Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 2. Sosial iş nəzəriyyəsi və təcrübəsində tarixilik və



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə16/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   12   13   14   15   16   17   18   19   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

Mövzu 2. Sosial iş nəzəriyyəsi və təcrübəsində tarixilik və 
beynəlxalq təcrübə 
2.1. Sosial işin tarixi mərhələləri. 
2.2. 
XIX-XXI əsrlərdə sosial iş sahəsində Şərq və Qərb əlaqəliliyi 
2.3. Sosial iş sahəsində beynəlxalq təcrübə 
2.4. Azərbaycanda sosial xidmət sferası 
2.5. Sosial xidmətin formaları 
2.1. Sosial işin tarixi mərhələləri. 
Müasir cəmiyyət keçmişdən qalan ailə, mülkiyyət, dövlət və digər 
institutlarla yanaşı, ona sabitliyi təmin edən xüsusi mexanizm 
hazırlamışdır. Bu mexanizm – ehtiyacı olanlara yardım etməyə 
yönəldilmiş peşə fəaliyyəti kimi başa düşülən sosial (ictimai) işdir. 
Sosial iş sosial yardımın müasir forması olaraq mədəniyyət tarixində 
formalaşan zəminlər əsasında əmələ gəlmişdir. Bu zəminlərə həm 
Şərqdə, həm də Qərbdə qədim zamanlardan bəri inkişaf edən müxtəlif 
sosial yardım formaları aiddir. 
Qan qohumluğu formasından qonşu formaya çevrilən ibtidai icma 
əsasında dövlətin yaranması baş verirdi ki, hakimiyyəti artıq tək nüfuzu 
deyil, həm də gücü tələb edirdi. Onun əsası dünyaya qədim mədəniyyət 
ocaqları – Mesapotamiya, Misir, Hindistan və Çini bəxş etmiş Şərqdə 
qoyulmuşdur. Qədim Şərq cəmiyyətinin sosial strukturunun əsasını 
qohumluq bağlarından daha çox ərazi bağları ilə əlaqəli olan kənd 
təsərrüfatı istehsalçılarını birləşdirən qonşuluq icması təşkil etmişdir. 
İbtidai icmadan torpağa kollektiv mülkiyyətini, insanların birgə əməyini 
və onlar arasında möhkəm əlaqələri miras olaraq, ona qeyri-adi sabitliyi 
yaradan neqativliyi ilə fərqlənirdi. Bu sabitlik insanların qədim şərq 
ölkələrinin üzərinə düşən siyasi sarsıntılardan müdafiəsini təmin edirdi: 
yalnız hakim yuxarı təbəqələrə toxunaraq, onlar özləri üçün adət edilmiş 
həyat tərzini qoruyub saxlamış sadə xalqa, demək olar ki, 
toxunmurdular. 


31 
Qədimdə Şərqdə onun tarixinin sonrakı dövrlərində əhəmiyyətli 
dəyişikliklərə məruz qalmayan sosial yardım mexanizmi formalaşmışdır. 
Yer kürəsinin ―üçüncü dünya‖ya aid edilən bir çox regionlarında isə, 
onlar indi də qüvvədədir: hər bir insan özünün mənsub olduğu ənənəvi 
strukturların mühafizəsi altında olmaqdan ibarət idi. Həmin strukturlara 
ilk növbədə ənənəvi olaraq öz üzvlərinə kömək edən ailə və icma daxil 
idi. İnsan rifahına təhlükə olan əmtəə-pul münasibətlərinin inkişafı ilə 
sosial yardım subyektləri sırasına peşə əsasında yaranan müxtəlif 
korporasiyalar daxil olmuşdur. Belə ki, öz ehramları ilə məşhur olan 
Qədim Misirdə son dərəcə qapalılıqla fərqlənən daşyonanların birlikləri, 
ittifaqları mövcud idi. Dövlətin sosial yardımın həyata keçirilməsində 
rolu – onun hüquqi forma almağa başlayan ənənəvi əsaslarının 
saxlanmasından ibarət idi. Başqa sözlə, qədim Şərqdə formalaşmış 
ehtiyacı olanlara yardım mexanizminin hissələrindən biri dövlətin 
fəaliyyəti ilə bağlı olan sosial qanunvericilik olmuşdur. 
Sosial yardımın antik dövrdə qazanılmış sinfi xarakteri onun 
obyektini yalnız cəmiyyətin tamhüquqlu üzvləri hesab olunan ehtiyaclı 
şəxslər kateqoriyası ilə məhdudlaşırdı. Birinci minillyin əvvəllərində 
sosial yardıma kəskin şəkildə duyulan tələbat və onun reallaşmasının 
məhdud imkanları arasında ziddiyyət öz xeyriyyəçilik anlayışını təklif 
etmiş xristianlıqda aradan qaldırılmışdır. Yəhudilikdə ehtiyacı olanlara 
yardım zərurəti Allahın hökmü ilə, induizm, buddizm və konfusiçilikdə 
isə 
dünya 
harmoniyasını 
dərk 
etməli 
olan 
şəxsiyyətin 
özünütəkmilləşdirmə tələbləri ilə əlaqələndirilirdi. Həmin harmoniyanın 
insanlara münasibətdə bədxahlığın müxtəlif təzahürlərinə nifrət bəsləyən 
dünyanın ilkin vəziyyəti kimi mövcud olması şərq adətlərində nəzərdə 
tutulurdu. 
Xristianlığın dünya dininə çevrilməsi I minilliyin yarısında, onun 
Roma imperiyasının hüdudlarından kənara çıxdığı andan başlamışdır. 
Xristianlığın min ildən artıq davam edən yayılma prosesi çoxsaylı 
nəticələrə gətirib çıxarmışdır. Onlardan ikisi diqqətə layiqdir: birincisi o 
idi ki, xristian kilsəsi ehtiyacı olanlara yardımda fəal iştirak etmirdi, həm 
də uzun müddət ərzində orada əsas rolu oynayırdı. Bundan başqa, 
mərhəmətin xristian ideyası həm ictimai təşkilatların, həm də xüsusi 
şəxslərin xeyriyyəçilik fəaliyyətinin əsası kimi çıxış edirdi. Yalnız 
İntibah dövründən – Avropada humanizm ideyalarının geniş şəkildə 


32 
yayıldığı andan ictimai və xüsusi xeyriyyəçilikdə dini motivlərlə yanaşı, 
dünyəvi motivlər də sezilməyə başlamışdır. 
Tarixə ―humanizm‖ adı altında daxil olan mədəni hərəkat XIV 
əsrdə İtaliyanın iqtisadi mərkəzi olmuş Florensiyada yaranmışdır. İki 
yüzillikdən sonra humanizm Almaniya, Fransa və digər Avropa 
ölkələrinə yayıldı. Onun tərəfdarları hesab edirdilər ki, hər bir insanda 
hədsiz imkanlar mövcuddur ki, onların da inkişafı insan ömrünün bütün 
məqsədini təşkil edir. Bu inkişaf ritorika, qrammatika, poeziya, tarix və 
mənəvi fəlsəfədən ibarət olan humanist məşğələlər vasitəsilə həyata 
keçirilir. İnsanı öz tədqiqatlarının predmeti edərək, humanistlər dini 
deyil, dünyəvi xarakter daşıyan yeni dünyagörüşü yaratdılar. Bu 
dünyagörüşünün yaranması xeyriyyəçilik fəaliyyətinin əsaslarının 
dəyişilməsinə gətirib çıxardı: əgər xristianlıqda o, Allahın hökmünə 
əsaslanırdısa, humanistlərdə insanın ən ali dəyər kimi tanınmasına 
əsaslanırdı. 
Xeyriyyəçilik problemləri ilə məşğul olan ən məşhur humanist 
Vives idi. O, 1526cı ildə ehtiyacı olanlara yardım planını işləyib 
hazırlamışdı ki, bu da reformasiyanın ümumavropa hərəkatı fonunda 
Almaniyada baş vermiş kəndli müharibəsinin bitməsi ilə əlaqədar son 
dərəcə aktual oldu. Bu plan kasıb insanların qeydə alınması, onlara 
yardım göstərilməsi üçün şəxsi ianələrin yığılması, eləcə də onlardan 
sağlam olan şəxslərin işlə təmin olunmasından ibarət idi. Ehtiyacı 
olanlara yardıma dair Vivesin ideyaları sosial qanunvericiliyin gələcək 
inkişafına böyük təsir göstərmişdir. Onun ayrılmaz hissəsi XVI əsrdən 
başlayaraq İngiltərə və onun Şimali Amerikadakı koloniyalarında 
qüvvədə olan yoxsullar haqqında qanun olmuşdur. 
Sosial işin tarixi zəminləri haqqında danışarkən, ilk növbədə öz 
kökləri ilə qədim zamanlara söykənən xeyriyyə fəaliyyətini qeyd etmək 
lazımdır. Xeyriyyəçiliyin mövcud olduğu tarixi formaların xülasəsi 
sübut edir ki, hissələrə bölünməyən insan mədəniyyətinin ayrılmaz 
elementi olmuşdur. Ehtiyacı olanlara yardım kimi başa düşülən 
xeyriyyəçilik müasir cəmiyyətin həyatının bir hissəsi olmuşdur. 
Bəşəriyyətin gələcəyini onsuz təsəvvür etmək çətindir. 
Sosial tarix və sosial işin tarixi üzrə əksər mütəxəssislərin yekdil 
fikri ondan ibarətdir ki, müasir ictimai hadisə kimi sosial işin yaranma 


33 
tarixi, onun nəzəri əsaslarının yaranma tarixi ilə eyni vaxta – yəni XIX 
əsrin ikinci yarısına təsadüf edir. 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə