Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə53/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   49   50   51   52   53   54   55   56   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Tələbin elastikliyi. Müxtəlif əmtəələr biri-birindən bu və ya digər amilin təsiri altında tələblərin dəyişməsi dərəcəsinə görə fərqlənirlər. Tələbin bu amillərə reaksiya dərəcəsi tələbin elastiklik əmsalının köməkliyilə kəmiyyət ölçməsinə imkan verir. Tələbin elastikliyi məfhumu tələbi müəyyənləşdirən əsas amillərə (həmin əmtəənin qiyməti, başqa əmtəələrin qiymətləri, istehlakçıların gəlirləri və s.) bazarın uyğunlaşma prosesini açıqlayır.
Əvvəlcə qiymətə görə elastiklik əmsalını - tələb həcminin qiymətin dəyişməsinə həssaslıq göstəricisini nəzərdən keçirək. O tələb həcminin faizlə dəyişməsinin qiymətin faizlə dəyişməsinə nisbəti kimi müəyyənləşdirilir:
D _ Q dəyişmə faizi -Ei p — P dəyişmə faizi


E D P A Q/Q AP/P -AQ P AP Q


burada Ep - qiymətə görə elastiklik əmsalıdır; y - tələb edilən əmtəənin kəmiyyətidir;


P - əmtəənin bazar qiymətidir.
Qiymətə görə tələbin elastikliyi qiymətin 1% dəyişməsinin təsiri altında tələb həcminin nisbətən dəyişməsini göstərir. Tələb həcminin bazar qiymətlərinin dəyişməsindən asılılığının üç variantını göstərmək olar:

    • qiymətin hər 1 % düşməsinə satılan əmtəənin həcminin 1 % -dən az artması zəif reaksiyanı bildirir və qeyri-elastiklik tələb məfhumu ilə səciyyələndirilir;

    • qiymətin hər 1% düşməsinə satılan əmtəənin həcminin 1% -dən çox artması güclü reaksiyanı bildirir və elastik tələb məfhumu ilə səciyyələndirilir;

    • qiymətin iki dəfə azaldılması nəticəsində satılan əmtəənin qədərinin ikiqat artması tələb elastikliyinin vahidliyini bildirir.

Elastiklik nöqtəvari və qövsvari olur. Nöqtəvari elastikliyi (point elasticity) tələb əyrisinə toxunan çəkməklə alına bilər. Məlumdur ki, tələb əyrisinin istənilən nöqtəsində mailliyi toxunma bucağının üfüqi oxla yaratdığı bucağın tangensi ilə müəyyənləşir Tələb elastikliyinin dəyişməsinin praktik əhəmiyyəti ondadır ki, müxtəlif elastiklik halları bilavasitə qiymətin satılmış əmtəənin kəmiyyətinə hasili kimi (PQ) müəyyənləşdirilən əldə olunan mədaxilə təsir edirlər. Qiymətə görə elastik tələbdə mədaxil artır, yəni elastiklik vahiddən böyükdür; vahid elastiklikdə qiymətin aşağı salınması satışın artması ilə dəqiq əvəzlənir, çünki mədaxil dəyişilməz və ya vahidə bərabər.
Təklifin elastikliyi bazar qiymətinin nisbi dəyişməsinə müvafiq olaraq təklifin nisbi dəyişməsinin göstəricisi kimi çıxış edir. Əgər təklif olunan əmtəənin kəmiyyəti istənilən qiymətə satılmaq üçün dəyişməz qalırsa, onda təklif qeyri-elastikidir. Qiymətin cüzi azalması təklifi sıfıra endirirsə, qiymətin azacıq artması isə təklif artımını şərtləndirirsə, onda tam elastiki təkliflə qarşılaşmış oluruq
Təklif əyrisi şaquli olanda təklifin elastikliyi sıfra bərabərdir. Burada qiymətin dəyişməsindən təklif dəyişmir. Məsələn, I.Şişkinin «Şam meşəsində səhər» şəklinin təktif əyrisi tamamilə qeyri-elastikdir, çünki kəmiyyət dəqiq müəyyən olunduğundan (cəmi bir şəkil var), qiymət nə qədər artsa da, kəmiyyətin artması qeyri-mümkündür.
Təklifin elastikliyi uzun müddətdə qısa müddətə nisbətən daha yüksəkdir. Bu istehsalçıların daha yüksək qiymətə uyğunlaşmasından irəli gəlir. Təklifin elastikliyi texniki tərəqqinin, istifadə olunan resursların kəmiyyət və keyfiyyət tərkiblərinin dəyişmələrinin təsiri altında dəyişir. Bu və ya digər əmtəənin istehsalında istifadə olunan resursların məhdudluğunun artması təklif elastikliyinin azalmasına gətirir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə