Aktivlər = Öhtəliklər + Xüsusi Kapital
Pul vəsaiti Nizamnamə kapitalı
Debet kredit Debet Kredit
+ - - +
30 000 30 000
Beləliklə , ikitərəfli yazılışın düsturunda hesablar üzrə dəyişməni , yəni artıb- azalmanı aşağıdakı şəkildə də göstərmək olar:
Aktivlər = Öhtəliklər + Xüsusi kapital
+ - - + - +
Xüsusi kapitalın tərkibinə daxil olan hesablar üzrə artıb –azalanı isə aşağıdakı kimi göstərmək olar:
Xüsusi kapital
Nizamnamə + Gəlirlər - Xərclər - sakibkar
kapitalı çıxarışı
Qeyd edək ki, bu düsturlar müəssisədə baş verən istənilən əməliyyatlar üzrə özünü doğruldur.
5.2. Hesabların təsnifatı
Xarakterinə görə hesablar 3 cür təsnif olunur:
Aktiv və Passiv olmasına görə;
Əsas (daimi ) və köməkçi (müvəqqəti) olmasına görə;
Sintetik və analtik olmasına görə
Aktiv və Passiv olmasına görə hesablar 4 yerə bölünür:
Aktiv hesablar ;
Kontr-aktiv hesablar ;
Passiv hesablar;
Kont – passiv hesablar .
5.2.1.Aktiv hesabatlar
Aktiv hesablar balansın aktiv maddəsində yer alan hesablardır, ki bunların özüdə uzunmüddətli və qısamüddətli olmaqla 2 yerə bölünür. Aktiv hesabların ümumilikdə siyahısına aşağıdakılar aiddir :
- Pul vəsaitləri ( kassa və hesablaşma hesabı);
- Debitor borcu;
- Ofis ləvazimatı;
- Ehtiyyatlar ( Mal- materiallar);
- Alınası veksellər; ( bank depoziti və s maliyyə aktivləri);
- Torpaq ;
- Tikililər;
- Avadanlıqlar;
- Qeyri-maddi aktivlər;
- Əvvəlcədən ödənilmiş hesablar (sığorta, vergilər);
- Verilmiş avanslar ;
- İnvertisiya qoyuluşları və s.
Kontr-aktiv hesablar balansın aktivlər bölməsində olan , lakin, özünü konkret aktivə qarşı aparan hesablardır. Məsələn ,uzunmüddətli aktivə əks olan amortizasiya hesabı üzrə artma kerdit tərəfdə , azalma isə debet tərəfdə qeyd olunur.
Dostları ilə paylaş: |