Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə40/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   36   37   38   39   40   41   42   43   ...   163

98

Hərbi Təhcizat

Alqı-satqı mütəxəssisləri əsasən alqı-satqı layihələrinin çoxlu mərhələlərinin 

idarə edilməsinə  məsul olurlar: tələbatların  ətrafl ı  dəqiqləşdirilməsi, 

təminatçı ilə müqavilə imzalalanması,tələb olunan avadanlıq və ya 

xidmətlərin təhvil verilməsi, gətirilən avadanlığın saxlanılması və istismar 

dövrü  ərzində ona xidmət göstərilməsi və sonra istismar dövrü başa 

çatdıqdan sonra ondan istifadə etmək tədbirlərinin görülməsi. Silah və 

texnika  əldə etmək mürəkkəb proses olduğundan, çoxlu ölkələr sadəcə 

bu işlə məşğul olan xüsusi şöbələr və idarələr qurmağı lazımlı saymış və 

silah alqı-satqısı prosesinin idarə edilməsini bir ixtisaslaşma sahəsi kimi 

qəbul etmişdir. Bu cür yanaşmanın bir çox üstünlükləri var. Bir tərəfdən 

o həm fərdi, həm də  təşkilati baxımdan bu sahədə toplanan təcrübənin 

yayılmasına səbəb olur və digər tərəfdən istifadəçiyə özünün sırf hərbi 

məsələləri ilə məşğul olmağa imkan verir. Bundan əlavə,lakin, alqı-satqı 

layihəsinin idarə edilməsi tələb edir ki, maliyyə məsuliyyəti- yəni ayrılan 

pulun ağıllı  və  səmərəli istifadə öhdəliyi- alış prosesinə  rəhbərlik edən 

şəxsin üzərinə qoyulsun və layihəyə ayrılan pulun düzgün istifadəsi təmin 

edilsin. Buradan mühüm bir fi kir ortaya çıxır: istifadəçinin funksiyası 

maliyyə funksiyasından tam ayrılmışdır. Bu onunla izah edilir ki, istifadəçi 

başa düşülən və tam əsaslandırılan səbəblərə görə, öz tələblərinə uyğun 

ən yaxşı texnika və ya silahın alınmasına üstünlük verəcək, eyni zamanda 

Müdafi ə Nazirliyinin ümumi maraqları, həmçinin, hökümətin,parlamentın 

və vergi verənlərin maraqları, silahlı qüvvələrin ehtiyaclarının ən yüksək 

səviyyədə ödənilməsi ilə ayrılan dövlət büdcəsinin düzgün xərclənməsi 

arasında tarazlıq yaradılmasından ibarətdir. Bu da öz növbəsində tələb edir 

ki, daha da neytral alqı-satqı müdürü seçilib və ona bu iş tapşırılsın ki, o da 

bu iki tələb arasında gərginlik yaradacaq məsələdə ən yaxşı variantı seçsin.

Maraqlı  tərəfi n üçüncü kateqoriyası o adamlardan təşkil olunur ki, onlar 

alqı-satqı prosesini nəzarət edib yoxlayacaqlar. Adətən onlar Müdafi ə 

Nazirliyinin yüksək rəhbərliyinin nümayəndələri olur. Maraqlı  tərəfl ərin 

sonuncu kateqoriyası  kənar agentliklərdir, onlar əldə edilmək istənilən 

avadanlıq və ya xidmətləri təmin etmək vasitələrinə malik kənar idarələrdir. 

Onlar adətən özəl şirkətlər olur, ancaq bu kateqoriyaya hökümətin başqa 

idarələri və ya başqa ölkələrin hökümətlərinin idarələri də daxil ola bilər.

Mənbə: Lawrence, “Acquisition Management” (2009), 157–159.

Əgər bütün bu səlahiyyətlər əldə olmasa da, hökümətlərin səlahiyyətlərində 

olan vasitələrlə təşkilatı dürüstlüyü artıra bilər və təhcizat-xarakterli korrup-

siya risklərini azaldar. Haşiyə 7.6 Syerra-Leone-nin təcrübəsini nümunə kimi 

təqdim edir və o da yaxşı təcrübə hesab olunur. 



99

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşıyə 7.6.  Təhcizat Zamanı Korrupsiyaya Qarşı Mübarizə                                 

Syerra- Leonenin Anti-Korrupsiya Komissiyasının (Anti Corruption 

Commission -ACC)komissarı Abdul Tejan Kole Syerra-Leonenin 

nazirlikləri, idarələri və  şöbələri içərisində  şəffafl ığın, cavabdehlik və 

məsuliyyətin gücləndirilməsinə yönəlmiş çox sərt kampaniya başlatmışdır. 

ACC korrupsiyaya qarşı mübarizənin önündə getmək üçün yaradılmışdır. 

ACC etiraf etmişdir ki, siyasi liderlər, nazirliklər korrupsiyanın ilk müdafi ə 

səddidir.İlkin olaraq, doqquz korrupsiya cinayəti üzə çıxarıldı, lakin 2008-

ci ilin Sentyabrında qəbul edilmiş yeni korrupsiya qanunu korrupsiya 

cinayətlərini 22-ə qaldırdı.Təhcizat cinayətləri,o cümlədən tender prosesi 

zamanı baş verən pozuntular da indi anti-korrupsiya qanunu ilə tənzimlənir. 

Əvvəllər təhcizat haqda müqavilələrin imzalanması keyfi yyətsiz və 

dəyərindən bahalı silah və texnikanın alınması ilə nəticələnirdi və təhcizat 

işlərinə cavabdeh olan Müdafi ə Nazirinin müavinlərini bu işlərə görə 

məsuliyyətə  cəlb etmək mümkün deyildir. Təhcizat zamanı korrupsiya 

halları dünyanın hər yerində mühüm  məsələ kimi qəbul edilir. Maraqlar 

toqquşması indi qanunçuluğun pozulması sayılır. Hər hansı davranış 

kodeksinin pozulması (silah və texnika alışı zamanı) inzibati məsuliyyətə 

gətirir. Qanun, hökümət rasmilərinin özlərinin də  gəlir bəyannaməsi 

vermələrini tələb edir. 

Bu cür cinayət prosedurları olduğu zaman hakimə üstünlük verilir, çünki 

komissarın qeyd etdiyi kimi, arzu olunan qərarları almaq üçün Apelyasiyada 

işləyən on iki nəfərin içərisində rüşvətlə adam tapmaq daha asandır nəinki 

bir hakimlə danışıb onu ələ almaq. İndi Syerra-Leonenin  korrupsiya 

ilə ixtisaslaşan iki hakimi var. Həmçinin korrupsiya cinayətləri ilə bağlı 

minimal cəza səviyyəsi də müəyyən edilmişdir.  Əvvəlki zamanlarda isə, 

korrupsiya cinayətlərinə görə ancaq xəbərdarlıq edirdilər. 

Korrupsiyaya qarşı BMT Konvensiyasının maddələri Syerra-Leone-nin  

milli qanununa çevrilmişdir.  Bu qanun korrupsiyaya qarşı mübarizəni 

gücləndirir.  İndiki qanun korrupsiya hallarını  xəbər verən  şəxslərin 

təhlükəsizliyinin qorunmasını  əhəmiyyətli dərəcədə  təkmilləşdirir. 

Korrupsiya hallarını  xəbər verənlər indi qanunun himayəsi altındadırlar 

və  əgər verdikləri xəbər doğru olarsa və günahgarlar məhkəmə olunub 

məhkum olunarlarsa, o zaman dəyəcək zərərin (geri qaytarılan) 10%-ni  

almaq hüququna malikdirlər.Uyğun orqana xəbər vermək üçün “qaynar” 

xətlər qurulmuşdur. Potensial xəbər verənlərə də xəbərdarlıq edilmişdir ki, 

yalan ittihamlara görə onlar məsuliyyət daşıyacaqlar. 



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə