Mövzu “Sosial iş nəzəriyyəsi və təcrübəsi-1” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə22/152
tarix13.04.2023
ölçüsü3,02 Mb.
#105464
1   ...   18   19   20   21   22   23   24   25   ...   152
SOSIAL-IS-NƏZƏRIYYƏSI (2)

2.5. Sosial xidmətin formaları 
Sosial xidmətin formaları aşağıdakılardır: 


48 
1.
Evdə (səyyar) sosial xidmət 
Evdə (səyyar) sosial xidmətə götürülmək üçün aşağıdakı şərtlərin 
eyni zamanda olması tələb olunur: 
• Ahıllıq, əlillilik, sağlamlıq imkanlarının məhdudluğu, eləcə də 
xəstəliyin terminal (son) mərhələsində olması ilə əlaqədar sosial 
xidmətə ehtiyacın (məsələn; özünəqulluq qabiliyyətinin olmaması və 
s.) mövcudluğu; 
• Onlarla eyni yaşayış məntəqəsində yaşayan əmək qabiliyyətli 
qohumları və ya qanuni nümayəndələrinin olmaması. Eyni yaşayış 
məntəqəsi dedikdə konkret inzibati ərazi vahidi (kənd, şəhər, qəsəbə 
və s.) nəzərdə tutulur. 
Evdə (səyyar) sosial xidmətə aşağıdakılar daxildir: 
• Dərman vasitələri, zəruri ərzaq və əsas tələbat mallarını almağa 
köməklik göstərilməsi; 
• İstirahətin təşkil olunmasında, qida qəbul edilməsində cə digər 
məişət xidmətlərinin göstərilməsində köməklik göstərilməsi; 
• Tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi; 
• Yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması; 
• Hüquqi məsləhət alınmasına köməklik göstərilməsi; 
• Əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara 
reabilitasiya xidmətinin göstərilməsi. 
Ticarət-iaşə xidməti zəruri, ərzaq, sənaye və məişət əşyalarını 
ticarət müəssisələrindən almaq, bazarlıq etmək, lazım gələrsə xörək 
hazırlamağı nəzərdə tutur. 
Məişət xidməti: mənzilləri sahmana salmaq, əşya və avadanlıq 
təmiizləmək və yumaq, lazım gələrsə, yataq və geyim əşyalarının 
camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə aparıb gətirmək və s. 
Kommunal xidməti üzrə: ə.ya və avadanlığı təmirə vermək və 
almaq, təmir məqsədilə evə usta çağırmaq. İstiliyə, yanacağa, təmirə 
olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə 
saxlamaq və s. 


49 
Tibbi xidmət üzrə: lazım gəldikdə evə həkim çağırmaq, təyinatla 
əczaxanadan dərman almaq, həkimin məsləhəti ilə ilk tibbi 
köməkliklər göstərmək. 
Təsərrüfat işləri üzrə: həyətyanı sahəni təmizləmək və becərmək, 
məhsulu toplamaq və s. 
Digər xidmətlər üzrə: qəyyumluq və himayəçilik sənədləriinin 
hazırlanmasına,. Tənha ahıl vətəndaşların və əlillərin internat evinə 
göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik 
göstərmək. 
Eyni yaşayış sahəsində xidmətə götürülmüş ər-arvad, valideyn-
övlad və bacı-qardaş xidmətdə bir nəfər kimi qeydə alınırlar. 
Vətəndaşlara maddi köməklik göstərilib humanitar yardım verilərkən 
xidmətə götürülmüş ər-arvad, valideyn-övlad, bacı-qardaş iki nəfər 
kimi nəzərə alınmalıdır. 
Yoluxucu və ya ağır ruhi xəstəəliyi olan tək ahıl vətəndaşlar və 
əlillər tibb və əhalinin sosial müdafiəsi müəssisələrində müalicə 
edilməli və ya evlərində sosial-məişət xidmətinə götürülməlidirlər. 
2.
Yarımstasionar (günərzi) sosial xidmət.
Yarımstasionar (günərzi) sosial xidmət özünün əsas həyati tələbatını 
müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllar və 
əlillərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına 
çatmayanlara gündüz və ya gecə vaxtlarıda sosial-məişət, tibbi, mədəni 
və başqa xidmətlər göstərilməsindən, asudə vaxtın səmərəli təşkil 
olunmasından, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından 
ibarətdir. 
Sosial xidmətin bu forması ölkəmizdə geniş yayılmışdır. Lakin son 
illərdə günərzi qayğı mərkəzlərinin yaradılması və fəaliyyəti sosial 
xidmətin bu formasının məqsədəuyğunluğunu təsdiq edir. Məsələn, hər 
hansı bir ahıl öz evində yaşayır və fəal həyat tərzinə malikdir. Lakin 
həmin ahılın asudə vaxtının təşkili, tibbi nəzarətdə olması ehtiyacı var. 
Ahıllar üçün təşkil olunan bu cür yarımstasionar evlərdə həmin şəxslər 
gündüz vaxtı gəlirlər, çay içirlər, nərd oynayırlar, cəmiyyətə inteqrasiya 
olunurlar. 


50 
3.
Stasionar sosial xidmət.
Tibbi-sosial ekspert komissiyasının qərarına əsasən özünün əsas 
həyatı tələbatını müstəqil təmin edə bilməyən, əmək qabiliyyətli 
qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə 
bilməyəcəkləri barədə yazılı ərizələri olan, habelə fəaliyyət qabiliyyəti 
olmayan çətin həyat şəraitində olan şəxslər zərurət olduqda sosial 
xidmət müəssisəsinə yerləşdirilə bilər. Stasionar sosial xidmət, bu 
məqsədlə yaradılmış müəssisədə sosial xidmət göstərilən şəxslərin 
(ailələrin) fiziki durumuna və səhhətinə uyğun həyat şəratinin 
yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata 
keçirilməsi kimi, qulluğun təşkilindən ibarətdir. 
Stasionar sosial xidmətə götürülmə (yerləşdirmə) üçün aşağıdakı iki 
şərtin olması vacibdir: 
• Çətin həyat şəraitində olan şəxsin məhkəmə tərəfindən fəaliyyət 
qabiliyyəti olmayan hesab edilməsi, özünün əsas həyati tələbatını 
müstəqil təmin edə bilməməsi; 
• Onlara baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya 
qanuni nümayəndələrinin həmin şəxslərə qulluq etməkdən imtina etməsi 
barədə yazılı ərizəsinin olması. 
Çətin həyat şəraitində olan şəxs müvafiq dövlət orqanının qərarına 
əsasən dövlət sosial xidmət müəssisəsinə yerləşdirilir. 
Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət 
müəssisələrinə yerləşdirilməsi qaydası Azərbaycan Respublikasının 
Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 
4.
Sosial-məsləhət yardımı. 
Sosial məsləhət yardımının məqsədi, çətin həyat şəraitində olan 
şəxslərin (ailələrin) cəmiyyətə inteqrasiyasını, ailədə sağlam 
münasibətlərin yaradılmasını təmin etməkdən ibarətdir. 
Sosial-məsləhət yardımına aşağıdakılar daxildir: 
• Qohumlarından və ya digər qanuni nümayəndələrindən ayrı yaşayan 
və sosial məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) 
müəyyənləşdirilməsi. 


51 
• Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) problemlərinin 
həllində 
dövlət 
orqanlarının, bələdiyyələrin və qeyri-hökumət 
təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi; 
• Sosial xidmət üzrə məsləhətlərin verilməsi. 
Təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür: 
1.
Sosial-məişət xidmətləri – şəxslərin (ailələrin) məişət, yaşayış 
vəziyyətinin yaxşılaşdırılmasına, xidmətlər göstərilməsinə, dəstək 
və yardımlar edilməsinə yönəlmişdir; 
2.
Tibbi-sosial xidmətlər – şəxslərin sağlamlıq vəziyyətinin 
yaxşılaşdırılmasına istiqamətlənmişdir; 
3.
Sosial-psixoloji xidmətlər – şəxslərin cəmiyyətə adaptasiyası 
məqsədilə psixoloji vəziyyətinin reabilitasiyasını nəzərdə tutur
4.
Sosial-pedaqoji xidmətlər – yetkinlik yaşına çatmayanların 
inkişafındakı 
geriliklərin 
və 
davranışındakı 
pozuntuların 
profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o 
cümlədən asudə vaxtlarının təşkilinə və ailə tərbiyəsində dəstəyə 
yönəldilmişdir; 
5.
Sosial-iqtisadi 
xidmətlər 
– şəxslərin həyat səviyyəsinin 
qorunmasına və möhkəmlənməsinə yönəlmişdir; 
6.
Sosial-hüquqi xidmətlər – hüquqi yardım göstərilməsinə, şəxslərin 
hüquqlarının qorunmasına yönəlmişdir; 
7.
Palliativ xidmətlər – müalicəsi mümkün olmayan şəxslərin və 
onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər 
problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu 
şəxslərə yardımın göstərilməsinə yönəlmişdir. 
Uşaqlara sosial xidmət dedikdə, ilk növbədə valideyn himayəsindən 
məhrum olan uşaqların tərbiyəsinin təşkili və tərbiyə formasının 
seçilməsi nəzərdə tutulur. 
Uşaqlara sosial xidmət göstərilməsi əsasən iki mərhələni əhatə edir: 
1.
Birincisi, valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar 
olunması və onların qeydiyyatının aparılmasıdır. 
Valideyn himayəsindən məhrum olan uşaqların yerləşdiyi tərbiyə, 
müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrin 


52 
rəhbərliyi həmin uşaqların tərbiyə olunmaq üçün ailəyə verilməsinin 
mümkün olduğunu bildikdə, 7 gün müddətində qəyyumluq və himayə 
orqanına bu barədə məlumat verməyə borcludurlar. Qəyyumluq və 
himayə orqanı məlumatları aldıqdan sonra 1 ay ərzində uşağın 
yerləşdirilməsini təmin edir, bu mümkün olmadıqda isə həmin uşaq 
haqqında sənədləri mərkəzləşdirilmiş qaydada qeydiyyata alınmaq üçün 
göndərir. 
2.
İkincisi, valideyn himayəsindən məhrum olan uşaqların 
yerləşdirilməsi formasının seçilməsi. 
Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə 
(övladlığa, qəyyumluğa, himayəyə və himayədar ailəyə) götürülürlər. Bu 
imkanlar olmadıqda isə, valideyn himayəsindən məhrum olan və ya 
yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial 
müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilərlər. 
Qanuna görə uşaqların yerləşdirilməsi əsasən aşağıdakı formalarda 
həyata keçirilə bilər: 
• Övladlığa götürmə; 
• Uşaqların üzərində qəyyumluq və himayə; 
• Uşaqların tərbiyə, müalicə və əhalinin sosial müdafiəsini 
müəssisələrində yerləşdirilməsi; 
• Uşaqların himayədar ailəyə verilməsi. 
Qəyyumluq və himayə - valideynlərini itirmiş uşaqların saxlanması, 
tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin 
qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, 
himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. 
Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı 
Azərbaycan Respublikasının müıki qanunvericiliyi ilə müəyyən edilir. 
Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan 
şəxslər qəyyum (himayəçi) təyin edilirlər. Uşaqlara qəyyum (himayəçi) 
təyin edilərkən, qəyyumun əxlaqı və başqa cəhətləri, onun qəyyumluq 
vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və 
münasibəti, habelə mümkünsə uşağın öz arzusu nəzərə alınmalıdır. 
Spirtli içki düşkünləri və narkomanlar, qəyyumluq vəzifələərini icra 


53 
etməkdə kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış, 
keçmiş övladlığa götürənlər və səhhətinə görə uşağı tərbiyə etmək 
vəzifəsini həyata keçirə bilməyən şəxslər qəyyum ola bilməzlər. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan 
hallar istisna olmaqla, qəyyumliqda olan uşaqlar aşağıdakı hüquqlara 
malikdirlər: 
• Qəyyumun ailəsində tərbiyə və qayğı almaq, qəyyumıa birlikdə 
yaşamaq; 
• Onların saxlanması, tərbiyəsi, təhsili, hərtərəfli inkişafı və insan 
ləyaqətinə layiq şəraitlə təmin olunmaq; 
• Onlara düşən təqaüd, müavinət, aliment və s. sosial ödənişləri 
almaq; 
• Yaşadıqları ev üzərində mülkiyyət hüququnu və ya ondan istifadə 
etmək hüququnu saxlamaq, ev olmazsa, mənzil qanunvericiliyinə uyğun 
mənzil almaq; 
• Qəyyumun sui istifadə hərəkətlərindən müdafiə olunmaq. 
Himayədar ailə, uşağı tərbiyə olunmaq üçün verilməsinə dair 
müqavilə əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı 
ilə himayəçi valideynlər arasında bağlanır. 
Aşağıdakılar istisna olmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən 
olan şəxslər himayəçi valideyn ola bilər: 
• Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən və 
ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər; 
• Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum olunan və 
ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər; 
• Üzərinə qanunla qoyulan qəyyumluq vəzifələrini lazımi qaydada 
yerinə yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər; 
• Əvvəl övladlığa götürənlər, əgər övladlığa götürmə onların təqsiri 
üzündən məhkəmə tərəfindən ləğv olunmuşsa; 
• Səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə 
bilməyən şəxslər. 


54 
Himayəçi valideynləri qəyyumluq və himayə orqanı seçir. Himayəçi 
valideynlər tərbiyə olunmaq üçün qəbul olmuş uşaqlara münasibətdə 
qəyyumun hüquq və vəzifələrinə malik olurlar. 
İnsan ömrünün uzanması, daha uzunmüddətli yaşamaq uğrunda 
həyata keçirilən kompleks tədbirlər başqa bir demmoqrafik və sosial 
problemi – dünya ölkələrinin bir çoxunda olduğu kimi, ölkəmizdə də 
müşahidə olunan qocalma prosesini aktuallaşdırır. Əgər orta ömür 
uzunluğu səhiyyənin mühüm göstəricisi kimi diqqəti çəkirsə, qocalma 
ciddi demoqrafik, sosial problemlərlə müşayiət olunur. Əhalinin 
qocalması əmək ehtiyatlarının azalması, əhali artımının aşağı düşməsi, 
yaşlı əhalinin sosial təminatının (pensiyalarının və digər ödənişlərinin) 
həyata keçirilməsi sahəsində problemlər yaradır. 
Azərbaycanda ölkə üzrə pensiyaçıların 28%-ni ahıl vətəndaşlar təşkil 
edir. Hazırda 70 yaşdan yuxarı 370 min nəfərədək əmək pensiyaçısı var. 
Lakin onu da qeyd etmək lazımdır ki, müxtəlif obyektiv və subyektiv 
səbəblər ahılların ailə üzvlərinin qayğısından məhrum olmasını və onlara 
sosial xidmət göstərilməsi məsələsini aktuallaşdırır. Buraya aşağıdakı 
səbəbləri aid etmək olar: 
• Ailə üzvlərinin, yaxın qohumların olmaması, vəfat etməsi; 
• Miqrasiya səbəbindən ailə üzvləri tərəfindən tərk edilməsi.
Bəs ahıl kimdir? 
―Ahıl‖ yaşı müxtəlif məqsədlər üçün və ayrı-ayrı ölkələrdə fərqli 
müəyyən edilir. Hətta bəzi dövlətlərdə və beynəlxalq sənədlərdə ―ahıl‖ 
və ―qoca‖ terminləri də bir-birindən fərqləndirilir. Bəzi mülahizələrə 
əsasən pensiya yaşına çatmaq artıq şəxsin ahıl kimi nəzərdən 
keçirilməsini şərtləndirir. Digər mülahizə isə şəxsin işləmək üçün 
müəyyən olunmuş son yaş həddinə (respublikamızda bu yaş həddi 65 
müəyyən edilib) çatması ilə bağlıdır. 
BMT-nin baş məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə 
bağlı qəbul edilmiş qətnaməyə əsasən hər il oktyabr ayının 1-i bütün 
dünyada beynəlxalq ahıllrın günü kimi qeyd olunur. 
Artıq Dövlət Proqramına uyğun olaraq əmək pensiyalarının baza 
hissəsnin məbləği yaşayış minimumu səviyyəsinə çatdırılmasına nail 


55 
olunmuşdur. Bu proqrama uyğun olaraq icrası vacib olan məsələlər 
aşağıdakılardır: 
• Tənha və başqasının köməyinə ehtiyacı olan ahıllar üçün ərazilər 
üzrə informasiya bazasının yaradılması; 
• Ahıl və tənha vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması 
üçün tənha, hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara sosial 
xidmətlərin, o cümlədən evdə xidmət işinin təkmilləşdirilməsi; 
• İnternat evləri və pansionatlarda yaşayan ahıl vətəndaşlar üçün 
sosial-məişət və tibbi xidmət işinin təkmilləşdirilməsi; 
• Dövlət təminatında, internat evlərind, pansionatlarda yaşayan 
ahılların ayrı-ayrı imkanlı hüquqi və fiziki şəxslər tərəfindən himayəyə 
götürülməsi təcrübəsinin genişləndirilməsi
• Ahıl vətəndaşlar üçün sosial müdafiə məsələlərinə dair hüquqi 
məsləhət xidmətinin inkişafı; 
• Tənha ahıl vətəndaşların mənzilləriinin (yanğın və s.) 
təhlükəsizliyinin təmin edilməsi; 
• Ahıllar üçün ixtisaslaşdırılmış psixoloji tibbi xidmətlərin təşkili; 
• Ahılların sağlamlığının təmin edilməsi məqsədilə onların idmana 
cəlb edilməsi; 
• Ahılların asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq 
tədbirlərin həyata keçirilməsi. 
Ahıllara sosial xidmətin bir sıra növləri vardır: konkret sosial xidmət 
növünə götürülmək üçün əsaslar yarımstasionar sosial xidmət və ya 
stasionar sosial xidmət üçün əsaslardan fərqlənir. Lakin ümumi əsaslar 
ondan ibarətdir ki, ahıl bir qayda olaraq:
-Tənhadır (yaxın qohumlarından və ailə üzvlərindən kənar bir yerdə 
yaşayır); 
-Səhhəti, fiziki və psixoloji durumu ilə əlaqədar başqasının yardımına 
(sosial xidmətə) ehtiyacı vardır. 
Ahıllara sosial xidmət – onların bu xidmətə olan tələbatının 
ödənilməsinə yönəldilən, sosial xidmət müəssisələrində və evdə qulluq, 


56 
iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların 
göstərilməsindən ibarət olan fəaliyyətdir. Ahıllar sosial xidmətə onların 
müraciəti (razılığı) əsasında əhalinin sosial müdafiəsi orqanlarının qərarı 
ilə qəbul edilirlər. Sosial xidmətlər əhalinin sosial müdafiəsi orqanları, 
sosial xidmət müəssisələri (ahıllar üçün pansionatla, ahıllar evləri və s.) 
tərəfindən göstərilir. Gələcəkdə yeni növ sosial xidmət müəssisələrinin 
yaradılması və fəaliyyətə başlaması da nəzərdə tutulub. Ahıllara sosial 
xidmət dövlət təminatı, humanistlik, insan və vətəndaş hüquqlarına və 
azadlıqlarına əməl edilməsi prinsiplərinə əsasən həyata keçirilir. 


57 

Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə