Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   56   57   58   59   60   61   62   63   ...   84

128 
 
törəyən  digər  hüquq  münasibətlərini  tənzim  edən  bu  Məcəllə  fiziki  şəxslərin  əmək 
hüquqlarının  və  bu  hüquqların  həyata  keçirilməsini  təmin  edən  qaydaların  minimum 
normalarını  müəyyən  edir.  Məcəllənin  2-ci  maddəsinin  3-cü  hissəsinə  əsasən, 
Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: 
-  hüquq bərabərliyinin təmin edilməsi
-  mənafelərinin  haqq-ədalətlə  və  qanunun  aliliyinin  təmin  olunması  ilə 
qorunması; 
-  maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə 
əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; 
-  əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat 
yaradılması prinsiplərinə əsaslanır. 
Əmək  hüququnun  mənbələri  içərisində  qanunlar,  Azərbaycan  Respublikası 
Prezidentinin  fərman  və  sərəncamları,  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamları, 
Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin,  həmçinin, 
digər nazirliklərin, baş idarələrin, komitələrin normativ aktları da xüsusi yer tuturlar. 
Əmək  münasibətlərinin  nizama  salınmasında  lokal  normativ  aktların  -  kollektiv 
müqavilələrinin,  müəssisədaxili intizam  qaydalarının  və  s.-nin  də  mühüm  əhəmiyyəti 
vardır.  Hal-hazırda  bazar  iqtisadiyyatına  keçid  şəraitində  müəssisələrin  təsərrüfat 
müstəqilliyinin 
genişlənməsi, 
iqtisadiyyatın 
idarə 
edilməsinin 
inzibati-amirlik 
metodlarından  imtina  olunması  ilə  əlaqədar  olaraq  lokal  normativ  aktların  rolu  və 
çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. 
 
2. Kollektiv müqavilə və saziş 
Kollektiv  müqavilə  və  saziş  hal-hazırda  əmək  münasibətlərinin  tənziminin 
müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir. 
Əmək  Məcəlləsinin  3-cü  maddəsinə  görə  kollektiv  müqavilə  işəgötürənlə  əmək 
kollektivi  və  ya  həmkarlar  ittifaqı  təşkilatı  arasında  yazılı  formada  bağlanan  əmək, 
sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. 
Bazar iqtisadiyyatına keçid dövründə kollektiv müqavilə, əməyin şərtlərini, habelə 
müəssisənin  işçiləri  üçün  əmək  şəraitinin  təmin  edilməsi  ilə  sıx  bağlı  olan  digər 
məsələləri müəyyən edən hüquqi akt kimi çıxış edir. 
Kollektiv  müqavilənin  bağlanmasında  kollektiv  danışıqlar  aparmaq  hüququ 
başlıca  yer  tutur.  Kollektiv  müqavilənin  istənilən  tərəfi  kollektiv  danışıqların 
təşəbbüsçüsü  ola  bilər.  Təşəbbüskar  tərəf  danışıqların  başlanması  haqqında  digər 
tərəfi  yazılı  surətdə  xəbərdar  edir.  Xəbərdar  olunan  tərəf  on  gündən  gec  olmayaraq 
danışıqlara  başlamağa  borcludur.  Əgər  müəssisədə  həmkarlar  ittifaqları  təşkilatı 
yoxdursa,  əmək  kollektivi  danışıqlar  aparmaq  üçün  xüsusi  səlahiyyətli  komissiya 
yaradır. 
Əmək Məcəlləsinin 26-cı maddəsinə əsasən kollektiv müqavilənin və sazişin və 
ya onlarda dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün 
tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya 
yaradırlar.  Komissiyanın  tərkibi,  danışıqların  gündəliyi,  keçirilmə  yeri  və  müddəti 
tərəflərin birgə qərarı ilə müəyyən edilir. 
Tərəflər  kollektiv  müqavilənin  və  sazişin  məzmununa  aid  məsələlərin  seçilməsi 
və müzakirə edilməsində sərbəstdirlər. 
Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan 
məlumatları  beş  gün  müddətində  təqdim  etməlidirlər.  Danışıqlar  zamanı  tərəflər 


129 
 
razılığa  gelə  bilmədikdə,  fikir  ayrılığı  haqqında  protokol  tərtib  edilir.  Protokolda  fikir 
ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların 
yenidən başlanması müddəti göstərilir. 
Kollektiv  müqavilənin  tərəfləri  -  işəgötürən  və  həmkarlar  ittifaqları  təşkilatıdır. 
Həmkarlar təşkilatı olmayan müəssisələrdə tərəf kimi əmək kollektivi çıxış edir. 
Kollektiv  müqavilənin  layihəsi  tərəflərin  bərabər  saylı  nümayəndələrindən  ibarət 
olan müvafiq komissiya tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün həmkarlar 
ittifaqları  təşkilatının  (əmək  kollektivinin)  ümumi  yığıncağının  (konfransının) 
müzakirəsinə  verilir.  Ümumi  yığıncaqda  işçilərin  50  %-dən  çoxu  iştirak  etdikdə 
səlahiyyətlidir. Kollektiv müqavilənin layihəsi yığıncaqda müzakirə edilib bəyənildikdən 
sonra kollektiv müqavilə bağlanır. 
Kollektiv müqavilənin quruluş və məzmununu tərəflər müəyyən edirlər. 
Kollektiv  müqaviləyə,  bir  qayda  olaraq,  aşağıdakı  məsələlər  üzrə  tərəflərin 
qarşılıqlı öhdəlikləri daxil edilir: 
-  əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, 
əlavələrin və digər ödəmələrin müəyyən edilməsi; 
-  məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri; 
-  qiymətlərin  artımı,  inflyasiyanın  səviyyəsi  nəzərə  alınmaqla,  əmək  haqqı 
miqdarının tənzimlənmə mexanizmi
-  iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər; 
-  işçilərə  və  onların  ailə  üzvlərinə  mədəni  və  məişət  xidmətlərinin,  sosial 
təminatlar və güzəştlərin müəyyən edilməsi; 
-  qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması; 
-  əməyin  mühafizəsinin  yaxşılaşdırılması  üçün  əlavə  təminatların  müəyyən 
edilməsi; 
-  əmək  vəzifələrini  yerinə  yetirməklə  əlaqədar  işçilərə  dəyən  ziyanın 
ödənilməsi; 
-  işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi
-  kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s. 
Kollektiv  müqavilədə  müəssisənin  iqtisadi  imkanları  nəzərə  alınmaqla  digər, 
daha  güzəştli  əmək  və  sosial-iqtisadi  şərtlər  də  nəzərdə  tutula  bilər.  Məsələn,  əlavə 
məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyət xərclərinin ödənilməsi və 
digər güzəşt və əvəzlər. 
Kollektiv  müqavilə  bir  ildən  üç  ilədək  müddətə  bağlanır.  Kollektiv  müqavilə 
imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minir. 
Kollektiv  müqavilənin  yerinə  yetirilməsinə  nəzarəti  tərəflər  və  müvafiq  icra 
hakimiyyəti orqanı həyata keçirir. 
Həmkarlar  ittifaqları  təşkilatı  kollektiv  müqaviləni  pozmağa  görə  maddi 
məsuliyyət daşımır. Kollektiv müqaviləni pozmağa görə müəssisənin (idarənin) vəzifəli 
şəxsləri intizam məsuliyyətinə cəlb edilir. Qanunda nəzərdə tutulmuş hallarda təqsirli 
vəzifəli  şəxslər  inzibati  qaydada  cərimə  oluna  bilər,  müvafiq  hallarda  isə  cinayət 
məsuliyyətinə cəlb edilə bilərlər. 
Sazişlər  öz  məzmununa,  iştirakçıların  dairəsinə,  əmək  haqqında  olan  normativ 
aktlar  sistemində  yerinə,  əmək  münasibətlərinin  nizamlama  əhəmiyyətinə  görə 
müəssisələrdə  bağlanan  kollektiv  müqavilələrdən  əhəmiyyətli  dərəcədə  fərqlənir. 
Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, 
məşğulluq,  sosial  müdafiə  üzrə  öhdəlikləri  özündə  əks  etdirir.  Münasibətlərin 
tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv sazişlər bağlanıla bilər. 
Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş - respublikada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə