Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Zərərli maddələr, onların insan orqanizminə təsir faktorları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə58/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   54   55   56   57   58   59   60   61   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

5.8. Zərərli maddələr, onların insan orqanizminə təsir faktorları
Neft və kimya sənayesində zərərli sayıla bilən maddələr geniş tətbiq edilir. Zərərli
maddələr o, maddələr adlandırılır ki, təhlükəsizlik qaydalarının pozulması zamanı insan
orqanizminə təsir edərək, onda zədə, peşə xəstəliyi və ya səhhətində müəyyən dəyişikliklərin
yaranmasına səbəb olsun. İnsan orqanizmində baş verən belə dəyişikliklər həm zərərli maddənin
bədənlə kontaktı anında, həm də müəyyən müddət keçdikdən sonra yarana bilər. İstehsalatda
istifadə edilən xammallar, aralıq və son məhsullar, eləcədə qarışıqlar, köməkçi maddələr,
katalizatorlar, tullantılar zərərli və zəhərli ola bilərlər.
Zərərli istehsal amilləri insan orqanizminə təsirinə görə
ümumizəhərləndirici,
qıcıqlandırıcı, sensibil
(hissiyyat artıran), 
kanserogen, mutagen
olurlar.
Sensibil maddələr
orqanizmə qısa müddət təsir etdikdən sonra, orqanizmdə həmin maddəyə
qarşı hissiyyat artır. Bu maddənin sonrakı kiçik miqdarda orqanizmə təsiri onda güclü
reaksiyanın yaranmasına səbəb olur və bunun nəticəsində dəri, asma, qan xəstəliklərinin baş
verməsi halları təsadüf edilir. Civə, platin, aldehidlər (formaldehid), aromatik karbohidrogenlər,
nitro-amin birləşmələri və s. sensibil maddələr silsiləsinə aid edilir.
Kanserogen maddələr
orqanizmə daxil olaraq onda bəzi hüceyrələrin və bəd xassəli şişlərin
yaranmasına səbəb olan maddələrdir. Asbest tozu 1,2,5,6 dibenziran, 3,4 benzpiren
metilxolantren, xolantren və bir sıra başqa maddələr kanserogen maddələrə aid edilir.


Müəyyən edilmişdir ki, qaynama temperaturu yüksək olan (550
0
C) bəzi neft məhsulları
kanserogendirlər. Saratov, Ukrayna və Qroznı yataqlarından alınan neftlər zəif kanserogen
xassəli neftlərdir. İstehsalatda aparılan lazımi mühafizə tədbirləri, istehsalatla əlaqədar bəd
xassəli şişlərin yaranması halını demək olar ki, aradan qaldırmışdır.
Mutagen maddələr
insanın nəsil artımı sisteminə təsir edir. Bu maddələr ana bətnində olan
uşağın qidalanmasını zəiflədir.
Bəzən, zərərli maddələri, insan orqanizminə təsirindən asılı olaraq, “əsəb sisteminə təsir”,
“qana təsir” və “qıcıqlandırıcı” kimi müəyyən qruplara bölürlər. Məsələn, əsəb sisteminə təsir
edən zəhərlər, mərkəzi sinir sisteminə təsir edən narkotik xassəyə malik olan maddələrdir.
Bunlara misal olaraq neft emalının məhsulu olan benzini, ağ nefti, karbohidrogen qazlarını
həmçinin hidrogen sulfid, metanol, ammonyak və s. göstərmək olar. 
Qanı zəhərləyən maddələr öz təsirlərinə görə başqalarından fərqlənirlər. Məsələn, karbon
oksidi qanın hemoqlobini ilə birləşdikdə karbooksihemoqlobin, bəzi nitrat və nitritlər ilə
birləşdikdə isə methemoqlobin yaradırlar. Qanda əmələ gələn bu maddələr hemoqlobini öz
vəzifəsini yerinə yetirməkdən məhrum edir, oksigenin ağ ciyərdən toxumalara ötürülməsi pisləşir
və bu ölümlə nəticələnə bilən hava çatışmamazlığına gətirib çıxarır. 
Böyük bir qrup maddələr
qıcıqlandırıcı
zəhərlərə aid edilir. Onların bir hissəsi (hidrogen
sulfid, xlor, ammonyak) yuxarı nəfəs yoluna, digərləri isə ağ ciyərə təsir edir. Bunlardan başqa,
neft məhsulları dəriyə düşərək onu qurudur, yağsızlaşdırır və dəri xəstəliklərinin yaranmasına
səbəb olur. 
İstehsalatda
zəhərli
maddələr insan orqanizminə nəfəs yolları, mədə-bağırsaq yolları və
zədələnmiş dəri vasitəsi ilə daxil ola bilirlər.
Toz, buxar, duman, aerozol və qaz şəklində olan zəhərli maddələr insan orqanizminə nəfəs
yolları vasitəsi ilə daxil olurlar. Bunlar, ümumiyyətlə, zəhərlənmələrin 95-98%-ni təşkil edirlər.
Nəfəs yolu ilə zəhərlənmə daha təhlükəli hesab edilir. Bu zəhərlər, qana qısa bir vaxt ərzində
böyük miqdarda keçir və orqanizmin bütün hissələrinə qanla birlikdə yayılır. 
İnsan fiziki fəaliyyətdə olarkən və yaxud yüksək temperatur zonasında yerləşərkən onun
nəfəs alma həcmi, eyni zamanda, qan dövranının sürəti kəskin artır. Bu səbəbdən, havası zərərli
maddələrlə çirklənmiş iş zonasında yerləşən insanın zəhərlənməsi daha tez baş verir. 
İstehsalat şəraitində zərərli maddələrin mədə-bağırsaq yolları ilə orqanizmə düşməsi
nisbətən nadir hadisədir. Ağız boşluğuna zəhərlər, hər şeydən əvvəl, yemək zamanı və siqaret
çəkilərkən çirkli əllər vasitəsi ilə düşür.
Dərinin zədələnmiş hissəsindən orqanizmə o maddələr keçmək qabiliyyətinə malikdirlər
ki, onlar piy və lipoidlərdə yaxşı həll olurlar. Bunlara misal olaraq tetraetil qurğuşunu, metanol,
fenol, aromatik karbohidrogenləri və s. göstərmək olar.
Dəridən keçən zərərli maddələrin miqdarı, onların dəri ilə görüşmə səthi və dəridə axan
qanın sürəti ilə düz mütənasibdir. Yüksək temperatur şəraitində işləyərkən, qanın sürəti artdığı
üçün zəhərlənmə təhlükəsi də artır. 
Orqanizmə düşən zəhərlər, toxumalar və hüceyrələrarası mühit tərəfindən fiziki-kimyəvi
təsirə məruz qalır. Bunlar, bioloji olaraq, həmin zəhərləri müxtəlif yollarla neytrallaşdırmağa və
yaxud zərərsizləşdirməyə cəhd edirlər.
Zərərsizləşdirmənin əsas rolu zəhərlərin kimyəvi strukturlarının dəyişməsidir. Bu
dəyişmələr oksidləşmə, reduksiya, hidroliz, parçalanma, metilləşmə və s. kimi müxtəlif şəkilli
ola bilirlər. Bu hal, son nəticədə, əksər hallarda, az zəhərli, yəni hüceyrəyə daxil olmaq
qabiliyyətinə malik və ya orqanizmdə daha çox həll ola bilən və orqanizmdən daha asan kənar
edilə bilən maddənin alınmasına gətirib çıxarır. Bəzən, bu ümumi qaydadan kənara çıxma


hallarına da təsadüf edilir. Məsələn, metanol daha çox zərərli təsirə malik olan formaldehid və
qarışqa turşusundan oksidləşərək zəhərlənmənin daha ağır olmasına səbəb olur. 
Zəhərlərin ikinci bir zərərsizləşdirmə yolu, onların bədənin bəzi orqanlarında tədricən
yığılıb qalması və bununla da qanda dövr edən zəhərin miqdarının azalmasıdır. Məsələn, ağır
metallar (qurğuşun, civə) sümüklərdə, qaraciyərdə, böyrəklərdə yığılır. Lakin, bunlar yenidən,
xüsusilə əsəb gərginliyi, alkoqol qəbulu, xəstələnmə vaxtı asan qana keçirlər. 
Zəhərlərin üçüncü zərərsizləşdirmə yolu, onların mədə-bağırsaq, böyrək, nəfəs yolları və
dəri örtüyü vasitəsilə ifraz edilməsidir. Bunlara misal olaraq aromatik karbohidrogenləri göstərə
bilərik. Zəhərlərin zərərsizləşdirilməsinə və onların bədəndən kənar edilməsinə xüsusi
fizioterapiya üsulları, zəhər əleyhinə kimyəvi maddələrin tətbiqi və bəzi qida maddələrinin
istifadəsi ilə nail olmaq olar.
Kimyəvi maddələrin insan orqanizminə təsir dərəcəsi, əsasən, həmin maddələrin fiziki-
kimyəvi xassələrindən, onların birgə təsirindən, qatılığından, orqanizmə təsir müddətindən və
xarici mühitdən asılıdır.
Maddələrin zəhərlilik dərəcəsinə ən çox təsir edən onun fiziki xassəsidir. Bərk və maye
şəkilli maddələrin təsir dərəcəsi, onların müvafiq olaraq toz və buxar halına keçməsi zamanı
daha yüksək olur. Bu baxımdan, aşağı temperaturda qaynayan (benzin, benzol) maddələr daha
çox qorxuludur, nəinki yüksək temperaturda qaynayan (yağlar, mazut) maddələr.
Maddələrin uçuculuğu dedikdə, verilmiş temperaturda vahid həcm hava (

və ya m
3
)
tərkibində həmin maddənin buxarlarının maksimal miqdarı (mq) nəzərdə tutulur. Maddənin
uçuculuq dərəcəsinin artması onun zəhərləmə təhlükəsini yüksəldir.
Bir çox maddələrin insana təsiri, onların suda necə həll olmasından asılıdır. Həllolma
dərəcəsinin artması ilə maddənin zərərli təsiri artır.
Maddələrin kimyəvi quruluşları ilə onların zərərli təsiri arasında müəyyən əlaqə vardır.
Məsələn, alifatik və spirt maddələrində karbon atomlarının sayı artdıqca, onların narkotik təsiri
yüksəlir.
Bəzi hallarda, maddələrin zərərli təsiri onların valentliyi artdıqca yüksəlir. Lakin, bəzi
hallarda bu xüsusiyyətin əksinə yəni, valentliyin artması ilə zəhərliliyin azalması halına təsadüf
edilir. Məsələn, Fe
2
duzu Fe
3
duzuna nisbətən daha təhlükəlidir.
İstifadə edilən maddələrə halogenlər, metil, amin və nitroqrup maddələr əlavə edildikdə,
onların zərərli təsiri artır. Məsələn, xlor və flor birləşmə molekullarına göstərilən maddələrin
atomlarını əlavə etdikdə, onların qıcıqlandırıcı və zəhərləyici xüsusiyyəti daha yüksək olur.
İstehsalat şəraitində işçi, əksər hallarda, bir neçə zərərli maddənin birgə təsirinə məruz
qalır. Bu təsirin üç növü baş verə bilər: Cəmləşmə (additiv) – maddələrin zəhərləyici təsiri üst-
üstə gələrək cəmləşir; Sinerqizm – bədəndə yığılan bir maddə digərinin zəhərləyici təsirini
yüksəldir; Antoqonizmyığılan maddələrdən biri digərinin təsirini azaldır.
Əksər hallarda, zəhərli maddələr cəmləşmə tipli təsir xassəsinə malik olur. Məsələn, hava
tərkibində eyni təsirli iki müxtəlif qazın hər birinin qatılığı 10 mq/m
3
olarsa, bu iki qazın insana
birgə təsiri, bir qazın 20 mq/m
3
qatılıqdakı təsiri kimi olur.
Sinerqizm təsiri alkoqolun zərərli maddələrin zəhərləyici təsirinin artırmasında görmək
olar. Karbon dioksidi aromatik karbohidrogenlərlə birləşdikdə onların zəhərliliyini artırır.
Antaqonist maddələrin ionları başqa metalların ionları ilə birləşərək (marqanes, kobalt,
qurğuşun) dəyanətli kompleks birləşmələr yaradır ki, bunlar da az zəhərli olub sidik yolu
vasitəsilə bədəndən ifraz olurlar.


Zəhərləyici maddələrin insan orqanizminə təsiri adamların yaşından da asılıdır. Bəzi
zəhərlər cavanlar üçün, digərləri yaşlılar üçün daha təsirli olur. Yeniyetmələrin orqanizmi yaşlı
adamların orqanizminə nisbətinə zəhərə qarşı 2-3 dəfə yüksək həssas olurlar.
Qeyd edildiyi kimi, zərərli maddə əmək təhlükəsizliyi tələbləri pozulduğu halda, insan
orqanizminə təsir edərək peşə xəstələnməsinə səbəb olur.
İstehsalat şəraitində zərərli maddələr iş zonasının havasında qaz, buxar və ya aerozol
aqreqat hallarında ola bilərlər. Bir sıra istehsal prosesləri küllü miqdarda toz ayrılmalarına səbəb
olur. Havada asılı halda olan tozlar aerozol, səthlərə çökmüş toz yığıntısı isə aerogel adlanır.
Tozlar nəfəs aldıqda nəfəs yolları vasitəsilə və dəri məsamələrindən orqanizmə daxil olub peşə
xəstəlikləri törədə bilirlər.
İnsan orqanizminə təsirinə görə tozlar zəhərli və zəhərsiz tozlara ayrılırlar. Zəhərli tozlar
orqanizmin bioloji mühitində həll olaraq zəhərlənməyə səbəb olurlar. Məsələn, toz halında olan
qurğuşun orqanizmə daxil olduqda sinir sistemində, qanda və qan damarlarında, həm də nəfəs
yollarında təhlükəli dəyişikliklər törədir.
Zəhərsiz tozlar orqanizmin bəzi üzvlərinə qıcıqlandırıcı təsir etməklə yanaşı, ağ ciyərə daxil
olduqda peşə xəstəliyi (pnevmokonioz) törənməsinə səbəb olur. 1-10 mkm ölçülü toz hissəcikləri
ağ ciyərin dərinliklərinə daxil ola bilirlər. Kiçik ölçülü tozlar (tüstü) nəfəs yolu vasitəsilə
ciyərlərdən kənar olunurlar. Böyük ölçülü tozlar burun-boğaz yollarında tutulub saxlanırlar.
Nəzərə almaq lazımdır ki, zəhərsiz tozlar zəhərli və radioaktiv maddələri adsorbsiya etmək (üst
təbəqələrində udmaq), xassəsinə malik ola bilirlər ki, bu da onların zərərli təsirini artırır.
Sanitar normalarına görə, iş zonasının havasında zərərli maddələrin miqdarı yol verilən
qatılıq həddindən çox olmamalıdır.
Zərərli maddənin iş zonası havasında yol verilən qatılıq həddi onun havada elə bir
qatılığıdır ki, insan həmin şəraitdə hər gün (istirahət günlərindən başqa) 8 saat işlədikdə (həftədə
40 saatdan artıq olmamaq şərtilə) bütün iş stajı ərzində xəstələnməyə vəsağlamlığın pozulmasına
gətirib çıxara bilməsin.
İnsan orqanizminə təsir etmə dərəcəsinə görə zərərli maddələr dörd təhlükəlilik sinfinə
ayrılır (cədvəl 5.1).
Cədvəl 5.1
Zərərli maddələrin təhlükəlilik sinfi
Təhlükəlilik sinfi
Havada yol verilən qatılıq
həddi, mq/m
3
I – fövqəladə təhlükəli
0,1-dən az
II – yüksək təhlükəli
0,1 – 1,0
III – orta təhlükəli
1,0 – 10
IV – az təhlükəli
10-dan çox
İş zonası havasında bir neçə eyni istiqamətli təsirə malik olan zərərli maddələr olarsa,
onların hər birinin ayrı-ayrılıqda havadakı faktiki qatılıqlarının, onların müvafiq yol verilən
qatılıq hədlərinə olan nisbətlərinin cəmi vahiddən böyük olmamalıdır, yəni,

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə