Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Böhranın müayinəsində informasiya



Yüklə 47,04 Kb.
səhifə11/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   8   9   10   11   12   13   14   15   16
Movzular-metn

Böhranın müayinəsində informasiya.

Problemin müainəsində informasiyanın rolu çox yüksəkdir. Böhranın müainəsi zamanı, obyektik statik vəziyyəti deyil, böhranın vaxta bağlı inkişafı tədqiq edilir. Əgər müainə obyekti dövlətin iqtisadiyyatıdırsa, onda müainə obyekti olaraq makroiqtisadi göstəricilər götürülür, əgər müainə obyekti sahədirsə bu sistemdə mühasiat uçotunda

tətbiq edilən əsas texniki iqtisadi göstəricilər götürülür.

Obyekt haqında rəy vermək üçün lazım olan zəruri informasiya iki əsas blokda ümumiləşdirilir. 1)system stabilləşdirən amillərin təsiri. 2)sistemin dinamik xüsusiyyətləri və onların yayılması ölçüləri(miqyası). Müainə vasitələri və metodlarının köməyi ilə bu informasiya bloklarının tədqiq edilməsi obyektin indiki

vəziyyəti və prespektiv inkişafı haqqında zəruri məlumatları almağa imkan verir.Dəqiq informasiya iqtisadi oyektin müainəsinin düzgünlüyünü şərtləndirir.

Hər hansı bir obyektin vəziyyətinin tədqiqi üçün informasiya,dövlət statistika orqanları tərəfindən təmin edilən rəsmi mənbələrdən alınır. Statistika təşkilatları elmi cəhətdən təşkil edilmiş kütləvi müşahidələr keçirərək,müainə obyektinin parametrləri haqqıda ilkin informasiya alırlar. Formal olaraq obyekt haqqında alınmış informasiya üzərində iş üç mərhələ keçir: 1)qruplaşdırma və ümumiləşdirmə; 2)materialların emalı(işlənməsi); 3)təhlil. Bu mərhələlərin keçilməsi zamanı informasiya statistic emala məruz qalır ki, bundan daha əvvəl müainə edilən obyektin keyfiyyət parametrləri təhlil edilir.İstənilən obyekt yalnız kəmiyyət deyil,həm də keyfiyyət dəyişikliklərinə məruz qaldığı üçün müainə üçün bu işin görülməsi də vacibdir.

İnformasiya üzərində işin birinci mərhələsində, informasiya toplanaraq təhlil edilir və qruplaşdırılır. İnformasiyanın eyni cinsliyi və oxşarlığı prinsipi əsasında,onun hansı sinifə və ya konkret qrupa aidliyi təyin edilir. Alınan nəticələr analitik matris şəklində qeydiyyata alınır. Bu prosedur öz aralarında müqayisə edilən obyektləri üzə çıxarmağa və onların inkişaf xüsusiyyətlərini üzə çıxarmağa imkan verir. Bundan sonra alınmış nəticələr ümumiləşdirilir.

İkinci mərhələdə müainə edilən obyektin vəziyyətinin və obyektin inkişaf meylləri və qanunauyğunluqlarının qiymətləndirilməsi üçün indekslər hesablanaraq sintetik göstəricilər müəyyən edilir.

Üçünçü mərhələdə isə diaqrammalar, cədvəllər və digər materiallar əlavə edilmiş mətn hazırlanır, bundan sonra isə müainə edilən obyektin vəziyyəti haqqında nəticələrə gəlinir.


Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə