Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti



Yüklə 0,68 Mb.
səhifə102/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   98   99   100   101   102   103   104   105   106
iqtisadiyyat nmf

Birinci mərhələdə idarəetmə məqsədləri və strate­gi­ya­sına uyğun qiymətlən-dirmə meyarları və standartları müəyyən edilir.
İkinci mərhələdə idarəetmə obyektlərinin faktiki nə­ti­­cələri qəbul edilmiş standartlarla müqayisə olunur, yol verilən kənarlaşma intervalı aydınlaşdırılır və müəy­yən­lə­şdirilir.
Üçüncü mərhələdə kənarlaşmaların, fəsadların ara­dan qaldırılması baş verir.
Dörüncü mərhələdə həmin kənarlaşmaların gələ­cək­də bir daha baş verməməsi üçün tədbirlər görülür.
İdarəçilik nəzarəti firmaların bütün imkanlarının nə­zərə alınması və onların potensialından səmərəli istifadə edilməsində mühüm əhəmiyyət kəsb edir.
Kənarlaşmaların operativ qaydada ara­dan qaldırıl­ma­sın­da firmadaxili avtomat­laş­dı­rıl­mış in­for­­ma­siya sis­te­mi və elektron-hesablama tex­ni­ka­sın­dan geniş isti­fadə edilir. Fir­malarda operativ nəzarətlə ya­naşı mər­kəz­ləş­dirilmiş nə­za­­rət sistemi də formalaşır. Nə­zarə­tin həyata keçi­ril­mə­sin­də və infor­ma­siya­ların təhli­lin­də yuxa­rı­da gös­təri­lən iq­ti­sa­­di xidmət qrupları ilə yanaşı fir­ma­la­rın sahə menecerləri və ya struktur bölmələrinin rəhbərləri mühüm rola ma­lik­dir.
Firmaxarici sistemlərə dövlət və qeyri-dövlət nəzarət sistem­lərini aid etmək olar. Məsələn İqtisadi İnkişaf Na­zir­­liyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, proku­rorluq or­­qan­ları, sahibkarların, istehlakçıların hüquq­la­rı­nın mü­da­fiəsi ilə məşğul olan təşkilatları misal göstərmək olar.
Nəzarət baş vermə vaxtına görə ilkin, cari və yekun xarakterli nəzarət formalarından ibarətdir.
İlkin nəzarət fəaliyyətə başlamazdan əvvəl həyata keçi­rilir. İlkin nəzarət – inventarlaşma, mühasibat uçotu, maliyyə uçotu, statistik uçot formasında həyata keçirilir.
İlkin nəzarət müəssisədə nəzarət sisteminin təşkil olun­ması və həyata keçirilməsinin mexanizminin sxe­mi­nin, layihəsinin, mo­delinin tərtib olunması ilə əlaqədardır. Deməli, ilkin nə­zarət gələcəkdə nöqsanların və kənar­laş­ma­ların qarşı­sı­nın alınmasına xidmət edir. Bundan başqa ilkin nəzarət nə­zarətin subyektlərinin, obyektlərinin, pro­ses­lərinin qey­də alınmasını da özündə əks etdirir.
Cari nəzarət hadisə və fəaliyyətin baş verdiyi və yerinə yetirildiyi zaman həyata keçirilir. Yəni cari nəzarət işin həyata keçirildiyi müddətdə yerinə yetirilir. Bu nə­zarət forması kənarlaşmaların, nöqsanların və pozun­tuların vax­tın­da və yerində müəyyən olunub aradan qald­ırıl­ma­sına xid­mət edir. Məhz buna görə də, cari nəzarət pro­se­si rəh­bər­lər tə­rəfindən daim reydlərin, yoxlam­aların ke­çi­ril­məsi, mü­şa­hidələrin aparılması ilə xarakterizə olunur.
Yekun nəzarət sonradan nəzarət məfhumu kimi də işlədilir. Yekun nəzarət hadisə və proseslər baş verdikdən sonra, yəni fəaliyyət başa çatdıqdan sonra aparılır. Yekun və ya sonradan nəzarətin aparılması məqsədilə rəhbərlər ay, rüb və ya il başa çatdıq­da işçilərdən həmin dövrlər üzrə görülən işlər barəsində hesa­batlar alır və hesabat göstəricilərini faktiki göstə­ri­cilərlə müqayisə edir­lər. Mə­sə­lən işçi hər ayın axırı gördüyü işin hesa­bat­la­rını rəh­bər­liyə təqdim edir. İlin axırı rəhbərlik təqdim olun­muş hesa­batları aylar üzrə yoxlayır və yoxlama nə­ti­cəsində fak­tiki sənədlərlə təqdim olunmuş hesabat gö­s­tə­ri­cilərini mü­qa­yisə edir. Müqayisə zamanı kənar­laş­ma­ların olub-ol­ma­ması müəyyən edilir. Deməli, sonradan nə­za­­rət əvvəlki dövrlərdə buraxılmış nöq­san­la­rın aşkara çı­­­xa­rılıb, gələcək dövrlərdə bir daha baş ver­mə­mə­si üçün bö­­yük əhəmiyyət kəsb edir.
Nəzarətin aşağıdakı formaları vardır:

  1. Dövlət nəzarəti (Səlahiyyətli dövlət orqanlarının hə­yata keçirdiyi nəzarət). Dövlət nəzarəti icra orqanları, məhkəmə, prokurorluq, vergi, gömrük, əd­liy­yə orqanları və s. tərəfindən həyata keçirilir.

  2. İctimai nəzarət (Müxtəlif ictimai təşkilatlar, ic­ti­mai partiyalar tərəfindən həyata keçirilən nəzarət, xalq nə­za­­rəti).

  3. Daxili nəzarət (Hər bir müəssisə və təşkilatların tər­ki­bində daxili struktur vahidləri).

Nəzarət uçot, yoxlama (audit), təhlil və tənzimləmə kimi prosesləri özündə cəmləşdirir.
Nəzarətin həyata keçirilməsində uçot mühüm rol oynayır. O nəzarətetmə üçün kəmiyyət və keyfiyyət səp­ki­li informasiya verir. Uçot həmçinin maliyyə və maddi re­surslardan istifadənin təhlil edilməsi üçün də müstəsna əhəmiyyətə malikdir. İctimai istehsalda istifadə olunan uçot sisteminə dörd uçot forması–operativ, müha­sibat, ma­liy­­yə və statistika uçotu daxildir. Hər bir uçot for­ma­sı­nın öz növ­bə­sində xüsusi vəzifələri, metodları və təşkil olun­ma qaydası vardır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə