MÖVZU № 1. NƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ İSTİSMAR
ANLAYIŞI.
Plan
Nəqliyyat vasitələrinin (NV) texniki istismarının əsas vəzifəsi.
NV-nin texniki istismarının qarşısında duran əsas problemlər.
1.1 Nəqliyyat vasitələrinin (NV) texniki istismarının əsas vəzifəsi.
Nəqliyyat vasitələri istismarda olarkən onun texniki
cəhətdən saz vəziyyətdə
olması üçün böyük miqdarda əmək və material xərcləri (texniki, iqtisadi və təşkilati
tədbirlərin yerinə yetirilməsinə) tələb edir. Bunu, ümumi xarakter daşıyan yük
avtomobilinin misalında nəzərdən keçirək. Yük avtomobilinin son həddinə
(silinənə) qədər sərf olunan bütün xərcləri (layihələndirmə, hazırlanma və istismar)
100% qəbul etsək, onun 2%-i konstruktiv-texnoloji, 7%-i əsaslı təmir, qalan 91%-i
isə istismar xərclərinin payına düşür. Göründüyü kimi istismar prosesində istər əmək
və istərsə də material xərcləri (xidmət, ehtiyat hissələri yə texniki materiallar)
başlanğıc xərclərdən dəfələrlə çoxdur. Ümumi halda istismar xərclərini minimuma
endirmək üçün müxtəlif xarakterli və təyinatlı tədbirləri (profilaktik
və təmir
xarakterli texniki təsirləri mütəmadi olaraq keyfiyyətlə təşkil etmək,
hərəkət
tərkibinin texniki vəziyyətini saxlanılma və təyin olunma üsullarmı tətbiq etməklə,
yanacaq-enerji resurslarından düzgün istifadə etməklə və s.) yüksək səviyyədə təşkil
edib həyata keçirmək lazımdır. Ancaq bu halda nəqliyyat vasitələrinin texniki
vəziyyəti səmərəli idarə edilə bilər.
Beləliklə, aydındır ki, nəqliyyat vasitələrinin
istismar dövründəki keyfiyyət göstəriciləri istehsalçılardan çox istismarçılardan
asılıdır.
Başqa sözlə desək, nəqliyyat vasitələrinin texniki vəziyyətini
qiymətləndirən bu göstəricilər nəqliyyat prosesinin bütün
mərhələlərində texniki
istismar tərəfindən idarə edilməlidir, yəni bir sistem
kimi nəqliyyat vasitəsinin
texniki vəziyyəti tələb edilən səviyyədə olmalıdır.