Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə54/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

III. Dəvət, xahiş, rica zamanı. Bu münasibətlə xahiş edirəm, rica edirəm , izn verin, buyurun, mümkünsə və s. söz və ifadələr işlənir. Məsələn: Yoldaşlar, bura yığılın

IV. Təklif zamanı. Bu məqsədlə də buyurun, zəhmət olmasa, rica edirəm və s. bu tipli söz və ifadələrdən istifadə olunur. Sabir Əhmədovun «Mavi gözlərin işığı» əsərində, Anarın «Ağ liman» əsərində təklif zamanı müraciət formalarının işləndiyi nümunələrə rast gəlmək olar. Məsələn: Adə, görmürsüz stulları, əyləşin də!

V. Təşəkkür zamanı. Bu məqsədlə sağ ol(un), çox sağ ol(un), minnətdaram, təşəkkür edirəm, təşəkkürlər tipli sözlər və ifadələr işlənir. Məsələn:

Sağ olunuz! Sürəyya bacı, sizin sağlığınıza! – dedi və həyatında ilk dəfə içdi.



VI. Üzrxahlıq zamanı. Bu məqsədlə üzr istəyirəm, bağışla(yın), incimə(yin), lütfən və s. tipli söz və ifadələr işlənir. Anarın, S.Əhmədovun, C.Cabbarlının, İ.Hüseynovun əsərlərində üzrxahlıq zamanı işlənmiş müraciət nümunələrinə rast gəlmək olar. Məsələn: İncimə, qağa, vallah açığı, belədir ki, qorxuram


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə