Mövzu. Qadin yaradiciliğinin anlayişI



Yüklə 234,69 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix17.02.2018
ölçüsü234,69 Kb.
#27110
1   2   3   4   5   6   7   8

Ədəbiyyatda qadın hərəkatının  əsas problemi – yaradıcılıq azadlığıdır. Rusiya, Ukrayna və 

Belarusiyanın yazıçı-qadınlarının məqalələri toplanmış kitabı  məhz belə adlandırılmışdı: «Qadınlar: 

azadlıq və azad yaradıcılıq». Bu yaranmış yaradıcı qrupun bir növ manifesti idi. Kitabın tərtibatçısı 

Rusiya Yazıçılar  İttifaqının katibi və  məşhur nasir S.Vasilenko idi. Bu kitaba qadın yazıçıları birinci 

beynəlxalq konfransının iştirakçıları müəllif qismində daxil oldular. Bu görüş çoxdan hazırlanırdı. Onun 

əvvəlini qoyan qadın yazıçıların ilk ədəbi qrupu olan «Yeni amazonkalar» oldu. Onların səyi ilə yuxarıda 

adları gedən məcmuələr hazırlanır, qadınların  ədəbi yaradıcılıqda kişilərlə  bərabər olmaq hüququ 

müdafiə olunur. Bu başlanğıc qərb qadın cəmiyyətlərindən olan həmkarlarının diqqətini cəlb etdi. Onları 

ap etməyə başladılar, lakin buna qədər, hətta yenidənqurmadan sonra da qadın nəsri diskriminasiyaya 

məruz qalırdı. 

Beləliklə, ikinci minilliyin sonuna doğru qadın nəsri gur səslə özünü təqdim etdi. Qadın yazıçıların 

özləri bu prosesə «Böyük lalın dil açması» adını qoymuşdular və «böyük lal» deyərkən minillərlə susan 

qadınlar nəzərdə tutulurdu. Qadın  ədəbiyyatının dünya ədəbiyyatında yer tutan ayrı-ayrı gözəl 

nümunələrinə baxmayaraq, ancaq XX əsrin sonunda rus qadın-yazıçıları unikal bir hadisə kimi qəbul 

edilmələrinə, qadın ədəbiyyatının zaman və məkan tələbiylə mövcud olan zərurət kimi qəbul edilməsinə, 

Qərbdə olduğu kimi öyrənilməsinə hüququ olduğunu qəbuluna iddiaçı idilər. Bununla da Rusiyadan 

feminist tənqidin  əsasını qoydular, halbuki bu iş Sovet dövründə yeddi qapı arxasında idi. Və bu 

tənqidin qarşısında bir sıra problemlər çıxdı ki, onlar həm elmi işlərdə, həm də qadın yazııların bədii 

təcrübəsində həll olunurdu.  

Feminist tənqidi maraqlandıran problemlərdən biri dil və qadın yazıçının qarşılıqlı münasibətləri 

problemidir. Bu da ondan ibarətdir ki, maskulin (kişi)  ədəbi dilinin nominal və qrammatik strukturları 

qadın müəllifləri öz əsərlərinə verdikləri fikri (məna) məzmuna uyğun gəlmir, şəxsi hiss və həyəcanların 

bir çox çalarları əsasən maskulin dünyasının reallıqlarını əks edir.  

Qadın nəsrinin müstəqil yaradıcılığı  və qender estetik həqiqiliyi üçün əsas  şərt onun öz daxili 

köklərinə qayıtmağı, «ana» dilini (maskulin «ata» dilindən fərqli olaraq) ekspressiv vasitələrdən 

təmizləməsidir. Bir çox qadın, yazıçı vasitələrdən təmizlənməlidir. Bir çox qadın yazıçı ata dilinin ideoloji 

və  mədəni möhüru vurulmuş söz konstruksiyalarından və  bədii üsullarından uzaq durmağa üstünlük 

verirlər. Onlar daha tez-tez üstüörtülü və axıra qədər deyilməmiş fikirlərin poetikasından istifadə edirlər. 

Ayrı-ayrı qadın yazıçılar «öz söz dünyalarını»22 qururlar. T.Tolstoyanın metaforik dili mətnin daha 

mürəkkəb səviyyəsinə qalxmaq deməkdir. N.Narbikovanın poetikası isə – fikri daha aydın ifadə etmək 

üçün yeni birləşmələrin axtarışı, dilin daxili enercisinin azad edilməsinə cəhddir. 

Müasir qadın nəsrinin mərkəzində qadın durur. S.Vasilenko qadın nəsrində obyekt seçimini belə 

izah edir: «müasir dünyanın bütün ağrı-acısını özündən keçirən traqik fiqur qadını hesab edirəm».23 Bu 

nəsrdə qadın obrazı özünüinkardan yaranır, lakin bu Turgenev qızı, Soneçka Marmeladova kimi ənənəvi 

təxəyyülün məhsulu olan quraşdırmalardakı qadın obrazının inkarına qətiyyət bənzəmir.  

Qadın nəsri  əsərlərinin çoxu birinci şəxsin avtobioqrafik cizgilər və ya şəxsi təcrübə  iştirak edir. 

Məsələn: L.Vaneyeva, L.Fomenko, M.Arbatova, N.Qorlanova və başqalar.  

Üçüncü  şəxsin adından yazılmış  əsərlər belə naməlum qorxu, şübhələrlə dolu eyni vəziyyəti  əks 

etdirir, qadının özü üçün nəhs olan obrazını yaradır ki, bu obrazda özünü realizə edə bilməmək hissi çox 

güclü duyulur. Lakin bu obrazlar «ata» ədəbiyyatının patriarxal qadın qəhrəmanlarının qalereyasının 

davamı deyil. Burada yaradıcılığın subyekti obyektlə birləşir və N.Narbikovanın dediyi kimi, «səndən» 

«mənə» qaçırsan, ikinci şəxsdən birinci şəxsə qeyri-adi səyahət edirsən».24 Bu birləşmə  bəzən qadın 

nəsrini lirik hekayətə çevirir.  

Özünüidentsifikasiya prosesi həm müəllif, həm də  qəhrəmanlar tərəfindən enyi dərəcəli həyəcanla 

keçirilir və bütün qadın ədəbi yaradıcılığında əsas məqsədlərdən biri olur. Feminist tənqidin fikrinə görə, 

bir çox müəlliflər belə hesab edirlər ki, cəmiyyət qəsdən onları daxili harmoniya və müstəqillik 

vəziyyətindən məhrum edərək, feminist terminologiyasına görə qadını «zombiləşdirir». Bu, cəmiyyət 

tərəfindən qadına  şəxsi günah hissini aşılamaq vasitəsiylə  həyata keçirilir. M.Arbatova buna «xristian 

günah kompleksi vasitəsilə fars səviyyəsinə çatdırmaq adını verir.25 

Belə əsərlərin günahlarını dərk edən qadın qəhrəmanları öz həyatlarını onu təmizləməyə həsr edirlər. 

Məsələn, L.Polişukun «Vida simfoniyası», E.Tarasovanın «Pisliyi unudanlar» hekayələrinin qəhrəmanları 

öz günahlarından  əzab çəkir və sanki bundan ləzzət alırlar. Amma onların bəziləri belə bir nəticəyə 




gəlirlər ki, onların günahı çox «şişirdilib» (L.Vaneeva). o azadlığın yolunu «günahın çeynənməsində 

görür.26 

Beləlilkə, qadın nasirlərin yaradıcılıq refleksi qadın və kişilərin xarakterinə  dərin iz qoyaraq, bədii 

ədəbiyyat və publisistikada adekvat əks olunmayan sosial və ümummədəni inflyasiyanın zonalarını 

görməyə imkan verir.  

Müəllif qadın nəsrinin böhranlı özüdərketməsi problematikanın xarakterini hadisənin yerini 

müəyyən edir. Tənqid dəfələrlə qeyd etmişdir ki, qadın müəlliflər bazarların, kommunal mənzillərin, 

xəstəxanaların təsvirinə olan meylləri ilə seçilirlər və bu yerlərlə  əlaqədar qaldırılan problemlər demək 

olar ki, hər qadın nasirin yaradıcılığında sabit olaraq var. Bu təsadüfi deyil. Bunların hamısı cisimlərin 

vıə mentallığın sərhədlərini pozan sosial anomallığın zonalarıdır. Qadın özünü real dünyanın sərt 

reallığında görür ki, burada «barak iyi verən» doğum evi, abortxana, uşaq evi, yetimxana olur, xəstəxana 

isə elə bir yeganə yer olur ki, orada qadın özü kimiləriylə görüşüb ağrılı-acılı dərdlərini müzakirə etsin.  

Hadisələrin baş verdiyi bu yerlər qadın qəhrəmanların tənhalığını, həyatını nizama sala bilməməsini 

daha qabarıq göstərərək, hekayələrin faciəli xarakterini müəyyən edir. M.Paley qadın nəsrinin belə 

yerlərə, xüsusən də xəstəxanalara meylini belə izah edir: «Bu müəssisənin ekzistensial təbiəti həyatın və 

ölümün  əsasını  dəhşətli bir sadəliklə açıb göstərir və ordu kazarmasına, həbsxana kamerasına, kosmik 

gəmi bölməsinə, konslaqer barakına oxşayır».

9

 



Qadın nasirlərin tez-tez müraciət etdikləri yerlərdən biri Evdir ki, buradan qadının  əbədi və 

sarsılmaz varlığının zaman və  məkan koordinatları keçir. L.Umiskayanın «Medeya və onun uşaqları» 

hekayəsində  məhz belə bir evin obrazı yaradılıb. Lakin M.Paleyin «Rəhmət duası» povestində  və 

L.Petruşevskayanın «Qızlar evi» hekayəsində «öz evini» qurmaq cəhdləri  əbəsdir, ona görə ki, ev 

anlayışının  əsas substansiyaları olan məhəbbət və hörmət burada yoxdur. Və yenidən biganəlik, 

nizamsızlıq metaforası kimi kommunal mənzillərin, barak və yataqxanaların təsviri gəlir.  

Ənənəvi olaraq, insanlara kömək və mudafiə etməyə hazır olan insan və qüvvələrə qarşı 

müqavimətin motivləri qadın nəsrinə xüsusi dramatizm verir. Bu, bir çox kitabların konfliktini müəyyən 

edir. Çox vaxt danışan qadının opponenti onun yaxın adamı olur. L.Vaneevanın «Saturn və Uran 

arasında» hekayəsinin qəhrəmanı İrina-yazıçıdır. Onun əri isə özünü Piqmalion rolunda hiss edir. Bu rol 

ənənəvi olaraq, kişi rolu kimi nəzərdə tutulur. Özünü buna uyğun aparan ər  İrina ilə bağlı  hər  şeyi – 

xarici görkəmindən tutmuş yaradıcılığına kimi, nəzarət etməyə çalışır. O inanmır ki, qadın dəyərli, 

diqqətəlayiq bir şey yarada bilər. O arvadının yaradıcı şəxsiyyət kimi inkişafında əsas  əngəldir. Arvadı 

ondan bir çox parametrlərə: dünyanı daha ustalıqla tanıması  və qavraması, yaradıcılıq mayasının 

olmasına görə üstün olmasına baxmayaraq, ər arvadına deyir: «Yoqa ilə məşğul olmağa icazə verərəm, 

amma  ədəbiyyatla heç vaxt!» Ayırılıq artıq qaçılmazdır. Amma faciə qadının yaxın adamından 

ayrılmasında deyil, Faciə kişinin baxışlarını  təmsil etdiyi dünya ilə qadına onun necə olması, nə ilə 

məşğul olması nə keyfiyyətlərə malik olması haqqında fikirlərini diktə edən dünyadan ayrılmasıdır. Və 

İrinanın həyatı ona güclə  sırınmış stereotip-obrazla mübarizəyə dönür. Bir çox qadın hekayələrində 

vurğu qadının  ədəbiyyata gedən yolunda durmuş  məişət problemlərinə qoyulur. Onlar onun bütün 

vaxtını və qüvvəsini alırlar, ancaq ictimai-xeyirli işlər şkalasında qeydə alınmırlar. S.Vasilyevanın «Pisliyi 

unudan qadın» hekayəsinin qəhrəmanı belə deyir: «… gecə yazmaq lazımdır, sonra paltar yumaq, 

bişirmək, növbələrdə durmaq, Permdə tikiləcək AES-qarşı imza toplamaq, qeyri-formalların görüşünə 

getmək, qızlarımla  şəkil çəkmək lazımdır». Eyni situasiya S.Vasilyevanın «Qarşı  tərəfdəkilər» 

hekayəsində  təsvir olunub. Ətraf aləmlə mübarizə qadını yorur və çox vaxt «susmağa» məcbur olur, 

özünü realizə etməkdən imtina edir.  

Beləliklə demək olar ki, müasir rus qadın nasirlərinin yaradıcılığı ideya-bədii vasitələrin zənginliyi ilə 

seçilir, qadın nasirlər onların köməyi ilə müasir dünyanın rəngli palitrasını  ən müxtəlif rakurslarda 

göstərirlər, qadın ədəbiyyatı dünya və klassik ədəbiyyatda dominantlıq edən maskulin ictimai və estetik 

ideologiyaya qarşı «özgə» kimi təşəkkül tapır. L.Vaneyeva, V.Nabikova, M.Paley, M.Arbatova və bir çox 

başqa yazıçılar qadın  ədəbi məkanında xüsusi mentallıq və estetika yaratmaq yolundadırlar. Onları 

dərindən düşünmək qabiliyyəti, öz «mən»lərinin səmimiliyi birləşdirir. Bu da feminist şüura uyğun 

gələn söz ifadələrinin verə bilən əlavə dil ehtiyatlarını axtarıb tapmaqla müşayiət olunur. Yazıçı qadınlar 

öz yaradıcılıqları ilə sübut edirlər ki, maskulin mədəni, estetik təcrübəyə alternativ olan mədəni, estetik 

təcrübənin femin ifadəsi insan varlığının bütün sferalarını əhatə edən mədəniyyəti daha dəyərli edir.  

                                                 

9

Палей М. Новые амазонки 




Yüklə 234,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə