Mövzu №3 İntellektual inkişafında pozulmaları olan uşaqların pedaqoji-psixoloji xüsusiyyətləri.


Neyrodinamik pozulmaları olan oliqofreniya



Yüklə 22,63 Kb.
səhifə8/9
tarix31.12.2021
ölçüsü22,63 Kb.
#81326
1   2   3   4   5   6   7   8   9
mövzu 3 yeni

Neyrodinamik pozulmaları olan oliqofreniya əsas formadan kəskin fərqlənir. Belə şəxslər intizamsız, iş görmə qabiliyəti çox aşağı olan və ya əksinə tormozlanmış, süst olurlar. Bu sinir sistemində oyanma və ləngimə prosesləri arasında tarazlığın pozulması ilə əlaqədardır.

Təlim zamanı şagirdlərin tələb olunan misalın pis və ya fraqmentar yerinə yetirilməsi, yazıda hərf yerdəyişmələri, və s. müşahidə olunur.

Bu kateqoriyalı şəxslərlə korreksiya-tərbiyə işi zamanı tədris fəaliyyətin təşkilində istirak edən pedaqoji priyomlardan istifadə olunmalıdır. Bu şəxslərdə müəllim təlimə, verilən tapşırıqlara maraq oyatması çox vacibdir. Bunun üçün ibtidai siniflərdə didaktik materiallardan və oyun fəaliyyətindən geniş istifadə edirlər. Süstlük, lənglik, motorikanın, idrak fəaliyyətinin və ümumiyyətlə davranışın tormozlaşması oliqofren-uşaqların spesifik xüsusiyyətləridir. Belə uşaqlarla iş zamanı, onların fəallığını artıran metod və priyomlardan istifadə etmək daha məqsədyönlüdür.

Yardımçı məktəblərdə təlim-tərbiyə alan elə oliqofren uşaqlar vardır ki, onlarda idrak fəaliyyətinin inkişafsızlığının mürəkkəb formaları ilə yanaşı, nitq pozulmaları özünü birüzə verir. Bu formanın patogenezinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, baş beyin qabığının diffuz zədələnməsi sol yarımkürədə nitq mərkəzləri sahəsində daha ağır xəsarətlərlə birgə özünü göstərir. Başqa sözlə desək, baş beyin qabığının sol yarımkürəsində yerləşən nitq mərkəzlərinin xəsarət alması ilə bu forma digərlərindən fərqlənir.

Belə şəxslərdə dodaqların apraksiyası, nitqin sensor tərəfinin pozulması, fonetik – fonematik eşitmənin davamlı pozulması müşahidə edilir. Bu isə öz növbəsində, yazılı nitqə və savada yiyələnmənin mümkünsüzlüyünü yaradan səs-hərf təhliliyin pozulmasına gətirib çıxarır.


Yüklə 22,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə