Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   2   3   4   5   6   7   8   9   ...   18

yığımların  həcminin  azalmasına,  pul  təklifinin  artmasına  gətirib  çıxaracaq.  Qiymətli  kağızlar 

təklifi  yüksəldikdə  də  eyni  proses  baş  verir:  istehlakçılar  öz  qiymətli  kağızlarını  ixtisar  etməyə 

çalışır, bu isə pul ehtiyatlarının artımı ilə nəticələnir. 

 

Qaydadan çıxan əsas nəticə budur: əgər bazarlardan biri tarazlıqdan çıxmışsa onda ən azı 



bir  dənə  başqa  tarazlıqda  olmayan  bazar  mövcud  olmalıdır  ki,  birinci  bazardakı  qeyri-tarazlıq 

kompensasiya edilə bilsin. Beləliklə, Valras qanununa görə, dünya ticarətindəki disbalans ən azı 

kapital hərəkəti ilə kompensasiya edilməlidir. 

Valras qaydasına uyğun olaraq əmtəə və xidmətlərlə ticarətin balansı əks işarə ilə kapital 

hərəkətinin  balansına  bərabər  olmalıdır.  Əgər  bu  tarazlıq  əldə  edilmirsə  qalıq  səhvlər  və  nəzərə 

alınmamalarla izah edilir. 

 

Beləliklə, yuxarıdakı formuldan aşağıdakı formulu almaq olar: 



 

İM-X-NR = NA 

 

 



Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır: 

1.

 



Valras  qaydası  qeyri-bazar  mühitində,  yəni  azad  bazarın  olmadığı  iqtisadiyyatda  işləmir. 

İnkişaf etmiş azad bazar olmadan tarazlığı təmin etmək mümkün deyildir. 

2.

 

Valras  qaydası  keçid  iqtisadiyyatı  şəraitində  işləmir,  çünki  bazar  tarazlığını  təmin  edə 



biləcək  inkişaf  etmiş  bazar  infrastrukturu  mövcud  deyildir.  Bu  cür  iqtisadiyyatlarda 

obyektiv  olaraq  dövlət  müdaxiləsinə  ehtiyac  duyulur.  Lakin,  bu  müdaxiləı  maksimum 

dərcədə  ehtiyatlı,  hesablanmış,  əsaslı  olmalıdır  ki,  praktikada  da  buna  nadir  hallarda  rast 

gəlinir. 

Kapitalın beynəlxalq hərəkəti bir sıra reallaşma formasına malikdir ki, onlar da praktikada 

bir sıra əlamətlərinə görə təsnifləşdirilir (Cədvəl 5.1). 



Öz mənbəyinə görə dünya bazarında hərəkətdə olan kapital əsasən rəsmi (dövlət) və özəl 

kapitala bölünür. 

 

Rəsmi (dövlət) kapital dedikdə, hökumətlərin, həmçinin hökumətlətarası təşkilatların qərarı 



ilə  dövlət  büdcəsinin  vəsaitlərinin  xaricə  hərəkəti,  ya  da  xaricdən  gətirilməsidir.  Kapital 

hərəkətinin  bu  kateqoriyasına  bir  ölkə  tərəfindən  digər  ölkəyə  hökumətlərarası  saziş 




əsasında  təqdim  edilən  bütün  dövlət  borcları,  hədiyyələri  (qrantlar),  yardımlarıdır. 

Beynəlxalq hökumətlərarası təşkilatların öz üzvləri adından idarə etdikləri kapital da  



Cədvəl 5.1 

Kapitalın beynəlxalq hərəkətinin formaları 

 

Təsnifat əlaməti 



Kapitalın beynəlxal hərəkətinin formaları 

Mülkiyyət formasına görə 

-

 

özəl; 



-

 

dövlət; 



-

 

beynəlxalq  (regional)  valyuta-kredit  və  maliyyə 



təşkilatlarının; 

-

 



qarışıq. 

Müddətinə görə 

-

 

həddən artıq qısamüddətli (3 aya qədər); 



-

 

qısamüddətli (1-1,5 ilə qədər); 



-

 

ortamüddətli (1 ildən 5-7 ilə qədər); 



-

 

uzunmüddətli (5 ildən 40-45 ilə qədər). 



Təqdim olunma formasına görə 

-

 



əmtəə; 

-

 



pul; 

-

 



qarışıq. 

İstifadə edilmə məqsədinə və 

xarakterinə görə 

-

 



sahibkar (birbaşa və portfel investisiyaları); 

-

 



borc. 

 

rəsmi kapital hesab edilir. Rəsmi kapitalın mənbəyi kimi dövlət büdcəsinin vəsaitləri, y6əni 



vergiödəyicilərinin  vəsaitləri  çıxış  edir.  Buna  görə  də,  bu  cür  kapitalın  xaricə  hərəkəti 

barədə qərar hökumət və qanunverici orqan tərəfindən birgə qəbul edilir. 

 

Özəl  (qeyri-dövlət)  kapitalı  dedikdə  özəl  (qeyri-dövlət)  firmaların,  bankların  və  digər 



qeyri-dövlət  təşkilatların  xaricə  hərəkət  edən  və  ya  xaricdən  gətirilən  vəsaitləridir. 

Kapitalın hərəkətinin bu kateqoriyasına özəl firmalar tərəfindən xaricə kapital investisiyası, 

ticarət kreditlərinin verilməsi, banklararası kreditləşmə aiddir. Bu kapitalın  mənbəyi kimi 

özəl firmaların dövlət büdcəsi ilə əlaqədar olmayan vəsaitləri çıxış edir. Firmaların onlara 

məxsus olan kapitalın beynəlxalq hərəkəti barədə qərar qəbul etməkdə nisbi azadlığa malik 

olmalarına  baxmayaraq,  hökumət  adətən  bu  hərəkəti  tənzimləmək  və  ona  nəzarət  etmək 

hüququnu özündə saxlayır. 

İstifadə edilmə xarakterinə görə kapital sahibkar kapitalına və borc kapitalına bölünür. 

 



Sahibkar  kapitalı  mənfəət  əldə  etmək  məqsədilə  birbaşa  və  ya  dolayı  yolla  istehsala 

yatırılan  vəsaitdir.  Sahibkar  kapitalı  kimi  bir  qayda  olaraq  özəl  kapital  istifadə  edilir. 




Amma  bəzən  dövlət  və  ya  dövlətə  məxsus  olan  müəssisə  də  xaricdə  vəsait  qoyuluşunu 

həyata keçirir. 

 

Borc kapitalı faiz əldə etmək məqsədilə borc verilən vəsaitdir. Beynəlxalq səviyyədə borc 



kapitalı  kimi  adətən  dövlət  mənbələrindən  formalaşan  rəsmi  kapitaldan  istifadə  edilir. 

Amma  özəl  mənbələr  vasitəsilə  həyata  keçirilən  beynəlxalq  kreditləşmə  də  kifayət  qədər 

əhəmiyyətli həcmə malikdir. 

Müddətinə görə kapital aşağıdakılara bölünür: 

 



Ortamüddətli  və  uzunmüddətli  kapital  kapitalın  bir  ildən  artıq  müddətə  qoyuluşudur. 

Birbaşa və portfel investisiyaları formasında bütün sahibkar kapitalı qoyuluşları, həmçinin 

dövlət kreditləri formasında borc kapitalı adətən uzunmüddətli olurlar. 

 



Qısamüddətli  kapital  bir  ildən  az  müddətə  kapital  qoyuluşudur.  Adətən  ticarət  kreditləri 

formasında borc kapitalı qısamüddətə verilir. 

Bu formalardan hər biri müəyyən əlamətə görə eyni bir kapital hərəkətini xarakterizə edə 

bilər.  Məsələn,  beynəlxalq  praktikada  dövlət  kapitalı  əsasən  borc  formasında,  özəl  və 

uzunmüddətli kapital isə sahibkar formasında ixrac edilir. 

 

XX  əsrin  sonuna  dünya  təsərrüfatında  miqrasiya  edən  kapitalın  60%-dən  çoxu  özəl 



subyektlərə  -  korporasiyalara,  transmilli  şirkətlərə,  banklara,  sığorta,  investisiya  şirkətlərinə, 

pensiya  fondlarına  məxsus  idi.  Son  onillikdə  kapitalın  beynəlxalq  hərəkətində  bankların  payının 

azalması  tendensiyası  və  eyni  zamanda  transmilli  şirkətlərin  kapitalının  payının  artımı  meyli 

müşahidə edilməkdədir.  

 

Sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya edən kapitalın 80%-i özəl kapitaldır və 



onun həcmi getdikcə artır. 

 

1990-cı  illərdə  dünya  təsərrüfatında  hərəkət  edən  kapitalda  dövlət  kapitalının  həcmi  20% 



həcmində qiymətləndirilir.   

 

 



 

 

 



 

 

 



 

Kapital ixracı və idxalı 

Sahibkar kapitalı 

Borc kapitalı 

Birbaşa 


investisiyalar 

Portfel 


investisiyaları 

Borclar və 

kreditlər 

Bank depozitləri 

və digər maliyyə 

institutlarının 

hesablarında 

olan vəsaitlər 




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə