Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə15/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   11   12   13   14   15   16   17   18   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

1.5.
 
Fənnin əhəmiyyəti 
 


28 
―Sosial iş nəzəriyyəsi və təcrübəsi-1‖ fənninin müasir dövrün 
sosial işçiləri üçün, yəni sosial iş sahəsi ilə məşğul olan 
mütəxəssis-kadrların hazırlanması üçün mühüm əhəmiyyəti 
vardır. İlkin mərhələdə tədris olunan bu fənn sosial iş 
sahəsindəki nəzəri və təcrübi məsələləri elmi ardıcıllıqla 
öyrənilmədə 
əhəmiyyətlidir. 
Fənnin 
mənimsənilməsində 
həmçinin tarixilik və beynəlxalq təcrübənin yeni, sosial işin 
ictimai xarakteri, sosial işə əsas və mühüm elmi yanaşmlar da 
müxtəlif mənbələrin bazasında və müvafiq normativ-hüquqi 
aktlara istinadən öyrənilir. 
Fənnin tədrisi prosesində sosial iş nəzəriyyəsinin metodları və 
metodoloji əsasları həm nəzəri, həm də təcrübi aspektlərdən 
öyrənilir. Bu proseslərdə müxtəlif nəzəri və praktiki nəticələrin 
də əhəmiyyəti ön plana çəkilir. 
Müasir dövrdə sosial işçilərin qarşısında duran tələblərin əhatə 
dairəsi məzmun və mahiyyət baxımından daha genişdir. Çünki, 
ölkəmizdə baş verən hərtərəfli inkişaf, dünyada baş verən 
hadisələr zəminində sosial işçi müqayisələr və təhlillər aparmalı, 
müvafiq tədbirlərin görülməsi istiqamətində planlaşma işlərini 
yerinə yetirməyi peşəkar kimi bacarmalıdır. Buna görə də sosial 
işdə modellər və nəzəriyyələr, rol və kommunikativ 
nəzəriyyələrin tədris edilməsi, bu prosesdə təcrübi istindlardan 
istifadə vacibdir. 
Tədris zamanı sosial iş nəzəriyyəsi və təcrübəsinin ictimai 
elmlər strukturunda yeri və əhəmiyyəti də öyrədilir. Təbii ki, bu 
zaman insan amilinin mühüm və aparıcı yeri elmi şəkildə tədris 
edilir. Bu proseslərdə şəxsiyyət amilinin qiymətləndirilməsi də 
əhəmiyyətlidir. 
Fərddən 
şəxsiyyətə 
qədər 
formalaşma 
dövrlərinin xüsusiyyətlərinin özünəməxsusluğu və müasir 
dövrdə şəxsiyyətin rolunun mühümlüyü dəyərləndirilir. 


29 
İnsan resurslarının əhəmiyyəti və bu resurslardan istifadə 
bacarıqlarının formalaşdırılması da vacibdir və bu istiqamətli 
bilik və bacarıqların, vərdişlərin aşılanması elmi xarakterli 
olmalıdır. 
Hazırki qloballıq şəraitində xalqların bütün fəaliyyət 
istiqamətlərində inteqrasiyası prosesində etnik münasibətlərə 
əhəmiyyət verilməsi məqsədəmüvafiqdir. Bu baxımdan fənnin 
tədrisi zamanı sosial-etnik münasibətlərin nəzəri və praktiki 
tərəflərinin müqayisələrin müstəvisində bilikilərin aşılanması və 
bacarıqların formalaşdırılması həyata keçirilir. 
Fənnin tədrisində sosial işdə qrup və kollektivlərin qarşılıqlı 
fəaliyyətlərinin rolu, sosial işdə bioloji və sosial cəhətlər, 
tələbatlar, əqidələr, cəhdlər, iddia səviyyələri arasındakı 
fərqlilikilər həm nəzəri, həm də təcrübi baxımdan mühüm elmi 
istiqamətlər öyrənilir. 
Sosial işdə sosial diaqnostika və onun tətbiqi metodları, sosial 
işdə profilaktika, adaptasiya, reabilitasiya və terapiya işlərinin 
tətbiqi, ictimaiyyət tərəfindən qanun pozuntularının deviant kimi 
müəyyənləşdirmə imkanları da tədris əhəmiyyətlidir. Həmçinin 
sosial işin texnoloji mahiyyəti, sosial ekspertiza texnologiyaları, 
əhalinin məşğulluq sferasında sosial işin texnologiyaları, deviant 
davranışlı şəxslərlə sosial işin texnologiyaları da elmi 
ardıcıllıqla tədris edilməsi mühüm əhəmiyyətlidir. 


30 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə