlahi eşq” Allaha təsbihə əsaslanır. Çünki O eyibsiz vücud və mütləq kamildir. Beləsə, nə üçün Onu sevməyək?!

“İnsanın razılığı” Allaha təsbihə əsaslanır. Allahdan razı olan şəxs Onun işlərində eyb tutmur və bütün vücudu ilə Ona təsbih deyir.

“İtaət” Allaha təsbihə əsaslanır. İnsan kamil və bütün nöqsanlardan pak bildiyi mə’buda bəndəlik və itaət edir.

“Təvəkkül” Allaha təsbihə əsaslanır. Allahın qüdrətli və mehriban olmasına inananlar, Onu cəhalət və zəiflikdən uzaq sayanlar Ona arxalanırlar.

“Təqva” Allaha təsbihə əsaslanır. Təqvalı insan Allahı agah, dəqiq və ədalətli tanıyır. O, aləmin Allahın hüzurunda olmasına və Onun qəflətdən uzaqlığına inanır. Buna görə Ondan qorxur və günah etmir.

Demək, bu mübarək kəlmə (təsbih) geniş mə’na daşıyır; təsbih Allahı məhəbbət, bəndəlik, təvəkkül, təqva, itaət, eləcə də tövhid, nübüvvət, məad, imamət və ədalətə e’tiqad əsasında pak bilməkdir. Belə ki, O, pak olduğu üçün sitayiş və həmdə layiqdir. Buna görə “təsbihati-ərbəə”də “subhanəllah” kəlməsindən dərhal sonra “əl-həmdu lillah” deyirik.

Qur’an Allahın şəriklikdən uzaq olduğunu bildirir: “Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır.”1 Qur’an buyurur: “Ərşin sahibi olan Allah müşriklərin aid etdikləri sifətlərdən tamamilə uzaqdır.”2 Qur’an Allahın fəqirlikdən uzaq olduğunu bildirir: “Allah pak və müqəddəsdir. O, möhtac deyildir.” (“Yunis” surəsi, ayə 68) Qur’an buyurur: “...Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən!”3 Qur’an Allahı bəndələrə zülm etməkdən uzaq bilir. Əksinə, xalq özü özünə zülm edir: “...Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən zalımlardan olmuşam...”4 Qur’an Allahın qızları olmadığını, Onun pak olduğunu bildirir: “Onlar Allaha qızlar isnad edirlər. Allah pak və müqəddəsdir...”5

Bu müxtəlif hallarda zikrin təkrarlanma sirri, bir tövhid dərsidir.


ARDICIL TƏSBİH GÖSTƏRİŞİ


Həzrət Peyğəmbər (s) Allah tərəfindən xüsusi tərbiyə almış və Ona xüsusi inayət (diqqət) olmuşdur. Eyni zamanda onun ixtiyarında Allah tərəfindən xüsusi proqramlar qoyulmuşdur. Ona digər göstərişlərdən daha çox təsbih göstərişi verilmişdir. Qur’an ayələrinə nəzər saldıqda görürük ki, Allahın peyğəmbərə (s) müraciəti və təvəkkül göstərişi səkkiz dəfə, səcdə göstərişi iki dəfə, istiğfar göstərişi səkkiz dəfə, ibadət göstərişi beş dəfə, Allahın zikri göstərişi beş dəfə, təkbir göstərişi iki dəfə, təsbih göstərişi isə on altı dəfə xatırladılmışdır. Peyğəmbərin (s) daim Allahı düşünməsi üçün müxtəlif hallarda təsbih göstərişi verilmişdir:

1. “Günəş doğmamışdan və batmamışdan əvvəl...”1

2. “Gecə və’dəsində və günorta radələrində...”2

3. “...Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et.”3

4. “Yuxudan qalxdıqda və başqa vaxtlar Rəbbini həmd-səna ilə zikr et.”4

Bütün bunlar “subhanəllah” zikrinin əhəmiyyətini açıqlayır və insanın əməl, düşüncəsində onun təkmilləşdirici rol oynamasını bəyan edir. İmam Səccad (ə) buyurur: “Bəndə “subhanəllah” dedikdə bütün mələklər ona salam deyərlər.”



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə