Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1


Şagird düşünmənin üç mərhələsindən istifadə edir (planlaşdırma, qarşılıqlı fəaliyyət və düşünmə)



Yüklə 302,66 Kb.
səhifə29/111
tarix12.05.2022
ölçüsü302,66 Kb.
#86837
1   ...   25   26   27   28   29   30   31   32   ...   111
Ana-dilinin-tədrisi-metodikası-ISM-2-kurs

7. Şagird düşünmənin üç mərhələsindən istifadə edir (planlaşdırma, qarşılıqlı fəaliyyət və düşünmə)

Uğurlu təlim düşünmənin üç mərhələsində baş verir: təlimdən əvvəl, təlim zamanı və təlimdən sonra:

Mərhələ 1 - “Planlaşdırma mərhələsi”ndə beyin öyrənməyə hazırlanır. Öyrənən tapşırığı təhlil etməyə və öz səmərəli təlimini planlaşdırmağa sövq edilir. Təlimdən əvvəl şagird nə qədər çox “yüklənirsə”, təlim o qədər keyfiyətli olur;

Mərhələ 2 - “Qarşılıqlı fəaliyyət mərhələsi”ndə beyin şüurlu şəkildə təlimə sövq edilir. Bu mərhələdə öyrənən düşünmə üzrə metokoqnitiv strategiyalardan daha məqsədli istifadə edir və öz təlimini idarə edir. Bu proses müəllimin müşahidələri ilə müşayət edilir;

Mərhələ 3 – “Düşünmə mərhələsi”ndə öyrənən təlimdən sonra ideyaları inteqrasiya edir, əlaqələndirir və tətbiq edir. Bu mərhələnin əsas məqsədi öyrənənin əvvəlki mərhələdə apardığı planlaşdırmaqarşılıqlı fəaliyyətinin nəticələrini müqayisə və təhlil etmək, bununla da mətnin ideyası üzrə düşüncələrini genişləndirməkdən ibarətdir.

Strategiya ilə oxuyan oxucu bilməlidir ki ,planlaşdırma oxu materialınındərk edilməsi prosesini oxu həyata keçirilməzdən əvvəl başlamalıdır.Təlim o zaman başlanır ki,öyrənən məqsədini müəyyən edir məsələ ilə bağlı ilkin biliklərini fəallaşdırır,məsələ haqqında öncədən fərziyyələr irəli sürür.Qarşılıqlı fəaliyyət –oxu zamanı onun məqsədi mövzu üzrə öncədən irəli sürdüyü fərziyyələri yoxlamaq və bununlada yüksək səviyyədə anlamaya nail olmaqdan ibarətdir.Oxu zamanı mətnin dərk edildiyi aşkar edildikdə,oxunu saxlamaq ,mətni yenidən,aramla,ucadan oxumaq,qeydlər götürmək əhəmiyyətlidir.”Nə oxudum”sualına cavab verməklə öyrənmənin tənzimlənməsi dəstəklənir,oxu zamanı öyrəndiklərini oxuya qədər bildikləri ilə ,eləcə də mövzu üzrə yürütdükləri fərziyyələrlə müqayisə etməklə əsas ideyanı aşkar etmək mümkündür.


Yüklə 302,66 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə