Mövzu №3 İntellektual inkişafında pozulmaları olan uşaqların pedaqoji-psixoloji xüsusiyyətləri.



Yüklə 22,63 Kb.
səhifə9/9
tarix31.12.2021
ölçüsü22,63 Kb.
#81326
1   2   3   4   5   6   7   8   9
mövzu 3 yeni

M.S.Pevznerin təsnifatının sonuncu formasını, idrak fəaliyyətinin inkişafsızlığı fonunda, bütövlükdə şəxsiyyətin inkişafdan qalması müşahidə edilən uşaqlar təşkil edirlər. Bu formanın əsas patoloji xüsusiyyəti onunla bağlıdır ki, baş beyin qabığının diffuz zədələnməsi, alın payının inkişafsızlığı ilə əlaqələndirilir. Belə şəxslərin öyrənilməsi zamanı motorikanın özünəməxsus kobud pozulmaları qeydə alınır: onlar səliqəsiz, qeyri-cəld və qeyri-dəqiq olduğundan özlərinə xidmət edə bilmirlər. Belə şəxslərin bəzilərində yerişin kəskin pozulması o qədər qabarıq olur ki, yeriş apraksiyasının olmasından xəbər verir. Nitqin sensor və motor tərəflərinin tam sağlam olmasına baxmayaraq, bu şəxslərdə böyüklərin nitqini təqlid etmək vərdişləri müşahidə edilir. Oliqofren şəxslərdə nitqin tənzimləyici funksiyası pozulmuş olur ki, bu da bütövlükdə şəxsiyyətin emosional-iradi sferasının, motivlərin formalaşması və differensasiyasının pozulmasında böyük rol oynayır.

Bəzən oliqofreniya zamanı ümumi intellektual inkişafsızlıq qabarıq psixopatik davranış formaları ilə birgə özünü göstərir. Tərbiyə baxımından belə şəxslər daha ağır hesab edilirlər. Bu şəxslər öz həmyaşıdları və böyüklərlə kobud rəftar edirlər, intizamsız olurlar, bəzilərində isə patoloji meyllik olur. Onlar öz hərəkətlərini qəbul olunmuş etik normalara uyğunlaşdıra bilmirlər. Patogenetik olaraq oliqofreniyanın bu növü həm baş beyin qabığının diffuz zədələnməri, həm qabığaltı zədələnmələrlə xarakterizə olunur.


Suallar:

1.Əqli gerilik anlayışı dedikdə nə başa düşülür ?

2. "Oliqofreniya" terminin mənası nədir?

3. Əqli geriliyin yaranma səbəbləri hansılardır?

4. Əqli geriliyin səviyyələri hansılardır?

5. M.S.Pevznerv klassifikasiyasında oliqofreniyanın hansı formalarını fərqləndirib?

6. XBT-10 əsasən əqli geriliyin təsnifatı necədir?

Ədəbiyyat:

1.N.T.Hüseynova və L.H.Rüstəmova “Xüsusi pedaqogika”Bakı.,2007.



2. N.T.Hüseynova., M.Ş.Məlikov “Xüsusi pedaqogikanın müasir problemləri” Bakı -2018

3. S.Qasımov və E.Kərimova “Əqli və fiziki inkişafı ləngiyən uşaqların diaqnostikası və korreksiyası” ,Bakı.,2004.
Yüklə 22,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə