Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   21   22   23   24   25   26   27   28   ...   57


 
- dəmir yolu, hava və dəniz nəqliyyatına dövlət himayəsi
-ölkə  miqyaslı  fövqaladə  halların  və  təbii  fəlakətlərinin  nəticələrinin  aradan 
qaldırılması; 
- kosmik fəzanın tədqiqatı və istifadə edilməsi; 
-dövlət  mülkiyyətində  və  ya  Azərbaycan  Respublikasının    dövlət  hakimiyyəti 
orqanlarının  tabeliyində olan idarələrin saxlanması; 
- dövlət mülkiyyətinin formalaşdırılması xərcləri; 
-  Azərbaycan  Respublikasının  dövlət  borcunun  ödənilməsi  və  ona  xidmət 
edilməsi; 
-  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  təyin  edilmiş  dövlət 
pensiya  və  müavinətlərin,  digər  sosial  ödənişlərin  həyata  keçirilməsi  üzrə 
büdcədənkənar dövlət fondlarına kompensasiyalar; 
-  dövlət  material  ehtiyatlarının  ,  qiymətli  metal  və  qiymətli  daşlar  üzrə  dövlət 
ehtiyatının artırılması; 
-  Azərbaycan  Respublikasında  seçkilərin  və  ümumxalq  səsverməsinin  , 
referendumların keçirilməsi; 
-  digər  səviyyəli  büdcələrin  gəlirlərinin    azaldılmasına  və  xərclərin 
artırılmasına  gətirən  Azərbaycan  Respublikasının    dövlət  hakimiyyəti 
orqanlarının qərarlarının həyata keçirilməsinin təmin edilməsi
-  hakimiyyətin  digər  səviyyəsinə    verilən  ayrı-  ayrı  dövlət  səlahiyyətlərinin 
həyata keçirilməsinin  təmin edilməsi; 
- bələdiyyələrə maliyyə yardımı; 
- sair dövlət əhəmiyyətli xərclər. 
Yerli büdcələrdən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir: 
- yerli özünüidarəetmə orqanlarının saxlanması; 
- bələdiyyə mülkiyyətinin formalaşdırılması və onun idarə edilməsi
-  yerli  özünüidarəetmə  orqanlarının  tabeliyində  və  bələdiyyə  mülkiyyətində  
olan təhsil, səliyyə, mədəniyyət, bədən  tərbiyəsi və idman, kütləvi informasiya 
və digər idarələrin təşkili, saxlanması və inkişafı; 
- bələdiyyə ictimai asayışınin mühafizəsi orqanlarının saxlanılması ; 
-bələdiyyə mənzil- kommunal təsərrüfatının təşkili, saxlanması və inkişafı; 
KitabYurdu.az 
80



 
- bələdiyyə ərazilərinin abadlaşdırılması və yaxşılaşdırılması; 
 - məişət tullantılarının  ləğv edilməsi və yenidən emal edilməsinin təşkili
 - bələdiyyə orqanlarının tabeliyində olan dəfn xidməti yerlərinin saxlanması; 
-  yerli  özünüidarəetmə  orqanlarının  tabeliyində    və  bələdiyyə  mülkiyyətində 
olan idarələrin və əhalinin nəqliyyat xidmətinin təşkili; 
- yanğından mühafizənin təşkili; 
- bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi
-  yerli  özünüidarəetmə  orqanları  tərəfindən  qəbul  edilən  ərazi  məqsədli 
proqramların həyata keçirilməsinin təmin edilməsi;  
- bələdiyyə borclarının ödənilməsi  və onlara xidmət edilməsi
- bələdiyyə aktivlərinin saxlanması; 
-bələdiyyə seçkilərinin və yerli ümüumxalq səsvermələrinin keçirilməsi; 
- sari yerli əhəmiyyətli xərclərin maliyyələşdirilməsi. 
 
Büdcədən 
maliyyələşdirilən 
xərclərin 
planlaşdırılması 
və 
maliyyələşdirilməsi. 
      Büdcə təşkilatı – büdcə smetası əsasında fəaliyyəti tamamilə və ya qismən 
büdcə  vəsaiti  hesabına    maliyyələşdirilən,  hesablaşma  hesabı  olmayan  qeyri- 
kommersiya  təşkilatıdır.  Bu  təşkilatlara  vəsaitlərin  ayrılması  büdcə 
planlaşdırılması vasitəsilə həyata  keçirilir.  
Büdcə xərclərinin planlaşdırılmasının əsas üsulları bunlardır: 
-
 
proqramlı – məqsədli; 
-
 
 normativli. 
Büdcə xərclərinin planlaşdırılmasının  proqramlı – məqsədli üsulu.  
     Iqtisadi  və  sosial  problemlərin  həyata  keçirilməsi  üçün  təsdiq  edilmiş 
məqsədli  proqramlara    uyğun  olaraq  ayrılan  büdcə  vəsaitlərinin  sistemli 
planlaşdırılmasıdır. Maliyyə vəsaitlərinin planlaşdırılmasının bu üsulu konkret 
və layihələr əsasında  maliyyə ehtiyatlarının  səmərəli bölgüsü üçün vəsaitlərin 
cəmləşdirilməsinə  və  məqsədli  istifadəsinə,  nəzarətin  yaxşılaşdırılmasına 
yardım edir. Bütün bunlar vəsaitlərin səmərəli mənimsənilməsinin səviyyəsinə 
artırır. 
KitabYurdu.az 
81



 
     Tədbirlərin və layihələrin  həyata keçirilməsi üçün ayrılan vəsaitlərin  həcmi 
planlaşdırmanı  və  maliyyələşdirməni    smeta  qaydası  əsasında  müəyyən  edir. 
Büdcə  təşkilatlarının  smetaları  üzrə  xərclərin  hesablanmasının  əsasını  onların 
fəaliyyət göstəricilərinin ( məsələn, təhsil üzrə şagirdlərin, qrupların, siniflərin 
sayı və s.) həcmi, təşkilatın fəaliyyət müddəti  və maliyyə normaları təşkil edir. 
Əhalinin sosial müdafiəsi üzrə tədbirlərin ( pensiya, müavinət) planlaşdırılması 
zamanı  bu  vəsaitləri  alanların  sayı  və  ödənişlərin  müəyyən  edilmiş  normaları 
nəzərə alınır. 
 
Xərclərin və ödənişlərin planlaşdırılmasının normativ üsulu- əsasən büdcə 
təşkilatlarının    maliyyələşdirilməsi  üçün  onların  smetasının  tərtibi  zamanı 
istifadə  olunur.  Normalar  qanunvericilik  aktları  əsasında  müəyyən  olunur  və 
aşağıdakı növlərə ayrılır: 
- sosial tələblərin təmin olunmasının natural göstəricilərinin  pulla ifadəsindən 
ibarət olan maliyyə normaları ( məsələn, büdcə təşkilatlarında  əhalini qida ilə, 
dərman vasitələri ilə, yumşaq inventarla təmin olunması xərclərinin normaları); 
- fərdi ödəniş normaları ( məsələn, əmək haqqı dərəcəsi, müavinət, təqaüd və s. 
normaları); 
- orta statistik göstəricilər əsasında əvvəlki bir neçə il , eyni zamanda konkret 
dövrdə    cəmiyətin  maddi-  maliyyə  imkanları  üzrə  götürülmüş  normaları  ( 
məsələn, binanın saxlanması , tədris xərcləri  və s. normaları); 
     Normalar  mütləq  (  hökumət  və  ya  yerli  icra  orqanları  tərəfindən  tətbiq 
olunur)  və  ya  fakultativ  (  nazirlik,  baş  idarələr  tərəfindən  tətbiq  olunur)  ola 
bilər. 
     Büdcə  normaları  fərdi  (  ayrı  –  ayrı  xərc  növləri  üzrə  )  və  birləşdirilmiş 
(məcmu xərclər və ya təşkilatlar üzrə bütövlükdə ) ola bilər. 
     Natural göstəricilər ( xidmət edən işçilərin sayı və binanın ölçüsü və s. ) və  
maliyyə normaları əsasında xərclərin büdcə smetası tərtib olunur  və aşağıdakı 
kimi ola bilər: 
- fərdi – ayrı- ayrı təşkilatlar və ya tədbirlər üçün  tərtib olunur
- ümumi – eyni tipli təşkilatlar və ya  tədbirlər üçün tərtib olunur; 
KitabYurdu.az 
82


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə