Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Mövzu 11. Tələb və təklifın elastikliyi



Yüklə 0,96 Mb.
səhifə50/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   46   47   48   49   50   51   52   53   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Mövzu 11. Tələb və təklifın elastikliyi

Firmalar istehsal etdikləri məhsulların miqdarını və onların quruluşunu planlaşdırarkən hökmən həmin məhsullara olan tələbin hansı amillərdən asılı olduğunu nəzərə almalıdırlar. Əvəzedici məhsullar istehsal edən və onları nisbətən aşağı qiymətlərlə satan firmaların fəallığının artması, habelə məhsulların qiymətlə- rinin yüksəlməsi nəticəsində digər şərtlər sabit qalmaqla, əmtəə və xidmətlərə olan tələbin azalması, firmaların buraxdıqları məhsullara olan tələbin ümumiyyətlə azalmasına gətirib çıxara bilər.


Lakin təkcə tələbin istiqamətinin yox, həm də kəmiyyətinin öyrənilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bir kəmiyyətin başqa bir kəmiyyətin dəyişməsinə təsiretmə reaksiyasının ölçüsünə, yaxud da başqa bir kəmiyyətin dəyişməsinə təsir edən kəmiyyətin təsir reaksiyasına elastiklik deyilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, elastiklik dedikdə hər hansı bir iqtisadi kəmiyyətin 1% dəyişməsinin başqa bir iqtisadi kəmiyyətin neçə faiz dəyişməsinə səbəb olacağı nəzərdə tutulur. Buna tələbin qiymətə görə elastikliyi, yaxud da tələbin qiymət elastikliyi deyilir.
Qiyməti P, tələbin kəmiyyətini Q ilə işarə etsək, tələbin qiymətə görə elastikliyinin düsturunu aşağıdakı kimi yazmaq olar:

Ep = DQ : DP


Burada: DQ-tələbin kəmiyyətinin dəyişməsini, (%-lə); DP-qiymətlərin dəyişməsini, (%-lə); P-indekslər sistemində elastikliyin qiymətlərə görə nəzərdən keçirildiyini göstərir; Ep-tələbin qiymətə görə elastikliyidir.
Mikroiqtisadiyyatda çox istifadə olunan tələb və təklif modelidir. Tələb və təklif bir birinə nisbətən dəyişəndə əmələ gələn müvazinət qiyməti təyin edir. Burada tək azalan tələb qiymətin düşməsinə səbəb olur Şəkil 1.).


Şəkil 1. Tələb və təklif əyrisi


Qeyd etmək lazımdır ki, bütün əmtəələr üçün təbii qiymətə görə elastiklik əmsalı mənfi kəmiyyətdir. Bunu belə bir faktdan aydın görmək olar ki, adətən əmtəələrin qiymətləri aşağı düşdükdə onlara olan tələb artır və əksinə, qiymətlər bahalandıqda tələb azalır. Məsələn, əgər «OMO» yuyucu tozunun qiymətinin 5%
aşağı salınması, ona olan tələbin 10% artmasına səbəb olmuşdursa, elastiklik gös- təricisi (əmsalı) mənfi 2-yə bərabər olur. Yəni: Tələbin qiymətə görə elastikliyi göstəricisinin mütləq kəmiyyəti 1-dən böyük olduqda, bu, nisbi elastiklik tələbi və ya tələbin nisbi elastikliyi adlanır. Başqa sözlə, bu o deməkdir ki, qiymətlərin dəyişməsi tələbin kəmiyyətində böyük dəyşikliklərə gətirib çıxarır.
Elastiklik əmsalı 1-ə bərabər olduqda buna fərdi elastiklik deyilir və söhbət yeganə elastiklikdən gedir. Bu zaman da qiymətlərin dəyişməsi tələbin kəmiyyətinin dəyişməsinə gətirib çıxarır. Burada çox mühüm olan iki halı nəzərə almaq lazımdır. Birinci halda, alıcıların əmtəələri satın aldıqları yalnız bir qiymət mövcud ola bilər. Bu zaman qiymətin istənilən qədər qaldırılması və ya aşağı salınması alıcını həmin əmtəələri satın almaqdan imtina etməyə, yaxud da tələbin qeyri-məhdud artmasına gətirib çıxarır. Bu zaman tələb mütləq mənada elastikdir və həm də elastiklik göstəricisi sonsuzdur. Məsələn, şəhər bazarlarında ayrı-ayrı şəxslər tərəfindən satılan pomidor mütləq elastikliyə malikdir. Lakin pomidora olan bazar tələbi qeyri- elastikdir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə