Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


  XIX-XXI əsrlərdə sosial iş sahəsində Şərq və Qərb əlaqəliliyi



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə17/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   13   14   15   16   17   18   19   20   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

2.2. 
XIX-XXI əsrlərdə sosial iş sahəsində Şərq və Qərb əlaqəliliyi
XIX əsrin II yarısı – XX əsrin əvvəllərindəki tarixi-sosioloji
statistik, sosial-iqtisadi tədqiqatlar bir daha sübut edir ki, ictimai şüurda 
məöişət problemləri prioritet yer tutmaqla, qlobal məsələlər sırasına 
daxil olaraq, iqtisadi, siyasi və sosiomədəni proseslərin inkişafına nəzərə 
çarpacaq təsir göstərir. 
İlk növbədə ictimai həyatın urbanizasiya hadisəsini qeyd etmək 
lazımdır. Çünki məhz bu proses, o dövrdə intensiv sənaye inkişafının 
əsasını qoymaqla, kənd əhalisinin kütləvi surətdə şəhərə axınına təkan 
vermiş oldu. Bütün bunların məntiqi nəticəsi olaraq, cəmiyyətdə 
marginal təbəqələrin nisbəti, xüsusilə də şəhər şəraitinə zəif uyğunlaşmış 
birinci və ikinci nəsil şəhərlilərin sayı artmağa başladı. 
İctimai hadisə kimi, üasir sosial iş sisteminin formalaşmasına təsir 
göstərən önəmli amillərdən biri kimi XIX əsrdə zəhmətkeşlərin öz 
hüquqları uğrunda apardıqları mübarizədir. İri şəhərlərdə və sənaye 
müəssisələrində işçilərin sayının və sıxlığının artması, fəhlə hərəkatının 
və həmkarların təsisatlanma prosesini gücləndirməklə, həm burjua 
hökumətləri, həm də iri sahibkarlar qarşısında sosial işin müxtəlif 
formalarının tətbiqinin dəstəklənməsi zərurətini tələb kimi qoydu. Bu 
tələblərə diqqətin yetirilməməsi onunla nəticələnə bilərdi ki, onsuz da 
vüsət almaqda olan tətil və hərbi toqquşmalar dalğası alovlana bilərdi. 
XX əsrdə proletar inqilabının alovları bəzi ölkələrdə, o cümlədən 
Rusiyada alovlandı. Bu inqilabın dağıdıcı xarakteri, 
mütərəqqi 
ictimaiyyəti
daha ədalətli ictimai quruluşa keçidin təkamül yolarını 
axtarmağa, mövcud və yaranmaqda olan sosial problemlərin həlli 
istiqamətində daha çevik mexanizmlərinin işlənib hazırlanmasına 
məcbur etdi. 
Qərb ölkələrinin inkişafını müşayiət edən iqtisadi tərəqqi onlar 
üçün sosial problemlərin kəskinləşməsinə dönürdü. Onun pik nöqtəsi 
sənaye çevrilişindən sonrakı dövrə təsadüf etmişdir. Bu dövrdən 


34 
xeyriyyə fəaliyyəti və ehtiyacı olanlara dövlət yardımı eyni zamanda 
mövcud olmağa başladı. Bu iki mənbəyin birləşməsi sosial işin peşə 
kimi yaranmasına gətirib çıxarmışdı. İkinci Dünya müharibəsindən 
əvvəl tamamlanmış bu peşənin təşəkkülü demək olar ki, Şərq ölkələrinə 
toxunmamışdır. Bu ölkələrin iqtisadiyyatında dövlət mülkiyyəti 
üstünhlük təşkil edirdi, sosial sahə isə ciddi sarsılmalardan (daimi siyasi 
qeyri-sabitlik şəraitində icma münasibətlərinin sarsılmazlığı sayəsində) 
çəkinirdi. Qədim yunanların artıq imtina etdikləri ənənələrə qeyd-şərtsiz 
riayət, bu ölkələrdə onların qərbin təsiri obyektlərinə çevrilməsinə qədər 
dəyişməz qalmışdı. Bu təsirin nəticələrindən biri sosial problemlərin 
kəskinləşməsi olmuşdur. Bu, yalnız xüsusi mülkiyyətin inkişaf etməsi ilə 
deyil, həm də insanlarr üçün onların həyat tərzinin sabitliyinin təminatı 
qismində çıxış edən ənənəvi icma əlaqələrinin zəifləməsi ilə bağlı idi. 
Təəccüblü deyil ki, XX əsrin 30-cu illərində sosial iş Şərq ölkələrində 
(əvvəlcə müasir İsrailin ərazisində, sonra isə Hindistanda və Misdirdə) 
yaranmışdır. 
Qərbi Avropa ölkələrində ilkin müharibədən sonrakı onillik həm 
iqtisadi, həm də bir çox digər sahələrdə Amerika təsiri altına düşmüşdür. 
Bu təsir xüsusilə İkinci Dünya Müharibəsinin nəticələrinin aradan 
qaldırılmasında mühü rol oynamış sosial işi əhatə edirdi. Müxtəlif 
ölkələrin sosial işçiləri arasında müharibə nəticəsində qırılmış əlaqələr 
bərpa olunurdu. Bunun nəticəsində sosial işçilərin beynəlxalq 
federasiyasının yaranması dururdu. Bununla da ehtiyacı olanlara 
yardıma yönəldilmiş peşə fəaliyyətinin inkişafının ikinci mərhələsi başa 
çatdı. 
Sosial işin inkişafında son dörd onillik xüsusi yer tutur. Şübhəsiz 
ki, buna 1956-cı ildə yaradılmış Sosial İşçilərin Beynəlxalq 
Federasiyasının fəaliyyəti səbəb olmuşdur. Digər tərəfdən, həmin ildə 
sosializm binasının özülü dağılmağa başlamışdı (Sov. İKP-nin XX 
qurultayı və Macarıstanda üsyan). Onun böyüməsi XX əsrin 80-ci 
illərinin sonları, 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılmasına gətirib 
çıxarmışdır. 
Sosial işin inkişafında dövlət, həmçinin ehtiyacı olanlara yardım 
etməklə məşğul olan ictimai və özəl təşkilatlar üstünlük təşkil edə bilər. 
Birinci halda sosial işin paternalist modeli, ikinci halda isə liberal 


35 
modeli haqqında danışmaq olar. Belə ki, Böyük Britaniyada, sosial iş, 
əsasən, dövlət agentlikləri, Amerika Birləşmiş Ştatlarında isə qeyri-
dövlət təşkilatları tərəfindən həyata keçirilir. Rusiyanın formalaşmış 
ənənələri əsasında orada sosial işin inkişafını müəyyən edən başlıca amil 
dövlətdir. Rusiya məhz dövlət sosial təminat sistemi əsasında sosial işçi 
peşəsinin daxiledilmə təşəbbüsünü irəli sürmüşdür. Dövlət agentlikləri 
ilə yanaşı, ictimai və özəl agentliklər də yaranmış, lakin onların ehtiiyacı 
olanlara peşəkar yardımın inkişafında əməkləri az olmuşdur. 
Əhalinin sosial rifahının yüksəldilməsi və yoxsulluğun azaldılması 
səyləri həmişəki kimi ümumbəşəri bir vəzifədir. Əgər əvvəllər yoxsulluq 
əsasən ailə gəlirlərinin səviyyəsi və onun ərzaqla təminatı vəziyyəti ilə 
ölçülürdüsə, bu məfhum getdikcə daha geniş məna daşımağa başladı. 
Müasir dövrdə yoxsulluğun azaldılması, həm də hər kəsin təhsil almaq, 
səhiyyə xidmətlərindən istifadə etmək, kişilərlə qadınların hüquq 
bərabərliyinə nail olmaq, infrastruktur və kommunal xidmətlərə olan 
ehtiyacı tam ödəmək, torpaqda, su ehtiyatlarından istifadə, ətraf mühitin 
yaxşılaşdırılması, bir sözlə, insan üçün layiqli həyat səviyyəsini təmin 
etmək deməkdir.
Azərbaycan dövlətinin bu sosial öhdəlikləri qarşıya qoyub onlara 
doğru irəliləmək səyləri heç də asan başa gəlməmişdir. 1988-ci ildən 
etibarən Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizdə əhalinin 
tkcə sosial rifah halı yox, bütövlükdə təhlükəsizliyi real qorxu altında 
qalmışdır. Müharibənin coğrafiyasının genişlənməsi nəticəsində zərər 
dəymiş, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 
iqtisaiyyatımızın güclü tənəzzülü başlamışdı. SSRİ dağıldıqdan sonra 
MDB məkanında böhran halları gündən-günə dərinləşdiyindən, 
dövlətçiliyimizin 
varlığı 
belə 
təhlükələrlə 
üz-üzə 
qalmış, 
həmvətənlərimizin haqq və hüquqlarının kütləvi şəkildə pozulması, 
həyat səviyyəsinin görünməmiş dərəcədə pisləşməsi meylləri adi hal 
almışdı. 
Belə bir mürəkkəb şəraitdə, güclü xarici və daxili maneələrə
təxribatlara baxmayaraq, Ümummilli Lidder Heydər Əliyevin xalqın 
təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması həyati əhəmiyyəti kəsb 
edir. Onun məqsədyönlü səyləri ilə qısa vaxt ərzində ölkəmizdə sabitlik 


36 
və birlik bərqərar oldu, vətəndaşların təhlükəsiz həyat şəraitini təmin 
etmək sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi. 
XX əsrin 90-cı illərdə yaşanan məlum mürəkkəb və gərgin 
problemlərə baxmayaraq, son Minilliyin Bəyannaməsinə ilk imza atan 
ölkə rəhbərlərindən biri də Ümummilli liderimiz, Azərbaycan 
Respublikiasının Prezidenti Heydər Əliyev oldu. 
Strateji baxımdan Minilliyin İnkişaf Məqsədlərinə qoşulan bir ölkə 
kimi, bu sənədlə bağlı son illər həyata keçirilmiş tədbirlərin bazasında 
yeni fəaliyyət sahələri ön plana çıxarılır. İlkin mərhələ olaraq, müəyyən 
edilən öhdəliklərin ölkə şəraitinə uyğun həyata keçirilməsini təmin 
etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər 
Əliyevin 20n fevral 2003-cü il tarixli 854 nömrəli Fərmanı ilə ―2003-
2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması 
və iqtisadi inkişaf üzrə Dövlət Proqramı‖ təsdiq edildi. 
2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyevin təşkilatçılıq və idarəetmə bacarığı sayəsində 
bu mühüm vəzifə uğurla həyata keçirilir. Ölkəmizdə ümumi 
makroiqtisadi sabitlik nəinki qorunub saxlanıldı, əksinə, dinamik iqtisadi 
artımın davamlılığı daha etibarlı şəkildə təmin edildi, inflyasiya 
səviyyəsi tənzimləndi. Bütün bunlar ölkənin maliyyə imkanlarını 
hərəkətə gətirdi, mövcud olan sosia gərginliyin, o cümlədən, sosial 
sahənin irəliləyişinin və yoxsulluq probleminin həlli istiqamətində təsirli 
tədbirlərin həyata keçirilməsinə imkan yaratdı. 
Respublika Prezidenti İlham Əliyev 15 sentyabr 2008-ci ildə geniş 
əhəmiyyət daşıyan bir sənədi – ―2008-2015-ci illərdə Azərbaycan 
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət 
Proqramı‖nı təsdiq etdi. Sərəncamda deyilir: ―Ölkəmizdə sosial 
problemləri, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində 
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli 
Fərmanı ilə təsdiq edilmiş ―2003-2005-ci illər üçün Azərbaycan 
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət 
Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq 
səviyyəsi 2002-ci illə müqayisədə 46,7 faizdən 29,3 faizə endirilmişdir. 
Sonrakı illər bu istiqamətdə nailiyyətlər daha da artırılmış və 2007-ci ilin 


37 
axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etmişdir‖. 2014-cü il üçün bu 
göstərici 5 faizdir. 
Yeni Dövlət Proqramının respublikamız üçün önə çıxardığı strateji 
məqsədlər ciddi olduğu qədər də həyati əhəmiyyət daşıyır: 
-makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı 
inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi; 
-əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul 
əhalinin sayının əhəmiyyətli dərəcədə azaldılmasına nail olunması; 
-səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, 
aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların riskinin 
azaldılması; 
-qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması 
tədbirlərinin sistemli şəkildə davam etdirilməsi; 
-təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin 
yüksəldilməsi və onları əldə etmək üçün bərabər imkanların yaradılması; 
-sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər 
sisteminin təkmilləşdirilməsi; 
-ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə 
olunmasının təmin edilməsi; 
-gender bərabərliyinin dəstəklənməsi; 
-institusional 
islahatların 
davam 
etdirilməsi 
və 
dövlət 
idarəetməsinin təkmilləşdirilməsi. 
Sosial 
siyasət-yoxsulluğun 
azaldılmasına, 
rifah 
halının 
yüksəldilməsinə xidmət edən geniş bir anlayışdır. Sosial müdafiənin 
konkret mənada məqsədi ondan ibarətdir ki, o, yoxsulluğu aradan 
qaldırsın, insan tələbatının və həyat səviyyəsinin normal durumunun 
ödənilməsinə yönəlsin. Hər kəs yaşayış üçün kifayət edəcək minimum 
vəsait əldə edə bilsin, fərdin məşğulluğuna və istirahətinə, sağlamlığının 
qorunmasına, mənzil təminatına, xəstəlik baş verdikdə, qocaldıqda, ailə 
başçısını itirdikdə öhdəsində olan uşaqları tərbiyə etmək üçün zəmanət 
verəcək ilkin hüquqların təmin olunması reallaşa bilsin. 


38 
Daha geniş mənada isə sosial müdafiə anlayışı aztəminatlı əhali 
qruplarının məcmu gəlirlərinin yaşayış minimumundan aşağı olmasına 
imkan verməyi, dövlətin öz vətəndaşlarının yalnız cari gəlirlərinə deyil, 
həm də onların pul əmanətlərinin, əmlak yığımlarının da qorunmasına 
zəmanət verməyi özündə ehtiva edir. 
Mühüm olan Beynəlxalq sənədi – İqtisadi, Sosial, Mədəni 
Hüquqlar Haqqında Paketi yada salaq. Sənədin 11-ci maddəsi bütün 
ölkələrdə insanlar arasında həyat səviyyəsini müəyyən edə biləcək 
hüququnu təmin etməyə çalışır. Bu sənədin əhəmiyyəti ondadır ki, o, 
Sosial Təminat Haqqında Konvensiyada və İnsan Hüquqlarının Ümumi 
Bəyannaməsində göstərilən sosial təminat hüquqlarına (tibbi xidmət, 
xəstəliyə görə müavinət, işsizliyə görə müavinət, yaş üzrə müavinət, 
əmək və istehsalat zədələrinə görə müavinət, ailə və analıq müavinətləri, 
əlilliyə görə müavinətlər, ailə başçısının itirilməsi ilə əlaqədar 
müavinətlər) əlavə olaraq aşağıdakı vacib hüquqları təsbit edir. Bununla 
da sosial təminat anlayışının dairəsini xeyli genişləndirir: 
• Kifayət qədər qidalanma hüququ; 
• Sağlamlıq hüququ; 
• Kifayət qədər paltara (geyimə) malik olmaq hüququ; 
• Mənzildə yaşamaq hüququ; 
• İş tapmaq və işləmək hüququ; 
• Təhsil almaq, intellektual hüququ və s. 
Hazırda ölkəmizdə sosial müavinətlərin ayrılmasını, sosial 
xidmətlərin göstərilməsini tənzimləyən vacib qanunvericilik aktları 
mövcuddur: 
• ―Vətəndaşların pensiya təminatı haqqında‖ Azərbaycan 
Respublikasının Qanunu; 
• ―Əlilliyin qarşısının alınması, əlilliyin reabilitasiyası və sosial 
müdafiəsi haqqında‖ Azərbaycan Respublikasının Qanunu; 
• ―Ahıllara sosial xidmət haqqında‖ Azərbaycan Respublikasının 
Qanunu; 
• ―Məşğulluq haqqında‖ Azərbaycan Respublikasının Qanunu; 


39 
• ―Veteranlar haqqında‖ Azərbaycan Respublikasının Qanunu; 
• ―Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən 
güzəştlərin tətbiqi qaydaları haqqında‖ Azərbaycan Respublikasının 
Qanunu; 
• ―Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 
uşaqların sosial müdafiəsi haqqında‖ Azərbaycan Respublikasnın 
Qanunu; 
• ―Aztəminatlı ailələrin uşaqlarına müavinətlərin təyin edilməsi və 
verilməsi qaydaları haqqında‖ təlimat. 
Ünvanlı sosial yardımların ayrılması və təyin olunması üçün bütün 
normativ-hüquqi sənədlər hazırlandıqdan sonra respublikanın Əmək və 
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qısa müddət ərzində 
lazımi təşkilati-metodiki tədbirlər görülmüş, 12 iyul 2006-cı il tarixdən 
bu vacib kompaniyaya start verilmişdir. 
Qanun müəyyən edir ki, Ünvanlı Sosial Yardım (ÜSY) hüququna 
orta aylıq gəəliri onlardan asılı olmayan səbəblərdən, yəni ailə üzvlərinin 
əmək qabiliyyətini itirmiş olması, ailənin əmək qabiliyyəti üzvünün 
müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat 
etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud vəfat etmiş hesab 
edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin 
məlum olmaması və s. səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac 
meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 
Göründüyü kimi, ÜSY ancaq ailəyə verilir, ayrı-ayrı fərdlərə yox. 
Ehtiyac meyarı-əhalinin əsas sosial-demoqrafik qrupları üzrə 
yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının 
təyin olunması əqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq edilən 
həddir. 
Sosial yardımın məbləği-ailənin orta aylıq gəliri ilə hər bir ailə 
üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq nisbətinə 
hesablanıb tapılır. 
Bəzən ünvanlı dövlət sosial yardımını digər sosial xidmət və 
yardımlarla – pensiyalarla, ailə başçısını itirməyə görə, işsizliyə, uşağın 
doğulmasına görə ödənilən yardım və müavinətlərlə səhv salırlar. Yadda 


40 
saxlamaq lazımdır ki, Ünvanlı Dövlət Sosial Yardımı-aztəminatlı 
ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Dövlət bu yardımı 
göstərməklə, aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək, 
onların ən sadə ehtiyacını ödəmək, aclıqdan, yoxsulluqdan və səfalətdən 
xilas etmək məqsədini daşıyır. 
―Uşaq hüquqları haqqında‖ Azərbaycan Respublikası Qanununun 
4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında uşaq 
hüquqlarının müdafiəsinə mandatlı agentliklər daxildir: 
• Məhkəmə və prokurorluq orqanları; 
• Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi 
üzrə komissiyalar; 
• Bələdiyyələr; 
• İctimai birliklər. 
Uşaq müdafiəsi sistemində mühüm yeri olan bir sıra qurumlar 
mövcuddur ki, bunlardan aşağıda qeyd olunanları göstərmək olar: 
•Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi; 
• Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi; 
• Yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası müəssisələri; 
• Uşaq evləri; 
• Təhsil idarələri və təhsil müəssisələri; açııq və qapalı tip təhsil 
müəssisələri; 
• Səhiyyə idarələri və səhiyyə müəssisələri; 
• Tibbi-pedaqoji komissiyalar; 
• Qəyyumluq və övladlığa götürməyə dair komissiyalar; 
•Yetkinlik yaşına çatmayanların işlərinə dair daxili işlər 
orqanlarının şöbələri. 
Azərbaycanda uşaq müdafiəsi sahəsində çalışan mütəxəssislərin 
əsasən aşağıdakı problemlərlə üzləşməsinə rast gəlinir: 


41 
• Bir çox terminlərin dəqiq tərifi yoxdur (məsələn, ―risk qrupuna 
aid uşaqlar‖). Bununla əlaqədar, uşağın gələcək həyatı üçün vacib 
qərarların qəbulu subyektiv xarakter daşıya bilər. 
•Konkret hansı növ böhran vəziyyətinin ailənin və uşağı risk 
vəziyyətinə məruz qoymasını müəyyənləşdirmək üçün birmənalı 
meyarlar yoxdur. 
• Ailəyə dəstək üçün yönəlmiş profilaktik işlər yetərincə 
koordinasiya olunmamışdır və s. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə