128
törəyən digər hüquq münasibətlərini tənzim edən bu Məcəllə fiziki şəxslərin əmək
hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum
normalarını müəyyən edir. Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən,
Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin:
- hüquq
bərabərliyinin təmin edilməsi;
- mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə
qorunması;
- maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə
əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
- əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat
yaradılması prinsiplərinə əsaslanır.
Əmək hüququnun mənbələri içərisində qanunlar, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, həmçinin,
digər
nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi yer tuturlar.
Əmək münasibətlərinin nizama salınmasında lokal normativ aktların - kollektiv
müqavilələrinin, müəssisədaxili intizam qaydalarının və s.-nin də mühüm əhəmiyyəti
vardır. Hal-hazırda bazar iqtisadiyyatına keçid şəraitində müəssisələrin təsərrüfat
müstəqilliyinin
genişlənməsi,
iqtisadiyyatın
idarə
edilməsinin
inzibati-amirlik
metodlarından imtina olunması ilə əlaqədar olaraq lokal normativ aktların rolu və
çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır.
2. Kollektiv müqavilə və saziş
Kollektiv müqavilə və saziş hal-hazırda əmək münasibətlərinin tənziminin
müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə görə kollektiv müqavilə işəgötürənlə əmək
kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan əmək,
sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə,
əməyin şərtlərini, habelə
müəssisənin işçiləri üçün əmək şəraitinin təmin edilməsi ilə sıx bağlı olan digər
məsələləri müəyyən edən hüquqi akt kimi çıxış edir.
Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ
başlıca yer tutur. Kollektiv müqavilənin istənilən tərəfi kollektiv danışıqların
təşəbbüsçüsü ola bilər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər
tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq
danışıqlara başlamağa borcludur. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı
yoxdursa, əmək kollektivi danışıqlar aparmaq üçün xüsusi səlahiyyətli komissiya
yaradır.
Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən kollektiv müqavilənin və sazişin və
ya onlarda dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar
aparmaq üçün
tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya
yaradırlar. Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti
tərəflərin birgə qərarı ilə müəyyən edilir.
Tərəflər kollektiv müqavilənin və sazişin məzmununa aid məsələlərin seçilməsi
və müzakirə edilməsində sərbəstdirlər.
Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan
məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqlar zamanı tərəflər
129
razılığa gelə bilmədikdə, fikir ayrılığı haqqında protokol tərtib edilir. Protokolda fikir
ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların
yenidən başlanması müddəti göstərilir.
Kollektiv müqavilənin tərəfləri - işəgötürən və həmkarlar ittifaqları təşkilatıdır.
Həmkarlar təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi çıxış edir.
Kollektiv müqavilənin layihəsi tərəflərin bərabər saylı nümayəndələrindən ibarət
olan müvafiq komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün həmkarlar
ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının (konfransının)
müzakirəsinə verilir. Ümumi yığıncaqda işçilərin 50 %-dən çoxu iştirak etdikdə
səlahiyyətlidir. Kollektiv müqavilənin layihəsi yığıncaqda müzakirə edilib bəyənildikdən
sonra kollektiv müqavilə bağlanır.
Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər.
Kollektiv müqaviləyə, bir qayda olaraq, aşağıdakı məsələlər üzrə tərəflərin
qarşılıqlı öhdəlikləri daxil edilir:
- əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin,
əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
- məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
- qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla, əmək haqqı
miqdarının tənzimlənmə
mexanizmi;
- iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
- işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial
təminatlar və güzəştlərin müəyyən edilməsi;
- qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
- əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən
edilməsi;
- əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın
ödənilməsi;
- işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının
gözlənilməsi;
- kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.
Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər,
daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də nəzərdə tutula bilər. Məsələn, əlavə
məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyət xərclərinin ödənilməsi və
digər güzəşt və əvəzlər.
Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanır. Kollektiv müqavilə
imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir.
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra
hakimiyyəti orqanı həyata keçirir.
Həmkarlar ittifaqları təşkilatı kollektiv müqaviləni pozmağa görə maddi
məsuliyyət daşımır. Kollektiv müqaviləni pozmağa görə müəssisənin (idarənin) vəzifəli
şəxsləri intizam məsuliyyətinə cəlb edilir. Qanunda nəzərdə tutulmuş hallarda təqsirli
vəzifəli şəxslər inzibati qaydada cərimə oluna bilər, müvafiq hallarda isə cinayət
məsuliyyətinə cəlb edilə bilərlər.
Sazişlər öz məzmununa, iştirakçıların dairəsinə, əmək haqqında olan normativ
aktlar sistemində yerinə, əmək münasibətlərinin nizamlama əhəmiyyətinə görə
müəssisələrdə bağlanan kollektiv müqavilələrdən əhəmiyyətli dərəcədə fərqlənir.
Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması,
məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks etdirir. Münasibətlərin
tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv sazişlər bağlanıla bilər.
Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş - respublikada