11
3.
V.M.Sukaçov 1964-cü ildə biogeosenoz anlayışını
elmə daxil edərək,
biosenozun cansız varlıq (torpaq, iqlim) daxilində yayıldığını və onlarla
qarşılıqlı əlaqədə olduğunu qeyd edir. O, göstərir ki,
biogeosenoz
biosferin
bir hissəsi olub ekotopdan və biotopdan ibarətdir.
3. Bilavasitə və dolayı yolla təsir edən ekoloji amillər
Bütün ekoloji amillər bitkilərə bilavasitə təsir göstərmir. Bunların bəziləri bitki
orqanizminə dolayı yolla, yəni bitkinin yaşadığı mühiti dəyişdirmə vasitəsi ilə təsir
edir. Bu cəhətdən ekoloji amillər təsir etməsinə görə iki qrupa bölünür.
1.
Bilavasitə təsir edən ekoloji amillər. Buraya işıq, istilik, su, torpağın
kimyəvi
tərkibi, hava, heyvanları tərəfindən yeyiyetmə, yanğın hadisələri və s.
daxildir.
2.
Dolayı yolla təsir edən ekoloji amillər
. Bu amillərə relyef şəraiti, ana süxurlar,
torpağın
fiziki xassələri, sahənin qurudulması və ya bataqlaşdırılması və s.
daxildir.
Sadalanan amillər nəmliyin, işığın və istiliyin paylanmasına dəyişərək,
həmin
şəraitdə yaşayan bitkilərə dolayı yolla təsir edir.
Dostları ilə paylaş: