Mövzu 4 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti



Yüklə 492,6 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix23.01.2018
ölçüsü492,6 Kb.
#22205
1   2   3   4   5   6   7   8   9   ...   18

Kapitalın beynəlxalq hərəkətinin masştabını bütün ölkələrin konsolidasiya olunmuş tədiyyə 

balansı göstəriciləri əsasında müşahidə etmək olar (Cədvəl 5.4).

1

 

Beynəlxalq  Valyuta  Fondunun  qiymətləndirmələrinə  görə,  dünya  üzrə  kapital  axınlarının 



təxminən  80%-i  inkişaf  etmiş  ölkələrin,  20%-i  isə  inkişaf  etməkdə  olan  ölkələrin  payına  düşür. 

Buna  baxmayaraq,  inkişaf  etməkdə  olan  ölkələrin  dünya  kapital  axınında  payı  ildən-ilə 

artmaqdadır.  

 

Cədvəl 5.3 

Kapitalın beynəlxalq hərəkətinin funksional bölgüsü 

 

1.

 



Birbaşa 

investisiyalar 

 

Xaricdə 


Qarşılıqlı  iqtisadi  marağın  yaranmasına 

gətirib  çıxaran  rezidentlər  və  qeyri-

rezidentlər arasında kapital hərəkətidir 

Ölkə daxilində 

2.

 

Portfel 



investisiyaları 

 

Aktivlər 



Qiymətli  kağızların  alqı-satqısı  ilə 

əlaqədar olan kapital hərəkətidir 

Passivlər 

3.

 



Digər investisiyalar 

 

Aktivlər 



Dövlətlərarası 

kreditlər 

və 

bank 


depozitləri  ilə  əlaqədar  olan  kapital 

hərəkətidir 

Passivlər 

4.

 



Ehtiyat aktivləri 

 

Monetar qızıl 



Dövlət  tərəfindən  tədiyə  balansının 

saldosunun  örtülməsi  üçün  istifadə  edilə 

bilən  aktivlərlə  əlaqədar  olan  kapital 

hərəkətidir 

Xüsusi iqtibas edilmə  

hüququ 


BVF-də 

ehtiyat 


mövqeyi 

Xarici valyuta 

 

 

Cədvəl 5.4 



Kapitalın beynəlxalq hərəkətinin masştabı, 

mlrd. dollarla 

 

 

 



1987 

1993 

1999 

2000 

2001 

2002 

Birbaşa 

investisiyalar 

İdxal 

126.9 


173.3 

833.2 


1114.2 

590.7 


383.5 

İxrac 

137.0 


188.0 

834.3 


938.7 

516.6 


391.6 

Portfel 

investisiyaları 

İdxal 

133.8 


699.1 

936.7 


1028.3 

877.6 


750.7 

İxrac 

120.7 


506.4 

691.3 


778.3 

657.0 


274.0 

                                                 

1

  Qeyd:  Kapitalın  beynəlxalq  hərəkətinin  formalarının  statistik  göstəricilərinin  hesablanması  zamanı  müxtəlif  beynəlxalq 



iqtisadi təşkilatlar fəqli metodologiyalardan istifadə etdiklərindən rəqəmlərin üst-üstə düşməməsi mümkündür. 


Digər investisiyalar 

İdxal 

47.5 


100.2 

154.3 


1020.6 

705.0 


437.3 

İxrac 

73.8 


69.1 

94.4 


822.1 

405.4 


489.5 

 

Mənbə: Balance of Payments Statistics Yearbook 2003, IMF, Washington DC, 2003 

 

 



Yuxarıda qeyd olunan formalardan başqa kapitalın dövlət və özəl kapitala bölgüsündə də 

dayanmaq  lazımdır.  Ilk  öncə  qeyd  edək  ki,  dövlətin  xaricə  rela  kapital  qoyuluşları  barədə 

informasiyanı milli hesablar statistikasından əldə etmək heç də asan deyil. Buna əlavə olaraq, çox 

zaman  dövlət  şirkətlərinin  həyata  keçirdikləri  investisiya  qoyuluşları  özəl  investisiyalar  kimi 

təsnif edilir. 

 

Dövlət  investisiyalarının  inkişaf  etməkdə  olan  ölkələrin,  xüsusilə  də  onlardan  daha  zəif 



inkişaf  etmişlərinin  iqtisadiyyatlarında  əhəmiyyətli  rol  oynadığı  şübhə  doğurmur.  Dövlət 

kapitalını  çox  zaman  rəsmi  kapital  qoyuluşları  da  adlnadırırlar.  Bu  zaman  təkcə  hökumətlər 

tərəfindən  təqdim  edilən  borclar  və  kreditlər,  maliyyə  yardımları  deyil,  həmçinin  beynəlxalq 

təşkilatlar üzrə analoji axınlar da nəzərə alınır. 

 

Ümumilikdə  isə  inkişaf  etməkdə  olan  ölkələrin  iqtisadiyyatına  məcmu  kapital  axınında 



əhəmiyyətli dəyişikliklər baş vermiş, özəl investisiyaların payı artmış, rəsmi investisiyaların payı 

isə azalmışdır. Rəsmi azınların xüsusi çəkisi 1975-1982-ci illərdəki 32%-dən 1990-2000-ci illərdə 

20%-ə  düşmüşdür.  Bununla  yanaşı,  inkişafa  rəsmi  yardımın  xüsusi  çəkisi  əvvəlki  səviyyədə  - 

11%-də  qalmış,  digər  rəsmi  kapitalların  xüsusi  çəkisi  isə  21%-dən  8%-ə  enmişdir.  Özəl 

investisiyaların xüsusi çəkisi baxılan dövrdə 68%-dən 80%-ə artmışdır. 

 

Özəl  və  dövlət  kapital  qoyuluşlarının  xüsusi  çəkilərinin  nisbətini  müxtəlif  gəlir  



səviyyəsinə  və  iqtisadi  artım  templərinə  malik  ölkələr  üzrə  müşahidə  etmək  olar.  Əgər  inkişaf 

etməkdə  olan  ölkələri  adambaşına  düşən  gəlir  səviyyəsinə  görə,  orta  səviyyədən  yuxarı  gəlirli 

ölkələrə  (3031-9360  dollar),  orta  səviyyədən  aşağı  gəlirli  ölkələrə  (761-3030  dollar)  və  aşağı 

gəlirli ölkələrə (760 dollardan aşağı) bölsək, maraqlı bir qanunauyğunluğu müşahidə etmək olar. 

Birinci  iki  qrup  ölkələrdə  özəl  investisiyaların  xüsusi  çəkisi  dövlət  kapital  qouluşlarının  xüsusi 

çəkisini demək olar ki iki dəfə üstələyir. Üçüncü qrupda isə hər iki göstərici təxminən bərabərdir. 

İnkişaf  etməkdə  olan  ölkələri  iqtisadi  artım  templərinə  görə  böldükdə  də  analoji  nəticə  alınır. 

Yüksək (ildə 5%-dən artıq) və orta (3-5%) artım templərinə malik olan ölkələrdə dövlət birbaşa 

xarici investisiyalarının ÜDM-də xüsusi çəkisi uyğun olaraq 9,5% (müqayisə üçün: özəl birbaşa 

xarici investisiyalar üzrə bu göstərici 15%-ə bərabərdir) və 8% (özəl – 11,9%) təşkil edir. Aşağı 




Yüklə 492,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə