Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə48/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   44   45   46   47   48   49   50   51   ...   163

121

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Əgər  şirkətlər perspektiv alıcılara ofset proqramında gözlənilən korrupsiya 

risklərini bildirərlərsə, o zaman onlar da alqışlanan qəbul  əldə edərlər.Öz 

təcrübəmizə əsaslanaraq, əgər alıcı hökümətlər təminatçının heç olmasa bir 

neçəsinin dəstəyini ala bilsə, ofset şəffafl ığı ilə əlaqədar xüsusi sorğular və 

tələblər olması imkanını yüksək qiymətləndirər.



Sənaye Kompleksinin və Hökümət Təşkilatlarının Aktiv 

Mövqeyi

BŞ surpriz müşahidələr aparmışdır:  əla anti-rüşvət proqramları olan 

şirkətlər,ofset proqramları məsələsində bu cür addımları atmağa çalışmırlar. 

Eyni hal hərbi sənaye birliklərinə də aiddir. Aşağıdakılar,bu sahədə mübarizə 

aparmaq üçün, hərbi sənayenin atacağı konkret addımlardır.

•  Hərbi Sənaye Birlikləri, ofset proqramlarına səmərəli nəzarət etmək 

məqsədilə, öz işçilərinin riayət etməsi üçün standartlar qurmağa hazır olma-

lıdırlar;

•  Bu  şirkətlər, həmçinin, ofset vasitəçilərinin fəaliyyəti üçün ətrafl ı 

tələblər müəyyən edən təlimat hazırlaya bilərlər. Bu təlimatların şirkətlərə və 

vasitəçilərə qoyduğu tələblər onları nəticədə əmin edəcək ki, ofset sazişləri 

olan şirkətlərin heç bir siyasi partiyada və ya hökümətdə hər hansı qeyri-sağ-

lam əlaqəsi yoxdur;

•  Bu  əsasən Avropa Müdafi ə Assosiasiyasına(European Defence As-

sociation) və ABŞ Aerokosmik Sənaye Assosiasiyalarına aiddir, çünki onlar 

artıq beynəlxalq silah ticarəti üzrə anti-korrupsiya standartları yaratmaqla 

məşğuldurlar;

•  Avropa Müdafi ə Agentliyi Avropada hərbi təhcizatla bağlı  işləri 

sürətləndirərək çox gözəl işlər görür. Ancaq ofsetlərlə bağlı onun yanaşması 

ziddiyətli, çaşdırıcı və zəifdir. Onların indiki tətbiq etdikləri norma və qayda 

kodeksi xüsusilə geri qalır və  təəccüblüdür ki, korrupsiya riskləri ilə bağlı 

heç bir söz demir. Avropa Müdafi ə Agentliyi tender keçirilən zaman və ofset 

təklifl ərinin yerinə yetirildiyi dövrdə dürüstlüyü təmin edən yolları arayan 

ofset iş qrupunun toplanmasını gözdən keçirməlidir.



Vətəndaş Cəmiyyəti və Media Təşkilatlarının Aktiv Mövqeyi

Yuxarıda ifadə olunan risklərə baxmayaraq, ofsetlər cəmiyyət üçün 

“gizli” mövzu olaraq qalır. Bu sahədə yaxşı idarəçilik və şəffafl ıq səyləri ilə 

məşğul olan vətəndaş cəmiyyəti təşkilatlarına çox ehtiyac vardir. Ofsetlərin 

müzakirəsini fəallaşdırmağa yönəldən bu cür debatlara şərait yaradan 

hökümət dəstəklənməlidir.

Ofsetlərin miqyasının artmasına görə  və onları  hərbi sahədən çıxaraq 



122

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

digər ticarət sahələrinə girməsinə görə, bu mövzunun başqa ölkələrdə də ge-

niş miqyasda müzakirəsi ancaq səmərəli idarəçiliyin maraqlarına xidmət edər.

Yekun Müddəalar  

Ofsetlərin böyük korrupsiya riskləri vardır. Onlar hərbi ehtiyaclar üçün 

qərar qəbul edilməsini poza bilir və ayrı-ayrı şəxslərin və şirkətlərin xeyrinə 

münbit  şərait yaradır. Ofset sahəsi tənzimlənməmiş  və tamamilə qeyri 

şəffafdır.

Hərbi sənaye və hökümət tərəfi nin korrupsiya risklərini aradan qaldır-

maq üçün hazır olması yaxşılığa doğru dəyişikliyə ümid verir. Lakin, ofset 

əməliyyatlarında baş verən korrupsiya hələ ki, olduğu kimi dəyişməz qalır. 

Əgər hökümətlər ofsetlər praktikasından imtina etsələr, onda onlar bu riskləri 

aradan qaldırarlar və büdcə resurslarından səmərəli istifadə edərlər. Bu müm-

kün olmasa, o zaman həm hökümətlər, həm də  şirkətlər bu əməliyyatların 

daha şəffaf olması və korrupsiya riskinin az olması üçün asan addımlar ata 

bilər. 



123

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

9-cu Fəsil

Müdafi ə Sektorunda Outsorsinq, 

Özəlləşdirmə və Dövlət- Özəl 

Sektor Tərəfdaşlığının 

Üstünlükləri və Riskləri

Giriş

Standart hərbi təhcizat prosesləri zamanı korrupsiyanı çilovlamaq üçün 

istifadə edilən tövsiyələr, ənənəvi sayılmayan mexanizmlərdə,məsələn, aut-

sorsinq (“azad bazar şəraitində  sınaq” və “tender əsasında tədarükçünün 

seçilməsi”), özəlləşdirmə və özəl-dövlət sektor tərəfdaşlığı (ÖDT) müqaviləli 

mexanizmlərdə  də  tətbiq olunur. Bütün bu fəaliyyətlərə iki ümumi tələb 

qoyulur: açıq tender vasitəsilə  iştirakçıların seçilməsi və müstəqil nəzarət 

mexanizmləri.Bu iki tövsiyəni dürüstlük,şəffafl ıq və konkret cavabdehlik və 

məsuliyyət mexanizmləri ilə birləşdirərək tətbiq edilməsi korrupsiyalı davra-

nışa cəlb olmaq istəyən fürsətçi vəzifəli şəxsin gözlənən itkilərinin artmasına 

və nəticədə korrupsiyanın azaldılmasına aparacaq

63

.



Müasir Müdafi ə Nazirlikləri iki məsələdən çox narahatdırlar:

•  Səmərəlilik-milli və kollektiv təhlükəsizlik tələblərini təmin etmək 

üçün ən yüksək səviyyəli hərbi qüvvələr yetişdirmək; və

•  Məhsuldarlıq – məhdud büdcələrdən maksimal dərəcədə  səmərəli 

istifadə etmək.

İndiki dönəmdə iqtisadi böhranın büdcə ilə bağlı yaratdığı şərait,müdafi ə 

nazirliyini də idarəetmənin daha səmərəli yollarını fi kirləşməyə məcbur edir. 

Hökümətin işlərinin daha da səmərəli və məhsuldar olması üçün indiki za-

manda özəl sektor da diqqəti cəlb edir. 

NATO üzvləri və tərəfdaşlar özəl sektora aşağıdakı üç əsas məsələdə ar-

xalanırlar:

1. Texnika,silah və xidmətlər, yəni maddi-texniki baza, texnikanın və 

63 

 Simeon Djankov and Peter Murrell, “Enterprise Restructuring in Transition: A Quantitative 



Survey,” Journal of Economic Literature 40:3 (September 2002): 739–92.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə