Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   2   3   4   5   6   7   8   9   ...   18

 

 

 



 

Beynəlxalq  valyuta-kredit  və  maliyyə  təşkilatlarının  kapiatlın  beynəlxalq  miqrasıyasında  payı 

2000-ci ilin yekununa görə 12% təşkil etmişdir. Kapital hərəkətinin məhz bu forması daha yüksək 

artım tempinə malikdir. 

Kapitalın  beynəlxalq  hərəkətinin  əsas  formaları  sahibkar  və  borc  kapitalının  ixracı  və  idxalıdır 

(Sxem 5.1) ki, onların da ayrıca olaraq nəzərdən keçirilməsi zəruridir. 



 

 

Sxem 5.1. Kapital hərəkətinin sahibkar və borc formalarının məzmunu. 

 

 



Kapitalın sahibkar formasında hərəkəti üç əlamətin olmasını tələb edir: 

 



xaricdə istehsal prosesinin təşkili və bu prosesdə iştirak

 



xarici kapital qoyuluşunun uzunmüddətli xarakter kəsb etməsi; 

 



digər dövlətin ərazisində ümumilikdə müəssisəyə və ya onun bur hissəsinə sahib olma 

hüququ. 


Qeyd olunan xüsusiyyətlərin həyata keçirilmə dərəcəsindən və məqsədlərindən asılı olaraq 

sahibkar  kapitalının  hərəkətinin  iki  formasını  –  birbaşa  xarici  investisiyaları  (BXİ)  və  portfel 

investisiyalarını  (Pİ)  fərqləndirirlər.  Kapitalın  beynəlxalq  hərəkətinin  təhlili  üçün  onun  bu  cür 

funksional bölgüsü daha mühüm əhəmiyyət kəsb edir. 



Birbaşa  xarici  investisiyalar  uzunmüddətli  xarici  kapital  qoyuluşu  olmaqla  kapital 

ixracatçısı  tərəfindən  kapital  idxalatçısı  olan  ölkənin  ərazisində  istehsalın  təşkilinin  və  ya 

idarəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyalar praktik olaraq özəl sahibkar kapitalının 

ixracı ilə əlaqədarıdr. 

BVF,  İƏİT  və  BMT-nin  Milli  Hesablar  Sisteminə  uyğun  olaraq  birbaşa  xarici 

investisiyaların tərkibinə aşağıdakılar daxil edilir: 

 

şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları; 



 

birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin müəssisəyə 



reinvestisiya edilməsi; 

 



baş firma və onun xarici müəssisələri arasında şirkətdaxili kapital köçürmələri. 

Birbaşa  xarici  investisiyalar  kapital  resurslarına  və  qeyri-material  aktivlərinə  bölünür. 

Birinciyə  səhmlər,  reinvestisiya  edilmiş  gəlirlər  və  digər  firmalararası  uzunmüddətli  sazişlər 



formasında  mövcud  olan  kapital  aiddir.  Qeyri-material  aktivlərinə  isə  qeyri-istehsal  və  qeyri-

maliyyə  resursları,  mülkiyyət  hüquqları  (patentlər,  ticarət  markasından  istifadə  hüququ,  sənaye 

dizaynı cə s.), həmçinin bu aktivlərdən lisenziya sazişləri əsasında istifadə edilməsi dazildir. 

Portfel  investisiyaları  kapitalın  xarici  müəssisələrin  qiymətli  kağızlarına  qoyulması  yolu 

ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata 

keçirməyə imkan vermir. 

Sahibkar kapitalının formalarının xarakterik cəhətləri və fəqli xüsusiyyətləri Cədvəl 5.2-də 

göstərilib. 

Kapital  ixracının  sahibkar  formasını  onun  istehsal  prosesi  ilə  birbaşa  əlaqədə  olması  

səbəbindən  “ikinci  iqtisadiyyat”  adlandırırlar.  Digər  forma  –  borc  kapitalının  hərəkəti  bu  cür 

birbaşa əlaqəyə malik deyildir və yalnız dolayı olaraq təkrar istehsal prosesini əks etdirir. 



Kapitalın  borc  formasında  hərəkəti  dedikdə  birbaşa  xarici  investisiyalar  və  portfel 

investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür. 

Kapitalın  beynəlxalq  hərəkətinin  borc  forması  aşağıdakı  əməliyyatlar  vasitəsilə 

reallaşdırılır: 

 

dövlət və borc kreditlərinin verilməsi; 



 

digər  ölkələrin  istiqrazlarının,  qiymətli  kağızlarının,  veksellərinin,  xarici  şirkətlərin 



trattlarının alınması; 

 



borclar üzrə ödəmələrin həyata keçirilməsi

 



banklarararsı depozitlər; 

 



rəsmi yardımlar və s. 


Cədvəl 5.2 

Birbaşa və portfel investisiyalarının xarakterik cəhətləri 

 

Əlamətlər 



Birbaşa xarici investisiyalar 

Portfel investisiyaları 

İxracın əsas məqsədi 

Xarici firma üzərində nəzarət 

Yüksək mənfəətin əldə 

edilməsi 

Məqsədin əldə edilməsi 

yolu 

Xaricdə istehsalın təşkili və 



idarəedilməsi 

Xarici qiymətli kağızların 

alınması 

Məqsədin əldə edilməsi 

metodları 

a)

 



xarici firmaya tam sahib 

olma; 


b)

 

səhm-nəzarət paketinin 



(şirkətin səhmdar kapitalının 

25%-dən az olmayaraq) əldə 

edilməsi 

Xarici firmanın səhmdar 

kapitalının 25%-dən az 

hissəsinin əldə edilməsi 

(inkişaf etmiş ölkələrdə 

10%) 


Maliyyələşmə mənbələri 

Firmadaxili əlaqələr əsasında 

maliyyələşir 

Əsasən milli şirkətlər və 

banklar tərəfindən təqdim 

edilir 


Ölkə iqtisadiyyatına təsiri  Texnologiya mübadiləsini 

stimullaşdırır, investorun daxili 

bazara çıxışını genişləndirir, öz 

təsirini daha çox mikroiqtisadi 

səviyyədə göstərir 

Daxili bazarın inkişafını 

stimullaşdırır, güclü 

makroiqtisadi effekt yaradılr 

İnvestisiya qoyuluşu 

barədə qərarın verilməsi 

Mikroiqtisadi amillərin 

qiymətləndirilməsindən asılıdır 

Xarici amillərin (ixracatçı 

ölkədə maliyyə siyasəti, 

beynəlxalq kapital bazarında 

likvidliyin səviyyəsi) 

qiymətləndirilməsi ilə 

əlaqədardır 

Gəlir forması 

Sahibkarlıq mənfəəti, 

dividendlər 

Dividendlər, faizlər 

 

Konkret  bir  ölkə  tərəfindən  tanınan  kapitalın  beynəlxalq  hərəkəti  formaları  isə  adətən 



həmin ölkənin investisiya və bank qanunvericiliyi ilə müəyyən edilir. 

Kapitalın beynəlxalq hərəkətinin funksional bölgüsü Cədvəl 5.3-də verilmişdir. 

Göründüyü  kimi,  hər  bir  kapital  qrupu  şərti  olaraq  ixrac  (aktivlərin,  investisiyaların  xaricə 

hərəkəti) və idxal (ölkə daxilində passivlər, investisiyalar) altqrupuna bölünür. 




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə