Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması



Yüklə 143,99 Kb.
səhifə4/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   2   3   4   5   6   7   8   9   ...   33
Movzu-12-Turkiyə

İlk burjua islahatı təşəbbüsləri
Bir tərəfdən daxili çətinliklər, hakimiyyət uğrunda güzəştsiz mübarizə, feodalların separatçı əməlləri, milli-azadlıq hərəkatının yeni mərhələyə daxil olması, digər tərəfdən Türkiyənin beynəlxalq vəziyyətinin pisləşməsi Osmanlı imperiyasının hakim dairələri üçün qorxulu bir vəziyyət yaratmış oldu. Belə bir şəraitdə döyüş bacarığına malik olan güclü orduya çox böyük ehtiyacı var idi. Lakin belə bir ordu yox idi. 1677-ci ildə türklərin Ukraynaya hərbi yürüşlərinin uğursuzluğu, 1768-ci illər müharibəsində türklərin yeni məğlubiyyətini təsdiq edən Kiçik Qaynarca müqaviləsi 1783-cü ildə Krımın Rusiyaya birləşdirilməsi dövlətin hərbi qüdrətini zəiflətdiyinə görə Osmanlı imperiyasının hakim dairələri bu ordunun olmamasına ən böyük təhlükə kimi baxırdılar və ordusu zəif olan dövlət üçün daima təhlükə gözlənilirdi.
Əlbəttə, bu dövrdə Türkiyədə yaxşı ordu ola da bilməzdi. Adətən ordunun vəziyyəti ölkənin ümumi vəziyyətini əks etdirir. Düzdür, türk ordusu yeni qaydada qurulmuşdu. Amma bu ordunun özülünü yenə də feodal süvarisi və yeniçərilər təşkil edirdi ki, bu təbəqələrin də özlərinin maddi maraqlarıvar idi. Deməli türk ordusunun taleyi belə maddi maraq güdən təbəqələrdən asılı idi ki, bu da mövsümi xarakter daşıyırdı. Bununla yanaşı len-timar sahibləri artıq uzun müddət idi ki, hərbi xidmətdən boyun qaçırırdılar. Yeniçərilər isə bu zaman sənətkarlıq və ticarətlə, bəzən də qarət və quldurluqla daha çox məşğul olurdular və onlar döyüş qabiliyyətini itirmişdilər. Orduda intizam aşağı düşmüşdü. Əsgərlərin döyüş meydanından kütləvi surətdə fərariliyi adi hal almışdı.
Ordunun belə bir vəziyyətdə olması hakim dairələri son dərəcə narahat edirdi və buna görə də onlar belə bir fikrə gəldilər ki, ordunu əsaslı surətdə Avropa qaydasında yenidən qurmaq lazımdır. Ordunun yenidən qurulması üçün vəsait lazım idi, bu iş feodalları da narahat etməli idi. Mövcud böhrandan xilas olmaq üçün ordu islahatı vacib idi. Axır ki, islahat səyləri öz ifadəsini sultanın bir sıra fərmanlarında tapmış oldu. Bu fərmanlar ümumilikdə "nizami cədid", yəni yeni quruluş və ya yeni qayda adı ilə tarixə düşdü. Bu islahatlar sultan III Səlimin padşahlığı dövründə keçirildiyindən tarixi ədəbiyyatda onun adı ilə Sultan Səlim islahatları kimi tarixə daxil oldu.
1791-ci ildə sultan ali dünyəvi və dini əyanlara sərəncam verdi ki, keçirilməsi lazım olan islahatlar haqqında öz mülahizələrini bildirsinlər. Təqdim edilən layihələrin çoxunda əsas diqqət ordunun Avropa qaydasında qurulmasına yetirilirdi. III Sultan Səlim 1792-1793-cü illərdə əməli olaraq islahatlara başladı. Onun verdiyi fərmana görə hərbi vəzifəsini yerinə yetirməyən len sahiblərindən timar və ziyamətlər geri alınmalı, Avropa nümunəsində hərbi korpus yaradılmalı, islahatların həyata keçirilməsini vəsaitlə təmin etmək üçün xüsusi xəzinə təsis edilməli və bu məqsədlə bir sıra vergilərin toplanması həmin xəzinənin ixtiyarına verilməlidir. Hərbi islahatlar fransız hərbi missiyasının rəhbərliyi altında həyata keçirilirdi. Lakin yeni hərbi korpus çox ləng yaradılırdı. Həmin korpusda 1798-ci ildə hələlik 3-4 min əsgər toplamışdı, 1804-cü ildə isə korpusda 12 min əsgər var idi. Bundan başqa, mütərəqqi hal idi ki, ilk növbədə hərbi-mühəndislər məktəbi açıldı və donanmanın yenidən təşkil edilməsi üçün tədbirlər görülməyə başlandı.
Lakin mühafizəkar qüvvələr islahatlara şiddətli müqavimət göstərirdilər. Həmin islahat əleyhdarları əsasən yeniçərilərə arxalanırdı. III Sultan Səlim yeniçərilərin bir hissəsini yeni orduya göndərmək istədikdə bu əmrə etiraz olaraq yeniçərilər 1805-ci ildə qiyam qaldırdılar. Qiyam Avropa ilə sərhədlədə yerləşdirilmiş hərbi hissələrdə başlandı və sonra İstanbula da yayıldı. Türkiyə üçün reallaşan qorxulu vəziyyət dövlətin mövcudluğuna təhlükə yaratmışdı. Belə bir şəraitdə III Sultan Səlim qətiyyətsizlik göstərdi. O, hərbi islahatlar haqqındakı fərmanı ləğv etdi, yeni korpusu buraxdı. Lakin o bununla özünü xilas edə bilmədi. Nəticədə müxalif qüvvələr onu (1807-ci il mayın 29-da) taxtdan saldılar.
III Səlimin tərəfdarı, Ruşşuk paşası Mustafa Bayraqdar İstanbulu tutaraq Səlimi hakimiyyətə qaytarmaq və onun islahatlarını həyata keçirmək təşəbbüsü göstərdi. Lakin Sultan III Səlimi taxtda əvəz edən irticaçı və cəhalətpərəst sultan IV Mustafanın əmri ilə III Səlimi yatağında boğub öldürdülər. Nəticədə qan tökməklə hakimiyyəti ələ keçirmiş IV Mustafanın özü qətlə yetirildi. Bayraqdar və onun tərəfdarları (1808-ci il iyulun 28- də) II Mahmudu taxta çıxardılar. Bayraqdarın da Səlimin islahatlarını həyata keçirmək səyləri müvəffəqiyyətsiz oldu. 1808-ci il noyabrın ortalarında yeniçərilərin təzədən qiyamı baş verdi və qiyam zamanı Bayraqdar da öldürüldü. III Səlimin başladığı islahatların müvəffəqiyyətsizliyinin əsas səbəbi bunda idi ki, o, Avropa dövlətləri nümunəsilə ordu yaratmağa çalışdığı halda eyni zamanda Osmanlı imperiyasının feodal əsaslarını saxlamaq istəyirdi. Əlbəttə, bu islahatların özündə çoxlu mütərəqqi əlamətlər var idi. Çünki bunlar labüd olaraq hərbi-len sisteminin ləğv edilməsi ilə nəticələnməli idi. Lakin III Səlim və onun tərəfdarları feodal-sultan idarə rejimini dağıtmaq deyil, onu möhkəmlətmək və Osmanlı imperiyasının əsarəti altında olan xalqlar üzərindəki zülmüsaxlamağa çalışırdılar. Beynəlxalq vəziyyət gərginləşməkdə idi. Balkan xalqlarının antiosmanlı mübarizəsi yenidən baş qaldırmış, Fransanın qoşunları Misir istiqamətində irəliləyirdi. İngilis donanması Əbukir yaxınlığında (İsgəndəriyyənin şərqində Fransa donanmasını məğlub etdi. Türkiyə həm Rusiya, həm də İngiltərə ilə yaxınlaşmağa başladı. Lakin Türkiyə ilə Rusiya arasındakı müttəfiqlik uzun sürmədi)



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə