9
Vergi sistemində ən mühüm dəyişilik 1819- cu ildə Şəki əyalətində
həyata keçirilmişdir. Natural vergilərin yerinə pul vergiləri
qoyulmuşdur. Ərzaqla toplanan vergi çoxluq təşkil edirdi.
Vergilərin bölünməsi sistemi və yığılması üsulu bir – birindən
fərqlənirdi. Məsələn, Şirvan əyalətində vergiər hər kənd, Qarabağ
əyalətində hər kəndli həyəti, Lənkəran əyalətində isə mahallar üzrə təyin
olunurdu. Çar hökuməti əvvəlki vergi sistemində də dəyişiliklər və
əlavələr etdi. Natural vergiləri pul vergilər əvəz etməyə başladı. Qarabağ
və Talış əyalətlərində pul rentasının xüsusi çəkisi artdı. Quba əyalətində
ərzaq vergisi üstünlük təşkil edirdi. Bakı əyalətində isə kəndlilərin
vergisi xeyli artmışdı.
XIX əsrin əvvəllərində Şimali Azərbaycanda bəy rəiyyətlərinin vergi
və mükəlləfiyyətlərinin sayı 35- ə çatırdı.
Sahibkar rəiyyətlərinin ən geniş yayılmış vergi forması malcəhət,
salyana, darğalıq, at arpası və s. idi. Bütün bu mükəlləfiyyətlər natural
xarakter daşıyırdı.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda toplanan
vergilərin əsas hissəsini dövlət torpaq vergisi və əsgəri vergisi təşkil
edirdi. Sonra isə ticarət və sənaye fəaliyyətindən vergilər və aksiz
vergiləri gəlirdi. Vətəndaşların gəlirlərindən natural vergilər isə həmin
məbləğin çox az hissəsini təşkil edirdi.
XX əsrin əvvəllərində vergilər üç istiqamətdə müəyyənləşdirilmişdir:
birbaşa vergilər, dolayı vergilər və rüsumlar. Bunların arasında mədən
vergisi, torpaq vergisi, mədən vergisi xüsusilə fərqlənirdi və büdcə
gəlirlərinin çox hissəsini təşkil edirdi.
1919- cu ilin aprelində sonralar dövlət vergisi siyasətini
formalaşmasında əsas rol oynamış ən mühüm qanun da Maliyyə
Nazirliyindən daxil olmuşdur. Qanun cəmi 2 bənddən olsa da onun
böyük əhəmiyyəti var idi, çünki ilk dəfə olaraq bu qanunla kapital
vergisinin müstəqil vergilərdən qəti təyin olunmuş vaxt və tarif
dərəcəsi müəyyən edilirdi . kapital vergisi hər 100 manata 30 manat
olmaqla ilin başlanğıcında ancaq fevralın 1- dən gec olamayaraq , gəlir
vergisi isə ilin sonunda , gəlirin həcmi aydınlaşdıqdan sonra ödənilirdi.
Yeni iqtisadi siyasət dövründə ( 1921) aşağıdakı vergi növləri
mövcud idi: kənd təsərrüfatı vergisi, mədən vergisi, gəlir vergisi,
KitabYurdu.az
69
10
təsərrüfat dövrüyyəsindən alıanan torpaq vergisi, varislik rüsumu ,
aksizlər, gömrük rüsumları və s.
1923- 25- ci illərdə aşağıdakı vergilər fəaliyyətdə idi: birbaşa
vergilər- kənd təsərraftı vergisi, istehsal vergisi, gəlir- əmlak vergisi,
renta vergisi, gerb vergisi, vərəsəliklə keçən əmlakdan vergi. Vasitəli
vergilər- aksizlər və gömrük vergisi.
Azərbaycan SSRİ tərkibində olduğu dövrdə bir sıra vergilər mövcud
olmuşdur: əhalidən alınan gəlir vergisi( 1943), subaylardan, tək
adamlardan, kiçik ailələrdən alınan vergilər( 1944), kənd təsərrüfatı
vergisi( 1953), tikililərdən alınan vergi, torpaq evrgisi, nəqliyyat
vasitələri sahiblərindən vergilər, kolxoz bazarlarından birdəfəlik rüsum ,
gömrük və dövlət rüsumu və s.
Müharibədən sonra əhalidən tutulan vergilər nisbətən azaldılmışdır.
Hərbi vergi( 1944) ləğv edildi və subaylardan alınan vergi azaldıldı.
Dövlət büdcəsinə 1979- cu ildən etibarən aşağıdakı vergilər daxil
edilmişdir: dövriyyə vergisi, dövlət müəssisələrinin mənfəətindən vergi,
əsas vəsaitlərdən və dövriyyə fondlarından ödənişlər, renta ödənişləri,
mənfəətin sərbəst qalığı, kinofilmlərin baxışından alınan gəlirlərdən
vergi, kolxoz və kooperativ təşkilatlardan gəlir vergisi, meşə vergisi,
dövlət əmlakının satışından alınan gəlirlərdən vergi, digər vergilər və
rüsumlar.
1991- ci ildən Azərbaycan Respublikası müstəqillik əldə etdikdən
sonra öz müstəqil büdcə və vergi siyasətini həyata keçirməyə
başlamışdır. Bu dövr ərzində məlum olduğu kimi bir çox qanunlar qəbul
edilmiş, vergilərin növləri və dərəcələri, dövlət rüsumları müəyyən
edilmişdir. Bazar iqtisadiyyatı münasibətlərinin formalaşması ilə
əlaqədar olaraq qanunlarda dəyişiliklər edilmiş və son nəticədə 2001- ci
ildə “ Vergi Məcəlləsi” qüvvəyə minmişdir.
Azərbaycan Respublikasının müasir vergi sistemi və vergilərin
təsnifatı.
Azərbaycan Respublikasının müasir vergi sistemi 2001- ci ildən
qüvvədə olan “ Vergi Məcəlləsi “ ilə müəyyən edilir və yerli vergilərin,
onların prinsiplərinin , formalarının , tətbiq üsullarının dəyişilməsi,
ləğvi, ödənilməsinin təmin edilməsi üsullarının , vergi nəzarətinin həyata
keçirilməsinin , vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə
KitabYurdu.az
70
11
cəlb edilməsi yollarının məcmusudur. Qısaca desək, müəyyən edilmiş
qaydada tutulan vergi , yığım, rüsum və digər ödənişlərin məcmusu
vergi sistemini təşkil edir.
Vergi sistemi:
1)
büdcə gəlirlərinin yığılmasını təmin edir
2)
əhalinin müxtəlif təbəqələrinin gəlirlərinin formalaşması və
yenidən bölgüsü xüsusiyyətləri nəzərə alınmaqla bütövlükdə və
təsərrüfatın ayrı- ayrı sahələrində , istehsalın və istehlakın
tənzimlənməsi üçün şərait yaradır.
Müasir vergi sisteminin əsas prinsipləri aşağıdakılardır:
1. Hər bir hüquqi və fiziki şəxs mövcud qanunvericilik çərçivəsində
vergi ödəməlidir
2. Vergilər cəmiyyətin və dövlətin inkişafının maliyyə təminatı
məqsədilə tətbiq edilir
3. Vergilər siyasi, ideoloji, etnik, konfessional və bu kimi digər
kriteriyalardan asılı olmayaraq tətbiq edilir.
4. Vahid iqtisadi məkana və Azərbaycan Respublikasının vergi
sisteminə zidd olan vergilər tətbiq edilə bilməz.
Müxtəlif səviyyəli büdcələrə daxil olan vergiləri vergitutma obyektinə,
vergi dərəcələrinin quruluş xarakterinə və istifadəsinə görə müxtəlif
əlamətlərə görə təsnifləşdirmək olar.
Vergitutma obyektinə görə vergilər birbaşa və vasitəli vergilərə bölünür.
Birbaşa vergilər- vergi ödəyicilərinin bilavasitə gəlirlərindən və
əmlakından müvafiq dərəcələrlə dövlət tərəfindən alınan vergilərdir.
Məsələn, fiziki şəxslərdən gəlir vergisi mənfəət vergisi, torpaq vergisi və
s.
Birbaşa vergilər real və xüsusi vergilərə bölünür. Real vergilər vergi
ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın,
məhsulların və ya fəaliyyətin ayrı – ayrı növlərinə görə ödənilir.
Xüsusi vergilər vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılıdır və
gəlir mənbəyindən və ya bəyənnaməyə görə ödənilir.
KitabYurdu.az
71
Dostları ilə paylaş: |