Mövzu 12 Türkiyə XVIII əsrin I yarısından XXI əsrin əvvələrinədək XVII-XVIII əsrlərdə Türkiyədə tənəzzül və böhran, Avropa dövlətləri tərəfindən "Şərq probleminin" hazırlanması


-1829-cu illərdə Balkanlarda yeni milli-azadlıq hərəkatı



Yüklə 143,99 Kb.
səhifə7/33
tarix19.05.2023
ölçüsü143,99 Kb.
#111434
1   2   3   4   5   6   7   8   9   10   ...   33
Movzu-12-Turkiyə

1814-1829-cu illərdə Balkanlarda yeni milli-azadlıq hərəkatı
Rusiya ilə müharibəni qurtarmağa macal tapmış Türkiyənin hakim dairələri Balkanlarda milli-azadlıq hərəkatının yeni dalğası ilə üz-üzə gəlməli oldular. 1814-cü ildə serblər yenidən üsyan qaldırdı. II Mahmud Rusiyanın Napoleonla müharibəyə başı qarışmasından istifadə edərək Buxarest sülhünün şərtlərini pozub serbiyada əvvəlki hakimiyyətini bərpa etmək üçün 1813-cü ildə böyük bir ordu ilə Serbiyaya hücum etdi. Əhaliyə divan tutulmaqla yanaşı, şəhər və kəndlər dağılırdı. Buna cavab olaraq serblərin kütləvi üsyanı baş verdi və Rusiya serblərə diplomatik yardım göstərdi. Rusiyanın təzyiqi nəticəsində Sultan güzəştə gedib serblərə öz daxili işlərində muxtariyyət verməyə məcbur oldu.
1820-ci ildə Moldaviya və Valaxiyada kəndlilər sultanın əlaltıları olan qospodarlara və mülkədarlara qarşı üsyan qaldırdılar. 1821-ci ildə üsyana valax vətənpərvəri Todor Vladimiresku başçılıq etdiyi zaman hərəkat, xüsusilə geniş vüsət almış oldu. Üsyan eyni zamanda Avropa müstəmləkəçilərinə və Türkiyəyə qarşı da çevrilmişdi.


1821-1829-cu illərdə yunanların üsyanı
XIX əsrin 20-ci illərində milli-azadlıq hərəkatlarından ən böyüyü 1821-ci ildə baş verən yunan üsyanı idi. Bu üsyan yunan xalqına istiqlaliyyət verməklə bərabər beynəlxalq münasibətlərdə də dərin iz buraxdı. Bu zaman yunan xalqı iqtisadi və mədəni sahədə xeyli inkişaf etmişdi. Əlbəttə, yunan xalqının bəşər sivilizasiyasına töhfələr verməsi hər bir kəsə məlumdur. Onların müstəmləkə əsarətində qalmaları dünya dövlətləri tərəfindən birmənalı qarşılanmırdı.
Balkanlarda antiosmanlı hərəkətına keteriyalar (yunanca cəmiyyətlər) rəhbərlik edirdi. Yunan geteriyaları bu üsyanı çoxdan hazırlayırdı. İlk dəfə 1821-ci ilin martında Moreyada başlanan bu üsyan tez bir zamanda bütün Yunanıstanı, Egey və Adriatik dənizlərində yunan əhalisinin yaşadığı adaların çox hisəsini bürüdü. Eyni zamanda 1821-ci ildə baş verən üsyanda bolqar könüllüləri də iştirak edirdi. Üsyana yunan ticarət burjuaziyası başçılıq edirdi. Lakin əsas hərəkətverici qüvvə kəndlilər idi. Nəhayət, gərgin mübarizədən sonra 1822-ci ildə milli yunan hökuməti təşkil olundu.
Yunan üsyanı demokratiya tərəfdarları olan Avropa ölkələrinin əhalisi tərəfindən rəğbətlə qarşılandı. Böyük mütəfəkkir Bayron üsyanda iştirak etmiş, Puşkin üsyana bir sıra şeirlər həsr etmişdi. Avropanın əsas ölkələrinin hökumətləri isə əksinə hərəkət edirdi. Onlar "qanuni hökmdarın" hakimiyyətini qəsdlərdən qorumaq məqsədi ilə 1815-ci ildə Vyana konqresində "Müqəddəs ittifaq" yaratmış və hər hansı bir inqilabi hərəkata nifrətlə yanaşırdılar. "Müqəddəs ittifaqın" ehkamları Türkiyə sultanını da qoruyurdu. II Mahmud özü də üsyançı yunanlara qarşı mübarizəsində bu əhkamlardan ilham alırdı. Avstriya hökumətinin başçısı "Müqəddəs ittifaqın" yaradıcısı Metternix yunanlara yardım göstərilməsinə xüsusilə müqavimət göstərirdi. Metternix ona görə buna müqavimət göstərirdi ki, Avstriyanın məzlum slavyan əhalisinə də üsyanın təsir edəcəyindən, habelə Rusiyanın fəal iştirakı ilə yunanlara yardım göstərildiyi halda, Balkanlarda Rusiyanın mövqeyinin qüvvətlənəcəyindən qorxurdu.
Əlbəttə, Yunan üsyanını yatırmaq Sultan üçün olduqca çətin idi. Çünki, beynəlxalq əks-səda güclü idi. Bu zaman itaətdən çıxan iri feodallar Yunanıstana qoşun göndərməkdən imtina etdilər, yeniçərilər isə əsas etibarilə dinc əhalini qırmaq və qarət etməklə məşğul olub, vuruşma qabiliyyətinə əsla malik olmadıqlarını nümayiş etdirdilər. II Mahmud öz vassalı əslində isə Misirin müstəqil canişini Məhəmmədəliyə yardım haqqında müraciət etdi. Məhəmmədəli Misirdə Avropa qaydası ilə təşkil olunmuş nizami ordu yaratmışdı. Misirin göstərəcəyi yardım müqabilində sultan Suriyanı və Krit adasını Məhəmmədəlinin ixtiyarına verməyi vəd etdi (Məhəmmədəli əslində 1823-cü ildə Krit adasına yiyələnmişdi). Məhəmmədəlinin oğlu İbrahim paşanın komandanlığı altında 1824-cü ildə Moreyaya böyük bir ordu göndərildi. Bu ordu öz sayı, xüsusilə silahı və hərbi təlimi cəhətdən yunanların qüvvələrindən üstün idi. Misir ordusu 1825-ci ildə Moreyaya çıxarıldı və üsyançıların müqavimətini qırmaq üçün misilsiz vəhşiliklərə başladı. Yunanlar inadla vuruşurdular, lakin onların qüvvələri az idi. 1826-cı ildə Misir ordusu demək olar ki, bütün Moreyanı işğal etdi. Yunanlar hələ müqavimət göstərməkdə idilər. Lakin onların müqaviməti əvvəlki qüvvə və vüsətini itirmişdi. Sultan qısa vaxt ərzində qələbə əldə ediləcəyinə əmin idi. Lakin sultan irəlicədən əbəs yerə sevinirdi. Ona görə ki, Rusiya Türkiyənin Balkanlar siyasəti ilə barışmır və Avropa dövlətləri ilə Türkiyəyə qarşı gizli danışıqlar aparmışdı.
Nəhayət, Rusiya sultana güclü təzyiq göstərərək 1826-cı il martın 17-də ona ultimatum şəklində belə bir tələb verdi ki, Moldaviya və Valaxiyanın muxtariyyəti bərpa edilsin. Demək olar ki, elə bu zaman (1826-cı il aprelin 4-də) Rusiyanın təşəbbüsü ilə Rusiya və İngiltərə arasında Peterburqda saziş imzalandı. İngiltərə hələ 1823-cü ildə Yunanıstanı və Türkiyəni müharibə edən tərəflər kimi tanımışdı, yəni yunanların üsyanını qanuni elan etmişdi. Peterburq sazişinə əsasən hər iki dövlət sultandan tələb etdilər ki, yunanlara qarşı mühari-bəni dayandırsın və Yunanıstana muxtariyyət versin. Lakin nə İngiltərə, nə də Rusiya sultanı bu tələbləri qəbul etməyə məcbur etmək üçün qəti tədbir görmədilər. Bundan başqa Avstriya, yuxarıda göstərilən səbəblərə görə, Rusiya və İngiltərənin tələbləri ilə razı olmadığını bildirdi. Buradan belə məntiqi nəticəyə gəlmək olur ki, İngiltərə, Rusiya və Avstriya arasında həmrəylik baş tutmadı.



Yüklə 143,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə