Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə6/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   23
Mövzu -21 1

Frazeoloji birləşmələr. Nitqin emosionallığını, obrazlılıq və ifadəliliyini yaradan ən təsirli vasitələrdən biri frazeoloji birləşmələrdir. Məcazi məna kəsb edən bu birləşmələrin nitqdə yaratdığı canlılıq, obrazlılıq onların qarşılığı olan leksik sinonimlərdən qat-qat qüvvətlidir. Müqayisə edək: danışmaq-söz açmaq; doğulmaq-dünyaya gəlmək; ölmək-dünyasını dəyişmək; incimək-üz çevirmək; çaşmaq-özünü itirmək; gedib-gəlmək-ayaq döymək; yoxlamaq-ağzını aramaq; tutulmaq-ələ keçmək; yaşamaq-ömür sürmək; dirçəlmək-baş qaldırmaq s.
Dilimizdə frazeoloji birləşmələr forma və məzmunca olduqca zəngindir. Danışıq prosesində onlardan bütövlükdə nitqi qüvvətləndirmək, məna rəngarəngliyi və ifadəlilik yaratmaq məqsədilə tez-tez istifadə olunur. Məsələn, ağzına dil atmaq, canını boğazına yığmaq, kirpiyi ilə od götürmək, Çin səddi qoymaq, qayğı göstərmək, milləti satmaq, aranı qarışdırmaq, danışıqları pozmaq, quşu gözündən vurmaq, quşu quş ilə tutmaq, toydan sonra nağara, qabağına kötük itələmək s.
Dinləyici ilə təmasda olan natiq (müəllim) öz nitqinin, danışığının digər cəhətlərilə yanaşı, məcazi söz və ifadələrlə zəngin olması qayğısına da qalmalı, dilimizin ayrı-ayrı funksional üslublarına – bədii, ictimai-siyasi, publisistik, məişət, adi danışıq üslublarına aid frazeoloji birləşmələri məqsədəuyğun şəkildə işlətməyi bacarmalıdır.Bu birləşmələr nə qədər yerli-yerində işlədilsə, nitq bir o qədər zəngin, əlvan və rəngarəng olar. Ulu öndərimiz Heydər Əlıiyevin nitqi bu baxımdan nümunəvi idi. “Ümumiyyətlə, Heydər Əliyevin nitqlərində, çıxışla-rında, məruzələrində çox az cümlə tapmaq olar ki, orada frazeoloji vahidlər işlənməmiş olsun” (32, 103).

Söz ustaları nitqlərində dilin bu ifadəlilik vasitəsinin sinonim cərgəsindən də istifadə edirlər. Məsələn; Onlar bu yolda böyük əziyyətlər çəkmiş, gecəni-gündüzə qataraq işləmiş, alın təri axıtmış, əllərindən gələni əsirgəməmişlər: Bu tipli cümlələrdə və ya mətnlərdə sinonim cərgəni təşkil edən frazeoloji vahidlər bir-birini tamamlayır, nitqdə ifadəlilik, aydınlıq və bütövlük yaradır.



Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə